Tgt-lərin Əsasnaməsi I. Ümumi müddəalar



Yüklə 44,67 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix28.11.2023
ölçüsü44,67 Kb.
#133648
1   2   3   4
TGT-nin əsasnaməsi

TƏFTİŞ KOMİSSİYASI
5.25. Təşkilatın Təftiş Komissiyası (TK) təşkilatın seçkili orqanlarının, vəzifəli 
şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti 
həyata keçirir. TK-nın say tərkibi 5 (beş) nəfərdən ibarət olmaqla Konfrans 
tərəfindən 2 (iki) il müddətinə seçilir. 
5.26. TK təşkilatın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 10 (on) gün 
müddətində baxıb cavab verməlidir. 
5.27.TK-nın tərkibinə seçilmiş şəxslər İdarəetmə Şurasında təmsil olunmamalıdır. 
VI. Təşkilatın fəaliyyətinin təşkili, əmlakı, layihə və proqramları
6.1. Təşkilatın fəaliyyət göstərməsi üçün ali və orta ixtisas təhsili müəssisələrinin 
ayırdığı sahə (otaq) və texniki avadanlıq şərti olaraq təşkiltatın əmlakı hesab edilir. 
6.2. Təşkilatın maliyyə fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin 
ayırdıqları maliyyə vəsaitləri, həmçinin sponsorlar, könüllü ianələr və qanunla 
qadağan olunmamış digər mənbələr hesabına həyata keçirilir. 
6.3. Təşkilat həyata keçirəcək tədbirlər üçün layihə təklifi ilə çıxış edir. Yalnız 
layihə təklifi bəyənildikdən sonra onun maliyyələşdirilməsi ali və orta ixtisas 
təhsili müəssisələri tərəfindən həyata keçirilir. Layihə təklifi eyni zamanda xarici 
təşkilatlardan alınmış qrant hesabına maliyyələşdirilə bilər. 
6.4.Təşkilat tələbələrin maraqlarını nəzərə alaraq, müxtəlif sahələr üzrə proqramlar 
hazırlayır, onun ali və orta ixtisas təhsili məktəbləri, dövlət orqanları, qeyri-
hökumət təşkilatları, beynəlxalq təşkilatlar və donorlarla əlaqəli formada həyata 
keçirir. 
VII. Təşkilatın fəaliyyətinə xitam verilməsi
7.1. Təşkilatın fəaliyyətinə, yenidən təşkili və ya ləğv edilməsinə Gənclər və 
İdman Nazirliyinin, Təhsil Nazirliyinin müvafiq qərarı və ya Konfransın qərarı ilə 


xitam verilir. 
7.2. Təşkilatın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə 
tutulmuş qaydada həyata keçirilir. 
VIII. Yekun müddəalar
8.1. Bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir. 
8.2. Gələcəkdə bu Əsasnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil 
edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir. 
 

Yüklə 44,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə