101
qalanı inşa edən arxitektorlar və daşyonanlar haqqında müəyyən fikirlər
deməyə imkan verir. Belə hesab edirik ki, qalanın müxtəlif hissələrinin
tikilməsinə ayrıca şəxslər cavabdeh olmuş və tikintidə Urartu qalalarında
olduğu kimi heç bir standartlaşdırmaya ehtiyac duyulmamışdır.
Şimal müdafiə divarlarının daş istehkamları bəzi yerlərdə 2 m
yüksəkliyində saxlanmışdır. Lakin, ümumiyyətlə, onların hündürlüyü 1-1,5
m-dən aşağı olmuşdur. Əlavə olaraq bu istehkamların üzəri ölçüləri 40 X 40
X 20 sm olan kərpic tikinti ilə tamamlanmışdır. Onlar həm inşa olunmuş
divarların hündürlüyünü yüksəltmiş, həm də divarlar üçün terras rolunu
oynamışdır. Divarların daş fasadı arxadan çınqılla doldurulurdu. Kərpic
tikintilər daş təməl üzərində inşa olunurdu. Oğlanqalanın şimal tərəfinin
araşdırılması göstərir ki, bu hissə kərpic terraslardan ibarət olmuş, divarların
möhkəmliyini artıran çınqıl, daş divarlar kimi əsas tikinti materialı olmuş və
təqribən e.ə. 800-cü ildə tikilmişdir. Terraslanmış sahənin ölçüsü təqribən 78
X 164 m olmuşdur. Sitadelin xarici divarı ilə müdafiə divarı arasındakı
yüksəklik 35 m olmuşdur. Bu 2, 42 ha olan sahənin terraslaşdırılmasına,
karxana işlərinə, böyük əhəng blokları və milyonlarla kərpicin daşınmasına
xeyli işçi qüvvəsi cəlb edilmişdir. Bu təqribən milyonlarla işçidən ibarət
böyük işçi qüvvəsi tələb edirdi. Bu tikinti layihəsinin monumentallığı IV
Dövr Oğlanqala liderlərinin böyük qüvvəsindən xəbər verir. Tikintinin
möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir.
Araşdırma zamanı şimal-şərq tərəfdə qapı olduğu zənn edilən bir
boşluğa rast gəlinmişdir. Bu boşluğun eni 8, 3 m idi. IV Dövrdə burada inşa
olunan divar, ehtimal ki, sitadelə gedən orijinal qapı olmuşdur. Bu divarın
şimal yamacın ən əlverişli mövqeyində yerləşməsi irəli sürülən ehtimalı
təsdiq edir. Əlavə olaraq demək olar ki, burada çay daşlarından işlənmiş
təmələ rastlanmamış, çay daşlarını kiçik hissələrə bölünmüş əhəng daşı ilə
birləşdirən başqa bir üsuldan istifadə edilmişdir. Bu aralıqda, qərb tərəfdə
ana qaya üzərində açılmış oyuq, böyük ehtimalla qapı oxu üçün nəzərdə
tutulmuşdur. Bu pilləkənli sahə, ola bilsin ki, III Dövrdə sitateldə rastlanmış
divara bənzər tikinti zamanı doldurulmuşdur. IV Dövrün son cərgələri kiçik
həcmli yastı daşlarla işlənmiş və səviyyəni düzəltmək üşün istifadə
edilmişdir. Bu tikintinin üzərinə iki cərgə kərpic tikinti, ondan sonra isə üç
cərgə böyük daş bloklar qoyulmuşdur. Daş blokların əksəriyyəti IV
Dövrdəki bənzərlərinə nisbətən çox kiçik idi. Ümumiyyətlə, yan-yana
qoyulmuş 20-30 sm
2
ölçülü daşlar pis inşaat texnikasından xəbər verirdi,
belə ki, bu tikintidə daşların bir çoxu bloklarla uyğun deyildi.
