Tgt-lərin Əsasnaməsi I. Ümumi müddəalar



Yüklə 44,67 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix28.11.2023
ölçüsü44,67 Kb.
#133648
  1   2   3   4
TGT-nin əsasnaməsi



TGT-lərin Əsasnaməsi 
I. Ümumi müddəalar
1.1. Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər 
Təşkilatı (bundan sonra «Təşkilat») təhsil alan gənclərin ümumi maraqlarını və 
könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai 
həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının 
səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, 
habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir. 
1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər 
və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta 
ixtisas təhsili müəssisələrinin nizamnamələrinə və bu Əsasnaməyə uyğun olaraq 
fəaliyyət göstərir. 
1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ 
həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla 
qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 
1.4. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi 
maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər 
təşkilatıdır. 
II. Təşkilatın əsas məqsəd və vəzifələri
2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi 
istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və 
müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında 
onların fəal iştirakını təmin etməkdir. 
2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır: 
2.2.1. tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
2.2.2. tələbələr arasında maarifləndirmə işinin aparılması; 
2.2.3. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi; 
2.2.4. tələbələrin hüquqlarının təmin edilməsi; 
2.2.5. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, 
olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının 
təmin edilməsi; 
2.2.6. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və 
digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi; 
2.2.7. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, 
toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim 
kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, 
müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi; 
2.2.8. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın 
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə 


məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması; 
2.2.9. tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün 
dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi; 
2.2.10. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul 
olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili 
müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması; 
2.2.11. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, 
yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların 
alınması; 
2.2.12. qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi. 

Yüklə 44,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə