40
dörd insan skeleti aşkar olunmuşdur. Bu skeletlər istifadə olunan daş alətlərə
əsasən e.ə. III-II minilliklərə aid edilmişlər. Bu alətlər I Kültəpə və II
Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə
bənzərdir.
Şəkil 24. Kür-Araz mədəniyyətinə aid keramika (Duzdağ).
Lakin 2007-ci ildə Fransız-Azərbaycan ekspedisiyasının qısamüddətli
araşdırmaları zamanı yatağın cənub ətəklərindən Eneolit və Kür-Araz
keramikasının aşkar olunması mədənin istismarının daha erkən başladığını
ehtimal etməyə imkan verirdi. Daha əhatəli məlumat əldə etmək üçün 2008-
ci ildə sistemli araşdırmalara başlanıldı.
41
Duzdağında aparılan iş Ovçulartəpəsi yaşayış yerinin tədqiqi ilə sıx
bağlıdır. Bu yaşayış yerində aparılan araşdırmaların əsas məqsədlərindən biri
Son Eneolit və Erkən Tunc dövrü cəmiyyətlərinin iqtisadi və yaşayış
strategiyasının müəyyənləşdirilməsindən ibarət idi.
Şəkil 25. Dəmir dövrünə aid keramika (Duzdağ).
Duzdağında aparılan araşdırmaların əsas məqsədlərindən biri duz
mədənlərində erkən istismar izlərini aşkar etmək, tarixəqədərki dövrün son
mərhələsində duzun çıxarılması üsullarını müəyyən etməkdən ibarətdir. Bu
vəzifə mədənlərdə işlənmə izlərinin bərpası, həmçinin daş alətlərdə aşınma
42
izlərinin tədqiq edilməsi ilə mümkün olmuşdur. Tədqiqat zamanı müəyyən
zaman ərzində duz çıxarılmasını bərpa etmək, əsas texnoloji və istehsal
kəsintilərinin eyniləşdirməyinin mümkünlüyü araşdırılmışdır. Beləliklə
tədqiqatın bir hissəsi istehsal infrastrukturları üzərində cəmləşdirilmiş,
onların korrelyasiyası gil qab parçaları, makro və mikro daş alətlər əsasında
aparılmışdır.
İrimiqyaslı topoqrafik xəritələr əldə etmək mümkün olmadığından
bütün tapıntılar və arxeoloji strukturlar peyk təsvirlərinin ləkəsi üzərində
yerləşdirilmişdir. Bu təsvir istifadəyə yararlı duz laylarının müəyyən
edilməsində böyük köməklik göstərmişdir, belə ki duzun içərisində saxlanan
su infraqırmızı diapozonda aydın şəkildə görünür. Bu həmçinin duz
laylarının az olduğu kolluvium sahələri müşahidə etməyə, hidroqrafik
nümunələrin çıxışlarını müəyyənləşdirməyə kömək edir. Araşdırmalara
yekun vuraraq demək olar ki, Duzdağı başlıca olaraq suyun çəkilməsi ilə
formalaşmış və bir-birindən minimal məsafədə olan duz zonalarından
ibarətdir.
Şəkil 26. Əmək alətləri (Duzdağ).
Əgər Duzdağında olan keramika məmulatını, kiçik daş alətləri
araşdırmalar zamanı toplamaq mümkündürsə, böyük daş alətləri toplamaq
mümkün deyil. Onlar çox olmaqla bərabər, həmçinin ağırdır. Parçalar istisna
olmaqla daş alətlərin ən kiçiyi bir kiloqramdır. Daş gürzlərin ağırlığı 10
kiloqrama qədərdir, lakin onların bəzisinin ağırlığı 60 kiloqrama çatır. Bu
43
çətinliyi aradan qaldırmaq üçün hər bir alətin yerindəcə şəkili çəkilmiş və
sonra bu tipologiya əsasında qeydə alınmışdır.
2008-ci ildə Duzdağ yatağının ilk araşdırılması zamanı əsas məqsəd
arxeoloji qazıntının yerini müəyyən etmək idi. Araşdırmalar göstərdi ki,
arxeoloji tapıntılar, demək olar ki, Duzdağ yatağının hər yerində, gil
çöküntülərinin üç başlıca səviyyəsinə uyğun olaraq yayılmışdır.
Araşdırmalar göstərmişdir ki, təpənin yalnız ağ-yaşıl rəngli gil qatları duz-
mədən sənayesi üçün əlverişlidir. Qırmızı zolaqlar çöküntülərin daha qaba
və lilli laylarındandır. Burada yatağı formalaşdıran duz kristalları kifayət
miqdarda toplanmamışdır. Onları mədən sənayesinin ənənəvi üsulları ilə
istismar etmək çətindir.
Arxeoloji tapıntılar Duzdağında Şimaldan Cənuba doğru 3 km-lik bir
məsafədə yayıldığından qazıntının yerini və həcmini müəyyən etmək
olduqca əhəmiyyətli idi. Keramika parçaları və kiçik daş alətlər Duzdağdan
kənarda, o cümlədən Cəhri Xoru adlanan hissədən də tapılmışdır. Bu ərazi,
böyük ehtimalla, şaxtaçıların içməli suya olan tələbatını ödəmək üçün
müvəqqəti olaraq dayandıqları yerdir.
Şəkil 27. Duzdağda tədqiqatlar.
Mədənlərin arxeoloji araşdırmalarla müəyyən olunmuş ölçüsünə
uyğun olaraq, təpənin müxtəlif hissələrində, “pəncərə” adlandırılmış yeddi
sahə intensiv tədqiqat obyektinə çevrilmişdir. Pəncərələrin yerinin müəyyən
44
edilməsi müxtəlif kriteriyalara – arxeoloji tapıntıların toplanmasına,
infrastruktur istismarının tiplərinə [tunel, karxana], duz yataqlarının
yaxınlığı və müasir baxımdan onlar əldə etmək imkanlarına [yolların
mövcudluğu və s.] əsaslanmışdır. Pəncərələrin formasının və ölçüsünün
müəyyən edilməsində mövcud dağ silsiləsi və vadilər nəzərə alınmaqla
arxeoloji tapıntıların potensial trayektoriyasının izlənməsinə əsaslanmışdır.
Tapıntıların bəzən sürüşüb yerini dəyişməsi də nəzərə alınmışdır. Beləliklə,
duz mədəninin özündə bilavasitə altı pəncərə müəyyənləşdirilmiş, yeddinci
pəncərəyə isə Cəhri Xorunun ətrafındakı duz təzahürləri aid edilmişdir.
Şəkil 28. Üyütmə daşı (Duzdağ).
Toplanılan materiallar peyk təsvirləri, yaxud havadan çəkilən rəngli
fotorəsmlər üzərində işlənib hazırlanmışdır.
Hər bir pəncərədən götürülmüş faktiki arxeoloji materiallar – böyük
daş alətlərdən tutmuş kiçik keramika parçalarınadək [diaqnostik, yaxud
qeyri-diaqnostik] bütün tapıntılar dəqiqliklə GPS vasitəsi ilə qeydə
alınmışdır. Digər tərəfdən seçilmiş sahələrdən kənarda qalanlar ilkin
tədqiqata cəlb edilmişdir.
Duzdağında aşkar olunan arxeoloji materiallar çoxsaylı və müxtəlif
formalı olması ilə fərqlənir. Onlar Türkiyədəki Tuzlucada olduğu kimi,
yalnız bütün yataq boyu izlənən infrastrukturlardan ibarət deyil Xoy-
Duzdağına oxşar vəziyyətlə təpənin ətəyi boyunca yayılan arxeoloji
tapıntılardan ibarətdir. Sonuncudan fərqli olaraq Naxçıvan mədənlərindən
Dostları ilə paylaş: |