98
böyük, Cənubi Qafqazda isə böyük qalalardan biri olmuşdur. Abidənin
yerləşdiyi ərazi kənd təsərrüfatı üçün böyük əhəmiyyəti olan və Naxçıvanın
ən məhsuldar ərazisi olan, öz başlanğıcını Kiçik Qafqaz dağlarından alan
Arpaçayın keçdiyi Şərur düzənliyini nəzarətdə saxlamaq baxımından
olduqca əhəmiyyətlidir.
Şəkil 66. Oğlanqalada saray binasının qalıqları.
Oğlanqalada 1988-1989 – ci illərin qazıntıları zamanı qalanın Erkən
və Orta Dəmir dövründə bu ərazidə mühüm siyasi mərkəz olması ilə bağlı
inkaredilməz dəlillər aşkar olunmuşdu. 2008-2011 – ci illərdə Azərbaycan-
Amerika ekspedisiyasının dörd il ərzində apardığı qazıntılar nəinki bu ilk
mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, Oğlanqala Erkən Dəmir
dövründə müstəqil dövlətin paytaxtı olmuşdur. O, qonşu Urartu dövləti ilə
iqtisadi və mədəni əlaqələr saxlamış, Əhəməni imperiyasının dağılmasından
sonrakı yüzilliklərdə güclü müdafiə sistemi ilə əhatə olunmuş şəhər-dövlətin
paytaxtı olmuşdu. 1988-1989-cu illərdə аpаrılаn qаzıntılаr 280 kv. m sаhəni
əhаtə еtmişdir. Qаzıntı zаmаnı yаşаyış yеrində dörd tikinti dövrü müəyyən
еdilmişdir. Аrxеоlоji tədqiqаtlаr 150 kv. m sаhədə аnа tоrpаğаdək dаvаm
еtdirilmişdir. Məlum оlmuşdur ki, qаlаnın müdаfiə divаrlаrı təbii qаyаlıq
üzərində sаlınmışdır. Mədəni təbəqənin qаlınlığı yеrin rеlyеfindən аsılı
оlаrаq 2,5 - 4,5 m аrаsındаdır. Аrаşdırmаlаr müdаfiə divаrının müxtəlif
tikinti dövrlərində fəаliyyət göstərdiyini sübut еdir. İri qаyа pаrçаlаrındаn
hörülən divаr rеlyеfdən аsılı оlаrаq 1-2,7 m hündürlüyündə sаxlаnmışdı.
99
Divаrın ətrаfındа xеyli miqdаrdа çiy kərpic və möhrə qаlıqlаrının аşkаr
оlunmаsı, оnun yuxаrı qisminin çiy kərpiclə hörülərək tаmаlаndığını
göstərir.
Şəkil 67. Sütun altlıqları. Oğlanqala.
2008-2011-ci il mövsümündə aparılan qazıntılar zamanı əsas məqsəd
Oğlanqalanın sitadelini və şimal bürcü yaxınlığındakı istehkamları
açmaqdan ibarət idi. 2010-cu ildə şimal-qərbdəki dairəvi bürcün şimal
divarının təməlindən götürülən kömür analizi göstərdi ki, bu müdafiə
istehkamları təqribən e. ə. 800-cü ildə inşa olunmuşdur. Bu o deməkdir ki,
Oğlanqalanın istehkamları Urartu imperiyasının Türkiyədə möhkəmləndiyi
[təqribən e. ə. 850-600-cü il], Qafqazda və Şimal-Qərbi İranda. hərbi
əməliyyatlar apardığı dövrdə tikilmişdir. Tapıntılardan daha çox müdafiə
istehkamlarının tikinti texnikası maraq doğururdu. Oqlanqalanın
mühəndisləri qalanı tikərkən Erkən Dəmir dövrü texnikasından, yoxsa öz
nüfuzlu qonşuları olan urartuların tikinti texnikası və üsullarından istifadə
etmişdilər? Urartu istehkamları fövqəladə dərəcədə standartlaşdırılmışdır,
onlar müntəzəm möhkəmləndirmə, yonulmuş daşlardan ibarət və standart
ölçülü kərpic tikinti ilə xarakterizə olunur. Ehtimal ki, Urartu arxitektorları
dövlətin daimiliyini təmin etmək üçün imperiya ərazisindəki bütün
istehkamların tikintisini layihələşdirmişdilər.
100
Oğlanqalanın tədqiqi zamanı şimal istehkamların xüsusiyyəti 215
metrlik məsafədə izlənmişdi. Araşdırma göstərdi ki, Oğlanqalanın
istehkamları Dəmir dövrünün erkən mərhələsinin tikintilərini xatırladır.
Lakin ola bilsin ki, Urartunun bəzi xüsusiyyətləri də təqlid edilmişdir. Urartu
divarlarının düz və dördkünc, topoqrafiyaya uymayan xüsusiyyətlərindən
fərqli olaraq Oğlanqala istehkamları Qaratəpə dağının topoqrafiyasına uyğun
olaraq inşa edilmişdir. Şimal divarlarının araşdırılması ciddi düşünülmüş,
lakin bəzən qeyri-müntəzəm möhkəmləndirilmiş istehkamları ortaya çıxardı.
Uzunluğu 7 m, eni 4 m olan divarın qərb tərəfinin təməli kifayət qədər
davamlıdır. Onlar bir-birindən 15 m aralıda idi. Lakin şərqə doğru bu
nümunə qırılır. Möhkəmləndirilmiş divarlar əvəzinə qeyri-müntəzəm
işlənmiş divar ziqzaqları ortaya çıxır. Möhkəmləndirilmiş divarların Urartu
arxitekturasının xüsusiyyəti olmasına baxmayaraq, onların bənzərləri Cənubi
Qafqazın Dəmir dövrü arxitekturasından da mövcuddur.
Şimal istehkamlar blok halına salınmış əhəngdaşı parçalarından inşa
olunmuş, daş blokların arasındakı boşluqları doldurmaq və divarı düzəltmək
üçün isə kiçik həcmli daşlardan istifadə edilmişdir. Divarın müxtəlif
hissəsindəki daşlar səliqə ilə düzülmüş yonulmamış daşlardan ibarətdir.
Lakin divarın bəzi hissələrində, əhəngdaşı parçalarının boyük hissəsi kvadrat
və düzbucaqlı blok şəklində yonulmuşdur. Bu tip blokların ölçüsü 30 və 70
sm
2
arasındadır. Digər hissələrdə isə divarlarında bir qədər yonulmuş və
yonulmamış daşlardan istifadə edilmişdir. Daşyonanlar IV Dövrdə,
ümumiyyətlə, divarlara yaxşı yonulmuş küncləri olan daşlar qoymağın
qayğısını çəkməmişlər, ehtimal ki, bu hissələr zəif olduğundan eroziyaya
məruz qalmışdır. Divar boyunca istifadə olunan kiçik həcmli daşların da
miqdarı dəyişmişdir. Bu müdafiə divarı ana qaya üzərində tikilmiş, bununla
belə müxtəlif tikinti üsullarından istifadə edilmişdir. Ümumiyyətlə, divar
inşa edilməzdən əvvəl təməldəki otlar yandırılmış və buna görədə birbaşa
divarların altında tünd boz rəngli kül layı saxlanmışdır. Təməlin üzərindəki
bitki örtüyünün yandırılması əhəngdaşının keyfiyyətini dəyişdirmiş, onların
üzərində daş ovuğu və çatlaqlar qalmışdır. Bundan sonra bənnalar əhəngdaşı
bloklarını təməlin üzərinə qoymaq və müxtəlif üsullardan istifadə etməklə
səviyyəni düzəltməyə və düzgün səth almağa çalışmışlar Bəzən böyük
blokların altı kiçik həcmli daşlarla düzəldilir, bəzən isə daş bloklar birbaşa
qayanın üzərinə qoyulurdu. Urartu qalalarında olduğu kimi təməl üçün
birbaşa qayanın düzəldilməsinə heç vaxt rastlanmamışdır. Urartularda
pilləkən formasında yonulan qayalar birbaşa təməlin əsasını təşkil edirdi.
Oğlanqalanın bu istehkamında müxtəlif tikinti üsullarının istifadə edilməsi
Dostları ilə paylaş: |