Tgt-lərin Əsasnaməsi I. Ümumi müddəalar


III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri



Yüklə 44,67 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix28.11.2023
ölçüsü44,67 Kb.
#133648
1   2   3   4
TGT-nin əsasnaməsi

III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri
3.1. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri təhsil aldıqları müəssisələr 
üzrə təşkilata üzv ola bilərlər. 
3.2. Təşkilata üzvlük könüllü xarakter daşıyır. 
3.3. Təşkilata üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyata keçirilir. 
3.4. Təşkilata üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. 
Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan 
çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir. 
3.5. Təşkilatın üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər: 
3.5.1. təşkilatın idarəçiliyində iştirak etmək
3.5.2. təşkilatın hər hansı seçkili orqanına seçmək və seçilmək; 
3.5.3. təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək; 
3.5.4. təşkilatın fəaliyyəti barədə məlumat almaq
3.5.5. müxtəlif layihə və proqramlarla çıxış etmək; 
3.5.6.öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət 
etmək. 
3.7. Təşkilatın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz. 
3.8. Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar: 
3.8.1. təşkilatın Əsasnaməsinə əməl etmək
3.8.2. gördüyü işlərə məsuliyyətlə yanaşmaq; 
3.8.3. təşkilatın seçkili orqanlarının qərarlarını yerinə yetirmək. 
3.9. Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: 
3.9.1. təşkilat ləğv edildikdə; 
3.9.2. könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda; 
3.9.3. təşkilatın üzvlüyündən çıxarıldıqda. 
3.10. Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda 
İdarəetmə Şurasına şikayət etmək hüququ var. 
IV. Təşkilatın strukturu
4.1 Təşkilat aşağıdakı strukturlara malikdir: 
4.1.1. qrup təşkilatı; 
4.1.2. fakültə təşkilatı; 


4.1.3. ali və orta ixtisas təhsili müəssisəsi (universitet, akademiya, institut, 
konservatoriya, kollec, texnikum) üzrə təşkilatı. 
4.2. Qrup təşkilatı ən azı 3 (üç) nəfərdən ibarət olan tələbə – gənclər təşkilatının ilk 
özəyidir. 
4.3. Qrup təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini 
rəhbərlik edir. 
4.4. Qrup təşkilat üzvlərinin sayı 20-dən çox olduğu təqdirdə sədr və sədr müavini 
daxil olmaqla 5 (beş) nəfərdən ibarət İdarə Heyəti seçilir. 
4.5. Qrup təşkilatının İdarə Heyəti, üzvlərinin təşəbbüslərini fakültə İdarə 
Heyətinin diqqətinə çatdırır və fakültə üzrə qəbul edilən fəaliyyət proqramının 
qrup daxilində icra olunmasını təmin edir. 
4.6. Qrup təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 2 (iki) dəfə keçirilir. 
4.6. Fakültə təşkilatı fakültə üzrə olan qrupların ən azı yarısında özəklər fəaliyyət 
göstərdiyi təqdirdə yaradılır. 
4.7. Fakültə təşkilatının işinə gizli səsvermə yolu ilə seçilmiş sədr və sədr müavini 
rəhbərlik edir. 
4.8. Fakültə üzrə qrup təşkilatlarını təmsil edən nümayəndələrdən, sədr və sədr 
müavini daxil olmaqla ən azı 7 (yeddi) nəfərdən ibarət İdarə Heyəti formalaşdırılır. 
4.9. İdarə Heyəti fakültə təşkilatı üzvlərinin təşəbbüslərini Təşkilatın İdarəetmə 
Şurasının diqqətinə çatdırır və onun qəbul etdiyi fəaliyyət proqramının fakültə 
daxilində icra olunmasını təmin edir. 
4.10. Fakültə təşkilatının İdarə Heyətinin iclasları ən azı ayda 1 (bir) dəfə keçirilir. 

Yüklə 44,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə