Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   ...   5   6   7   8   9   10   11   12   13
Heyder Eliyev

Məktəbli oxucumuzun ifasında sözləri Vaqif Kəhrizliyə aid olan”Şəfəq saçır yenə 
Heydər” şeiri dinlənilir. 
Vətən eşqi gecə - gündüz ürəyində alovlanan
Xalqı üçün yorulmadan zəhmət çəkən hey yaradan. 
Həyatının mənasını bəxş eyləyən bu xalqına, 
Əməliylə yol açan Vətənin baharına. 
Gələcəyə işıq saçan, nur bəxş edən günəş kimi, 
Düşmənləri yandıran bir alov kimi, atəş kimi, 
Prezidentim bu xalqına bir qürurdur, bir inamdır. 
Ölkəmizi bəlalardan hifz eyləyən qəhrəmandır! 
Onun sonsuz məhəbbəti ürəklərdə tutub qərar. 
Abadlaşır gündən – günə Vətənimdə hər bir diyar! 
Xalqa birdir rəhbərimin əqidəsi, vuran qəlbi, 
O, xalqının böyük oğlu, qüdrətli gənc Heydər idi. 
Gənc Heydərdir yeni əsrə addımlayır daha mətin, 
Qapısını açır xalqa, xoşbəxtliyin səadətin! 
İnam ilə xalqımızın inamına verir təpər. 
Bu Vətəndə gündüz günəş, gecə nurlu aydır Heydər! 
II Aparıcı:
Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər 
Əliyevi ancaq yeri-göyü işığa qərq edən, qaranlıqları 
aydınlaşdıran Günəşlə, bir də qartal məskəni, uca göylərə 
yüksələn zirvə ilə müqayisə etmək mümkündür. O, bütün 
cəhətlərə 
görə 
hər 
zaman 
zirvədə 
dayanacaq 
bir 
şəxsiyyətdir.Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində 
Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Heydər 
Əliyev Tanrının Azərbaycan xalqını sevərək ona göndərdiyi 


25 
fədakarlıq simvolu idi. Böyük öndərin yeganə amalı, yaşamaq 
devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün 
qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu 
Azərbaycana həsr etmək! Heydər Əliyevin adı tarixə digər 
böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın 
qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk 
növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət- 
ənənələrə bağlılığında, vətənpərvərliyində idi.O, varlığı, 
duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin 
həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana 
Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə 
möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər 
bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və 
özü də xalqa dayaq durmuşdur. Dillər əzbəri olan musiqisi 
Kamal, sözləri Baba Vəziroğlu olan “Xalq Heydər söyləyəcək – 
Heydər xalqım deyəcək “deyimi də məhz bu qırılmaz bağlılığın 
dəqiq ifadəsidir. 
Bu vaxt sözləri və musiqisi Xanim İsmayılqızına aid olan “Dahi” mahnısı Faiq 
Ağayevn ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş etdirilir. 
I Aparıcı:
Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. 
O, neçə ömürlərə bəs edən ömür yaşamışdır. Qarşılaşdığı 
bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız 
qalib kimi çıxmışdır. Şair Nəsib Qaramanlı yazır: 
Bu Vətənə xidmətində, 
Bu millətə hörmətində, 
Bu dövlətin qüdrətində 
Yaşayır Heydər babamız! 
Əməli zəfər babamız! 
Heydər Əliyev totalitarizm labirintlərindən Azərbaycanı 
məharətlə və salamat çıxarmışdır.Ulu öndər nəinki ölkədə 
sabitliyi bərqərar etdi, həmçinin, Azərbaycanı dünya arenasında 
sayılıb – seçilən ölkələr içərisinə çıxardı.
 
Hörmətli tədbir 
iştirakçıları. İndi isə gəlin kitabxananın fəal oxucusunun
ifasında şairə Şəlalə Çingizqızının ulu öndərə həsr etdiyi 
“Xalqın öndəri “şeirini dinləyək. 
Oxucu: 
Xalqın tükənmişdi səbri – dözümü, 
O, yetirdi ağır gündə özünü, 
Sülh carçısı dedi haqqın sözünü 
Heydər kimi öndəri var xalqımın. 
Tanıtdı dünyaya, Azərbaycanı, 
Torpaqdır, Vətəndir onun imanı, 
Dağıtdı yurdumdan qara dumanı 
Heydər kimi öndəri var xalqımın. 
Doğdu Günəş kimi göylərdən baxdı, 


26 
Nur olub yurduma şəfəqlər saçdı. 
Tilsimli yollardan düyünü açdı, 
Heydər kimi öndəri var xalqımın. 
 
II Aparıcı:
Bəli, böyük şəxsiyyətləri tarix yetişdirir. Onlar isə tarixdə əbədi iz 
qoyurlar. Heydər Əliyev böyük dövlət adamı, siyasi xadim, siyasət 
şahmatının məğlubedilməz qrossmeysteridir. O, müstəqil 
Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını 
təmin edən strategiyanın müəllifi olmuşdur. Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyev, sözün əsl mənasında böyük ömür 
yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və 
yaratdıqlarının ömrü daha böyükdür. Bu sonsuza qədər 
uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident 
İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müstəqil 
Azərbaycan Respublikasının tərəqqisində, möhkəmlənməsində, 
qüdrətlənməsində təcəssüm edir. Bu gün dünyanın müxtəlif 
guşələrində yaşayan hər bir azərbaycanlı böyük iftixar hissi və 
vüqarla 
“Mən 
müstəqil 
Azərbaycan 
Respublikasının 
vətəndaşıyam” – deyə bilir, bununla fəxr edirsə, ulu öndərin 
Vətəni və Azərbaycan xalqı yolunda şərəfli mücadiləsini, ömrünü 
şam kimi əritməsini unuda bilməz. Heydər Əliyevin bu mənalı 
ömür yoluna neçə - neçə dastanlar , poemalar yazıldı. Gəlin bu 
gün o poemalardan birinə müraciət edək. Xalq şairi Zəlimxan 
Yaqubun qələmə aldığı ”Böyük ömrün dastanı” poemasına. 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə