Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifə-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə30/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   191
etraf muhitin iqtisadiyyati

Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifə-
ləri 
aşağıdakılardan ibarətdir: 
1) Dövlət ekoloji ekspertizası təsərrüfat və başqa 
fəaliyyətlər nəticəsində ətraf mühitə təsirin qiymətləndi-
rilməsinin dolğunluğunu, qəbul olunan qərarların ekolo-
ji təhlükəsizlik dərəcəsini, təbii sərvətlərdən səmərəli is-
tifadə və ətraf mühitin mühafizəsi barədə təklif olunan 
tədbirlərin səmərəsini müəyyənləşdirmək məqsədilə 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olu-
nur və həyata keçirilir
2) Dövlət ekoloji ekspertizası ətraf mühitin müha-
fizəsi üçün zəruri tədbirlər və ətraf mühitə təsir göstərə 
biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını 
alır; 
3) Dövlət ekoloji ekspertizasının vəzifələri: 
-
nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin 
vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələ-


63
cəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək, 
təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəliliyi 
səviyyəsini müəyyən etmək; 
-
layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin 
ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tə-
ləblərinə, gigiyena-sanitariya normalarına və qaydaları-
na uyğunluğunu qiymətləndirmək
-
nəzərdə tutulan ətraf mühitin mühafizəsi tədbirlə-
rinin keyfiyyətinin nə dərəcədə əsaslı olduğunu müəy-
yən etmək. 
Dövlət ekoloji ekspertizası aşağıdakıları rəhbər tu-
tur: 
1)
beynəlxalq hüquq öhdəlikləri; 
2)
qanunçuluq, elmi əsaslılıq, aşkarlıq prinsipləri
ekoloji, sosial, mühəndis-texnoloji, texniki, arxitektura 
planlaşdırma, iqtisadi və başqa qiymətlilərin inteqrasi-
yası prinsipləri; 
3)
təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin 
kompleks sosial-ekoloji-iqtisadi qiymətləndirilməsinin 
nəticələri; 
4)
bütün insanların sağlamlığı və rifahı üçün əlve-
rişli ətraf mühitə malik olmaq hüququnu; 
5)
indiki və gələcək nəsillərin mənafeyi naminə eko-
loji tarazlığın, genefondun və canlı təbiətin rəngarəngliyi-
nin qorunub saxlanılmasını təmin etmək zərurətini; 
6)
qəzaların baş verməsinin mümkünlüyünü; 
7)
ətraf mühitin qorunub saxlanılmasının cəmiyyə-
tin inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndi-
rilməsini. 
Dövlət ekoloji ekspertizasının obyektləri aşağıda-


64
kılardır: 
1)
ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar 
qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və 
yerli proqramların layihələri; 
2)
iqtisadiyyat obyektlərinin və komplekslərinin ti-
kintisinin (yenidən qurulmasının, genişləndirilməsinin, 
yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının 
texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihə-
ləri, ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) 
sənədləri; 
3)
yeni texnikanın, texnologiyanın, materialların 
və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələr-
dən idxal edilməsinə dair sənədlər
4)
təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət 
nəticəsində yaranmış ekoloji şərait; 
5)
regionda, ayrı-ayrı təbiət obyektlərində və kom-
plekslərində (ekosistemdə) ekoloji şərait və s. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə