48
müxtəlif tipli alətlərin qalıqları onların uzun müddət istifadə olunduğunu və
müxtəlif inkişaf mərhələlərindən keçdiyini göstərir.
Şəkil 31. Duzdağ. Araşdırmaların xəritəsi.
Daş çəkiclərin həcminə və işlənmə üsullarına əsaslanaraq müxtəlif
elmi mülahizələr irəli sürmək olar. Bəzi kiçik həcmli daş çəkiclər duz
bloklarının üzə çıxarılmasında, bəziləri blokların sərhədlərinin müəyyən
edilməsində, daha ağır çəkiclər isə duz blokların qırılmasında və tunellərin
yaranmasında istifadə edilmişdir.
Tədqiqat zamanı daş duzun emal edilməsi əzici alətlər üçün istifadə
olunan dən daşları, əzici alətlər sürtkəclər və dəstəklər birbaşa iş
platformalarından tapılmışdır. Əzgi daşları və sürtgəclər bazaltdandır. Bu
material Qafqazın Neolit və Tunc dövrü yaşayış yerlərində əzici alətlərin
hazırlanmasında istifadə edilmişdir. Ümumiyyətlə, parçalanmış halda açkar
edilın bu tip alətlər, ehtimal ki, mədənə ikinci dəfə istifadə olunmaq üçün
gətirilmişdir. Ərazidən müxtəlif cinsli çay daşlarından hazirlanan konusvari
və slindirik formalı dəstəklər də tapılmışdır. İşlənmə izlərinin ilkin
araşdırmalarının nəticələri göstərir ki, onlar qida hazırlamaq üçün deyil
yumşaq faydalı qazıntıların emalı üçün işlənmişdir. Bu onu göstərir ki,
49
duzun ilkin emalı bilavasitə karxanaların yaxınlığında yerləşən ərazilərdə - iş
yerlərində olmuşdur.
Duzdağ mədənlərindən tapılan müxtəlif formalı daş alətlər ehtimal
etməyə imkan verir ki, duzun sadə üsullarla çıxarılması ilə bərabər yüksək
texniki biliyə əsaslanan daha strukturlaşdırılmış və mürəkkəb istismarı da
mövcud olmuşdur. Daş alətlərin və çəkiclərin müxtəlif tiplərə bölünməsi də
duz çıxarma zonaları ilə onların emalı həyata keçirilən platformalardakı
“emalatxanalar” arasında əməyin təşkilinin müəyyən formasının mövcud
olduğunu göstərir. Aşkar edilmiş daş alətlərin heç də hamısı duz çıxarmaq
üçün olmamışdır. Onların bəzisi həmçinin əmək alətlərinin yenidən
düzəldilməsi və duzun şaxtada birbaşa emalı üçün istifadə olunmuş və
daşımaq üçün yararlı vəziyyətə salınmışdır. Əmək alətlərində saxlanmış izlər
onların funksiyasını və istismar prosesini aydınlaşdırmağa imkan verir.
Duzdağdan həmçinin xeyli miqdarda keramika məmulatı aşkar
olunmuşdur. Bu tip material mədənin cənub-qərb və şimal-qərb yamacından
2-ci və 4-cü pəncərələrdən tapılmışdır. Qədim işlənmə ərazilərindən kiçik
keramika parçaları ilə yanaşı yaxşı saxlanmış tapıntılar da əldə edilmişdir.
Cənub-qərb yamacda Erkən Dəmir dövrünə aid toxunulmamış bütöv qədəh,
2-ci Pəncərədən isə Kür-Araz mədəniyyətinə aid küpənin parçaları aşkar
olunmuşdur. Bütün keramika parçaları saxlanma dərəcəsindən asılı
olmayaraq toplanırdı. Belə ki, onların gilinin tərkibi və işlənməsi minimal
dərəcədə olsa da xronologiyanı müəyyən etməyə imkan verirdi. Bəzi
diaqnostik formalar, xüsusilə uzun bir zaman ərzində mövcud olan Erkən
Tunc dövrünə aid eroziyaya uğramış “Naxçıvan qulpları” toplanmış ümumi
materialın əksəriyyətini təşkil edirdi.
1, 2, 3 və 4-cü Pəncərələrdən aşkar olunan keramika məmulatının
müqayisəli analizi müəyyən xüsusiyyətləri üzə çıxarmağa imkan verir.
Təpənin cənub-qərb yamacında yerləşən 2-ci Pəncərə saman qarışığı
olan keramika Kür-Araz mədəniyyətinə aid keramika parçaları ilə
xarakterizə edilir. Bəzi keramika parçalaları Erkən Dəmir dövrünə aiddir.
Lakin onlar açıq-aşkar azlıqdadır. Erkən Tunc və Dəmir dövrünün
keramikası 1-ci Pəncərədə nisbətən bərabərləşmiş, lakin buradan Eneolit
dövrünə aid keramika aşkar olunmamışdır. Qeyd etmək lazımdır ki, Erkən
Tunc dövrünə aid keramika 1-ci pəncərədə 2-ci Pəncərəyə nisbətən azdır.
Maraqlıdır ki, Cəhri Xorundakı təzahürlərdə [3-cü Pəncərə] Son
Eneolit və Erkən Tunc dövrünə aid keramika məmulatına rast
gəlinməmişdir. Cəhri Xorundan aşkar olunan keramika məmulatının
əksəriyyəti ya Dəmir dövrünə, ya da Orta əsrlərə aiddir. Qədim mədənçilər
50
bu duz təzahürünə olduqca az gəlmişlər. Onlar ya bu marşrutla hərəkət
etməmiş, ya da o zaman bu təzahürlər mövcud olmamışdır.
Orta Tunc dövrünə aid keramika məmulatı Pəncərələrdə, demək olar
ki, rast gəlinməmişdir. Bəzi təsadüfi tapıntılar təpənin cənub yamacında
aşkar olunmuşdur. Onların hamısı monoxrom boyalı olub qırmızı rəng
üzərindən qara rənglə naxışlanmışdır. Məlum olduğu kimi, Van da daxil
olmaqla Cənubi Qafqazda Orta Tunc dövrünə aid keramika [Naxçıvan
istisna olmaqla] başlıca olaraq qəbirlərdən aşkar olunmuşdur. Ehtimal ki,
şaxtalarda Orta Tunc dövrü fəhlələri tərəfindən istifadə olunan keramika
müəyyən funksional mahiyyət daşımışdır, lakin bu hələlik tam
aydınlanmamışdır.
Son Tunc və Erkən Dəmir dövrünə aid keramika parçaları texnoloji
xüsusiyyətlərinə görə az fərqlənir. Onları ayırmaq üçün başqa dəlillər
olmadığından bu tip keramikanı Son Tunc və Erkən Dəmir dövründə
birləşdirmək daha düzgün olardı. Lakin Son Tunc dövrünə aid naxışlanmış
keramika parçalarına da rastlanmışdır. Onlar boz, boz-qara rəngli olub
qabların çiyin hissəsini əhatə edən çərtmə və qabarıq-batıq xətlətlərdən
ibarətdir. Maraqlıdır ki, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika
məmulatı başlıca olaraq 2-ci Pəncərədən aşkar olunmuşdur.
Orta əsr keramikasına gəldikdə, demək olar ki, onların əksəriyyəti
təpənin cənub yamacında 4-cü Pəncərədən, az miqdarda isə 1-ci Pəncərədən
aşkar olunmuşdur. Sonuncuda onlar Dəmir dövrü keramikası ilə birlikdə
aşkar olunmuşdur. Orta əsr keramikası 4-cü Pəncərənin simal qurtaracağında
daha çox toplanmışdır. Burada gips yataqları da aşkar olunmuşdur. Lakin
hələlik karxananın nə üçün açıldığı hələlik məlum deyil. Karxanada gips,
duz, yaxud onların hər ikisi çıxarıla bilərdi. Orta əsrlərə aid keramika gil
məhluluna salınmış, içərisində dulus çarxının izləri qalan daraqvari
ornamentlə naxışlanmış sadə keramikadan ibarətdir. Bununla bərabər göy
şirli, yaşıl və qara rənglə naxışlanmış keramikaya tez-tez rastlanır. Antik və
Sasani dövrünə aid keramika məmulatı indiyədək aşkar edilməmişdir.
Əgər daş alərləri keramikanın yayıldığı zonalar üzrə bölüşdürsək
görərik ki, daş alətlərin aşkar olunduğu zonalar başlıca olaraq Son Eneolit və
Erkən Tunc dövrünə aid keramikanın konsentrasiya olunduğu ərazilərlə
uyğun gəlir. Bu faktlar daş alətlərin daha çox tarixəqədərki dövrün son
mərhələsində istifadə olunduğunu ehtimal etməyə imkan verir. Bu fikir I
Kültəpə və II Kültəpənin stratiqrafik tapıntıları ilə təsdiq olunur. Xüsusilə
Kür-Araz mədəniyyətinə aid qabbro-doleritdən hazırlanmış daş çəkiclər
arasında böyük uyğunluq vardır. Lakin bu daş alətlərin müxtəlif
kateqoriyalarının morfoloji analizi zamanı aydın xronoloji fərq aşkar
Dostları ilə paylaş: |