Ərazisi 1,2 ha olan sitadelin əsas binası şimal tərəfdə yerləşir və
təqribən 4700 m
2
sahəni əhatə edir. Burada Sovet dövründə, 1988-1989-cu
102
illərdə və bizim 2008-2011-ci illərdə apardığımız araşdırmalar zamanı
binanın 1800 m
2
sahəni əhatən edən hissəsi açılmışdır. Radiokarbon
analizlər göstərir ki, sitadel, əvvəlcə, təqribən e.ə. 800-cü ildə Oğlanqala IV
dövründə tikilmişdir. Bu bürclərin və müdafiə istehkamlarının yaradılması
ilə üst-üstə düşür. İstehkamların inşasında istifadə edilən tikinti üsulları
həmçinin sitadeldə istifadə olunmuşdur.
Oğlanqalanın IV Dövrünə aid sarayı ölçüləri 33 X 34 m, yaxud 1122
m
2
olan böyük daxili həyətin ətrafında inşa olunmuşdur. Bu demək olar ki,
Türkiyədəki Altıntəpə məbədini əhatə edən daxili həyətlə eyni ölçüdədir.
Daxili həyət, ehtimal ki, sitadeldə ən mühüm ictimai yerlərdən biri
olmuşdur. Onun hədsiz dərəcədə böyük ölçüsü qala hökmdarının güclü
siyasi hakimiyyətini göstərir. Daxili həyətdən şərqə doğru bir neçə uzunsov,
ensiz binalar aşkar edilmişdi.
Biz daxili həyətdə IV Dövrə aid, qalanın inzibati funksiyaları ilə
bağlı olan böyük küplərin qalığına və Azərbaycanda ən qədim mixi yazı olan
keramika üzərindəki kitabələrə rast gəldik. Lakin heç bir təsərrüfat küpü
bütövlükdə aşkar edilmədi. Təsərrüfat küplərinin parçaları bədii cəhətdən
olduqca yüksək səviyyəli hazırlanmışdı. Üzərində mixi yazı olan parçalar isə
demək olar ki, bu sahənin bütün kontekstlərindən aşkar olunurdu. Küplərin
üzərində fraqment halındakı yazılar, şübhəsiz ki, onların tutumunu
göstərirdi. Biz rəqəmlərə aid a-q [ar] və ru kimi bəzi işarələri bərpa
olunmuşdur, ehtimal ki, onlar aqarqi i terusi işarələrini və həcm ölçüsünü
bildirmişdir.
2011-ci il mövsümündə tədqiqatlar zamanı şərqdə sitadelin IV Dövrə
aid istehkamları aşkar olunmuşdu. Burada müəyyən ara verilməklə divarlar
qərbə doğru yönəlmişdi. Bu divarlar arasındakı məsafə qeyri-müntəzəm olub
şərqə doğru 6,5 m – dən 7,5 m – dək genişlənirdi. Ehtimal ki, bu tikinti
sitadelə daxil olan əsas girişin qalığıdır. Burada aparılan qazıntılar zamanı
daha əvvəlki dövrə aid divar qalıqları aşkar olunmuşdur. Lakin divarların
əksəriyyəti kobud işlənmiş standart əhəngdaşı bloklarından inşa edilmişdir.
Bu tip tikinti texnikası istehkamın və sitadelin inşasında izlənmişdir. Bu
divarda da ustalıqla yonulmuş yeddi daş blok var idi, onların ikisi
standartlaşdırılmış formada olub 90 Х 60 sm və 45 Х 60 sm ölçüdə idi. Bu
tip daş bloklar Bastam, Torpakqala, Çavuştəpə, Ayanis daxil olmaqla
Türkiyə ərazisindəki Urartu yaşayış yerlərində və Şimal-Qərbi İranda aşkar
edilmişdir. Bu bloklar Oğlanqalada olduğu kimi inzibati binanın təməlinin
inşasında istifadə edilmişdir. Torpaqqalada belə bloklardan inşa edilmiş
platforma üzərində Xaldinin məbədi inşa olunmuşdur. Ayanisdə bu tip
texnika sitadelin cənub istehkamlarının təməlinin inşasında istifadə
Dostları ilə paylaş: |