TƏFTİŞ KOMİSSİYASI
5.25. Təşkilatın Təftiş Komissiyası (TK) təşkilatın seçkili orqanlarının, vəzifəli
şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti
həyata keçirir. TK-nın say tərkibi 5 (beş) nəfərdən ibarət olmaqla Konfrans
tərəfindən 2 (iki) il müddətinə seçilir.
5.26. TK təşkilatın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 (on) gün
müddətində baxıb cavab verməlidir.
5.27.TK-nın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmamalıdır.
VI. Təşkilatın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları
6.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin
ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkiltatın əmlakı hesab edilir.
6.2. Təşkilatın maliyyə fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin
ayırdıqları maliyyə vəsaitləri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla
qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir.
6.3. Təşkilat həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız
layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi ali və orta ixtisas
təhsili müəssisələri tərəfindən həyata keçirilir. Layihə təklifi eyni zamanda xarici
təşkilatlardan alınmış qrant hesabına maliyyələşdirilə bilər.
6.4.Təşkilat tələbələrin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar
hazırlayır, onun ali və orta ixtisas təhsili məktəbləri, dövlət orqanları, qeyri-
hökumət təşkilatları, beynəlxalq təşkilatlar və donorlarla əlaqəli formada həyata
keçirir.
VII. Təşkilatın fəaliyyətinə xitam verilməsi
7.1. Təşkilatın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə Gənclər və
İdman Nazirliyinin, Təhsil Nazirliyinin müvafiq qərarı və ya Konfransın qərarı ilə
xitam verilir.
7.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
VIII. Yekun müddəalar
8.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil
edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
Dostları ilə paylaş: |