Tgt-lərin Əsasnaməsi I. Ümumi müddəalar


V. Təşkilatın idarəetmə orqanları



Yüklə 44,67 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix28.11.2023
ölçüsü44,67 Kb.
#133648
1   2   3   4
TGT-nin əsasnaməsi

V. Təşkilatın idarəetmə orqanları
5.1. Təşkilatın idarəetmə orqanları aşağıdakılardır: 
5.1.1. Konfrans; 
5.1.2. İdarəetmə Şurası; 
5.1.3. Təftiş Komissiyası. 
KONFRANS
5.2. Təşkilatın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır. 
5.3. Konfrans nümayəndələrinin seçilməsi təhsil müəssisəsində tələbələrin sayına 
əsasən formalaşdırılır və İdarəetmə Şurası tərəfindən təsdiqlənir. 
5.4. Üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və İdarəetmə Şurasının qərarına 
əsasən növbədənkənar Konfrans çağrıla bilər. 
5.5. Konfransın çağırılması barədə təşkilatın üzvlərinə ən azı 20 (iyirmi) gün 
qalmış məlumat verilməlidir. 
5.6. Konfransın səlahiyyətinə aşağıdakılar aiddir: 
5.6.1. İdarəetmə Şurasının və Təftiş Komissiyasının seçilməsi; 
5.6.2. İdarəetmə Şurasının say tərkibinin müəyyənləşdirilməsi; 
5.6.3. təşkilatın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi; 
5.6.4. təşkilatın strukturunda dəyişikliklərin edilməsi; 
5.6.5. təşkilatın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; 


5.6.6. təşkilatın illik hesabatının təsdiq edilməsi; 
5.6.7. təşkilat üzvlərinin şikayət və müraciətlərinin dinlənilməsi
5.6.8. təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi. 
5.7. Konfrans nümayəndələrinin yarısından çoxu (50%+1) iştirak etdikdə 
səlahiyyətli hesab olunur. 
5.8. Konfransda müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə 
səs çoxluğu ilə qəbul edilir. 
5.9. Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi 
tərəfindən imzalanır. 
İDARƏETMƏ ŞURASI
5.10. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik 
edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir. 
5.11. İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir: 
5.11.1. hər fakültədən 2-3 nəfər olmaq şərti ilə
5.11.2. fakültələrin sayı 5-dən az olan ali və orta ixtisas təhsili müəssisələrində 
fakültələr üzrə kvotalar artırıla bilər; 
5.11.3. İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır. 
5.12.İdarəetmə Şurası iki il müddətinə seçilir. 
5.13. İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: 
5.13.1. bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda 
5.13.2.təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya 
Azərbaycanın hüdudlarından kənarda davam etdirdikdə
5.13.3. səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə 
iştirak etmədikdə; 
5.13.4. öz istəyinə əsasən. 
5.14. İdarəetmə Şurası Təşkilatın sədrindən, sədr müavinlərindən və üzvlərdən 
ibarət olan kollegial orqandır. 
5.15. İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və 
aşağıdakı səlahiyyətlərə malikdir: 
5.15.1. təşkilatın üzvlüyünə qəbul və üzvlükdən azad edir
5.15.2. təşkilatın icra orqanlarını yaradır; 
5.15.3. təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir; 
5.15.4. Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa bütün təşkilati 
məsələlər üzrə qərarlar qəbul edir. 
5.16. İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1) 
iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. 
5.17. İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin 
2/3-nin tələbinə əsasən çağrıla bilər. 
5.18. İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir. 
5.19. Təşkilatın sədri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il 
müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. 5.20. Sədr vəzifəsinə bir namizəd 
iki dəfədən artıq seçilə bilməz. 
5.21. Təşkilatın sədrinin səlahiyyətləri: 


5.21.1. təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və 
sərəncamverici funksiyalar daşıyır; 
5.21.2. təşkilatı təmsil edir və onun adından çıxış edir; 
5.21.3. İdarəetmə Şurasının iclaslarına rəhbərlik edir
5.21.4. Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir; 
5.21.5. Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir; 
5.21.6. hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün ali və orta ixtisas təhsili 
müəssisələrinin rəhbərliyinə təqdim edir; 
5.21.7. öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir. 
5.22. Təşkilatın sədri olmadıqda, onun səlahiyyətlərini sədr müavinlərindən biri 
həyata keçirir. 
5.23. Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il 
müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. Təşkilatın sədr müavini eyni 
zamanda İdarəetmə Şurasının sədr müavinidir. 
5.24. Sədr müavini vəzifəsinə bir namizəd 2 (iki) dəfədən artıq seçilə bilməz. 

Yüklə 44,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə