Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Təbiətdən istifadə və təbiəti mühafizə



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə24/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   191
etraf muhitin iqtisadiyyati

4. Təbiətdən istifadə və təbiəti mühafizə 
 
Ətraf mühitdən istifadənin obyektinin, iqtisadiyya-
tının və predmetinin 
əsas anlayışlardan
aşağıdakılardır: 
“Ətraf təbii mühit”

“Ətraf sosial mühit”, “Biosfera”, 
“Noosfera”, “Təbii ehtiyatlar”, “Təbii şərait”, “Təbii 
potensial”, “Təbiətdən
 
səmərəli istifadə”, “Təbiəti 
mühafizə”, “Ətraf mühitin çirklənməsi”
və s. an-
layışlar da mövcuddur. 
Ətraf mühitdən istifadə dedikdə qapalı, özünəməx-


52
sus, öz-özünə inkişafda olan elə sistem nəzərdə tutulur 
ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) ha-
lında davamiyyətini saxlayır. ƏMİ çoxsahəli sferasını 
əhatə edir və çox mürəkkəb təşkilati quruluşa malikdir.
Makrosəviyyədə
: Ətraf mühitdən istifadə xalq tə-
sərrüfatı sahələri kimi təmsil olunur, təbii ehtiyatların 
aşkar edilməsi, uçotu, istehsal-hasilat əməliyyatları üzrə 
qeydiyyatı, onların mühafizəsi və artırılması (bərpası) 
ilə yanaşı, ətraf mühitin mühafizəsini də təmin edir. Bu 
sahələrin quruluşu təkmilləşdikcə xeyli mürəkkəbləşir. 
Məsələn, təbiəti mühafizə üzrə avadanlıqlar istehsalı üz-
rə maşınqayırma, cihazqayırma sənaye sahələri və s. in-
kişaf edir, ekoloji xidmətlər üzrə sektorlar yaradılır, tə-
biəti mühafizə üzrə dövlət orqanlarının təmərküzləşmə-
si, nəzarət və istehsalat funksiyalarının inteqrasiyası hə-
yata keçirilir. 
Regional miqyasda ətraf mühitdən istifadə sahəsi 
(sferası) regional ekoloji infrastruktur müəssisələri və 
təşkilatlarının təşəkkül tapması, zibillərin yığılması, tul-
lantılar emalının təşkili, təmizləmə üzrə kompleks sis-
temlərinin yaradılması, kanalizasiya sistemləri, regional 
ekoloji monitorinq xidmətləri, xüsusi qorunan və müha-
fizə olunan ərazi şəbəkələrinin yaradılması və genişlən-
dirilməsi ilə müşayiət olunur və ya olunmalıdır.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə