48
ləndirmə və mədəni sahədə inkişafa doğru dəyişikliklə-
rin edilməsini tələb edir. Eyni zamanda intensiv inkişaf
edən şəhərlərdə sənayenin sürətli inkişafı ekoloji proses-
lərin gedişini tamamilə dəyişdirir, ekoloji gərginliyi artı-
rır.
İqtisadiyyatın ekologiyalaşdırılması
ekoloji pro-
seslərin gedişini yaxşılaşdırmaq üçün istehsal texnologi-
yalarında təkmilləşdirmə işlərinin aparılması, tullantısız
məhsullar istehsalının yaradılması,
ekoloji mühitin sağ-
lamlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini
tələb edir.
Sxem 2.
Ekoloji mühitin mühafizəsi istiqamətləri
Eyni zamanda təbii mühitdə iqtisadi ekologiyalaş-
dırma üçün aşağıdakı müvafiq
tədbirlərin görülməsi
məqsədəuyğun sayılır:
1)
ictimai istehsalın xarakterinin dəyişdirilməsi;
2)
istehsalçı ilə istehlakçının arasında məhsullar is-
tehsalının başa çatmasını düzgün istiqamətləndirmək və
səmərəsiz tullantıların həcmini minimuma endirmək;
3)
iqtisadiyyatı təbiət
qoruyucu sahələrə yönəlt-
mək məqsədilə istehsal sahələrinin xarakterindən asılı
Sənaye-istehsal
ərazilərində
ətraf mühit
monitorinqinin
aparılması
İqtisadi ekologiyanın
davamlı inkişafı
Ətraf mühitin
mühafizəsini
təmin edən
tullantısız
texnologiyanın
tətbiqi
Sənaye sahələrində
alternativ ehtiyat
mənbələrindən
istifadə
49
olaraq Elmi Texniki Tərəqqinin nailiyyətlərindən düz-
gün istifadə olunması;
4)
təbiətdən səmərəli istifadədə iqtisadi sahələrin
düzgün istiqamətləndirilməsi və müvafiq hüquqi bazası-
nın əsaslandırılması;
5)
ekoloji gərginlik yaradan istehsal tullantılarının
xüsusi çəkisinin minimuma endirilməsi məqsədi ilə qapa-
lı istehsal prosesinin yaradılmasının təmin olunması;
6)
istehsal prosesində təbii ehtiyatların
dəyərini
göstərmək məqsədilə məhsullar istehsalında statistik
təhlil və uçot sisteminin tənzimlənməsi.
Bazar iqtisadiyyatı şəraitində sərbəst iqtisadiyyatın
yaradılması iqtisadi ekologiyalaşdırmanın tətbiqində sa-
hibkarlar, istehsalçılar və xidmət göstərənlər ümumilik-
də bu problemə eyni proqram əsasında yanaşmalı, tex-
noloji avadanlıqlardan düzgün istifadə olunmalıdır. Bu
baxımdan cəmiyyət tərəfindən yeni istehsalın yaradıl-
ması alternativ ehtiyatlardan
istifadə edilməsi və yeni
iqtisadi siyasətin qəbul edilməsi olduqca vacibdir.
Davamlı inkişaf sürətlə artan əhalinin tələbatını
ödəmək üçün əmtəə istehsalının və xidmətlərin geniş-
ləndirilməsini tələb edir. Ayrı-ayrı istehsal sahələrində
çəkilən xərclərin cəmi ekoloji sahələrə sərf olunan məs-
rəfləri tənzimlənmə imkanlarına malik olmalıdır. Bura-
da əsas məsələ ekoloji xərcləri istehsal olunan məhsulla-
rın maya dəyərinə daxil olan xərclər hesabına
təmin
olunmasıdır. Bu prosesdə iqtisadi ekologiyalaşdırma
müəyyən normativlər əsasında öz həllini tapmış olar.
Təbii ehtiyatlardan istifadədə bu məsələ dünya iqtisa-
diyyatı qarşısında diqqəti cəlb edən ən vacib məsələlər-
dən sayılır.
50
Müasir ekoloji-iqtisadi sistem, hazır
ki texnogen
inkişaf növünün dayanıqlı ekoloji balanslaşdırılmış inki-
şaf növü ilə əvəzlənməsini tələb edir. İqtisadiyyatın
müxtəlif sahələrində yeni ekoloji-iqtisadi layihələrin və
proqramların yaranması üçün iqtisadi inkişafda ekologi-
yanın nəzərə alınması konsepsiyasının işlənib hazırlan-
ması zəruridir. Bunun üçün bütöv iqtisadiyyat, onun sa-
hələri və kompleksləri üçün prioritet və məqsədlərdə
əhəmiyyətli dəyişikliklərin aparılması lazım gəlir.
Ənənəvi ekoloji-iqtisadi modelində girişinə təbii
sərvətlər, çıxışda isə son məhsul və müxtəlif növlü çirk-
ləndiricilər və ətraf mühitin deformasiyası götürülür.
Dostları ilə paylaş: