108
Məlum оlduğu kimi, аyаqlаrı qаrnınа qаtlаnmış hеyvаn fiqurlаrı
qədim Şərq incəsənəti üçün xаrаktеrikdir. Bu tip kеçi təsvirlərinə Rаs-
Sаmrа, Qеzеr və Аğаеvlərdən tаpılmış möhürlər üzərində rаstlаnır. Lаkin
bizim nümunə müəyyən оxşаrlıqlаrа bаxmаyаrаq, оnlаrdаn tаmаmilə
fərqlənir. Burаdа kеçinin аyаqlаrının bükülməsi Mаnnа-Skif incəsənəti üçün
xаrаktеrik fоrmа аlmışdır. Еhtimаl ki, möhür Mаnnа və Skiflərlə bаğlı оlаn
hökmdаrа аid оlmuşdur. Hər iki tаpıntını tipоlоji bənzərlərinə əsаsən е. ə.
VIII-VII əsrlərə аid еtmək оlаr.
Şəkil 69. Fərhad evi qaya məzarı.
Naxçıvan Antik dövr abidələri. Makedoniyalı İsgəndərin ölümü və
Makedoniya
imperiyasının
parçalanmasından
sonra
Azərbaycanın
cənubunda Atropatena, şimalında isə Albaniya dövləti yarandı. Naxçıvanın
bu dövrə aid tarixinə aid yazılı mənbələr yoxdur. Naxçıvan şəhəri
yaxınlığındakı Əliabad kəndi ərazisindəki küp qəbirlərin birində
Makedoniyalı İsgəndərə aid gümüş sikkənin aşkar olunması Naxçıvanın bu
imperiya ilə əlaqələrinin olduğundan xəbər verir. Bu abidənin maddi-
mədəniyyət nümunələri ilə Qafqaz Albaniyasının mədəniyyəti arasında
109
müəyyən bənzərlik vardır. Bu dövrdə Naxçıvan ərazisində küp qəbirlərə və
daş qutulara rast gəlinir. Naxçıvanda Antik dövrə aid Albantəpə, Qoşatəpə,
Axura Kültəpəsi, Qalacıq, Meydantəpə yaşayış yerləri və qəbir abidələri
qeydə alınmışdır.
Şəkil 70. İkinci Qız qalası (Şərur).
Bu dövrün geniş tədqiq olunan abidəsi Oğlanqaladır. Oğlanqaladan
aşkar olunan maddi-mədəniyyət nümunələri, xüsusilə sütunlar, sütun
altlıqları və keramika Atropatenanın mədəniyyəti üçün xarakterikdir.
Əldə olunan dəlillər e. ə. 400-250 –ci illərdə Oğlanqala sitadelinin
yenidən məskunlaşdırıldığını, III Dövr memarlarının saray binasını bərpa
etmək istədiyini göstərir. III Dövrün sarayı həmin ərazini əhatə edirdi və
əvvəlki dövrlərdəki strukturların düzəldiməsi ilə inşa edilmişdi. Onun
düzgün formada inşa edilmiş bəzi divarları IV Dövr arxitekturasını bərpa
etmişdi, lakin daxili həyətin şimal, cənub və şərq divarları III Dövrdə
yenidən istifadə olunmuş, yaxud yenidən inşa edilmişdi. Ümumiyyətlə, III
Dövr sarayının binaları çoxsaylı və kiçik həcmlidir. III Dövrün daş hörgüləri
özündən əvvəlki IV Dövrdəkindən daha az möhtəşəmdir. III Dövr
divarlarının bənnaları gil məhlulu ilə bərkidilmiş, yonulmamış kiçik
daşlardan istifadə etmişlər. Divarların düzəldilməsi üçün kiçik daşlardan da
istifadə edilməmişdir və divarlar IV Dövrdəkilərə nisbətən ensizdir.
110
Divarların eni 1 və 2 metrlər arasında dəyişir, tikintinin əksər hissələrində isə
1 metrdir. Stratiqrafik dəlillər göstərir ki, III Dövr arxitektorları inşaat
apararkən IV Dövrə aid maddi qalıqları dağıtmışlar. Onlar IV Dövr
bənnalarının inşa etdiyi sahəni doldurmuş və III Dövrün kərpic teretuarları
birbaşa ana qaya üzərində deyil torpağın üzərində inşa olunmuşdur. Lakin
daş hörgülər əvvəlki kimi möhtəşəm deyildilər və əlimizdə olan faktlar
onların tamamlanmış hissələrinin çox gözəl görünüşə malik olduğunu təsdiq
edir. Bu binanın müxtəlif yerlərində, xüsusilə III Dövrün qərb və şərq
hissələrində yonulmuş daşlardan istifadənin əlamətləri qalmışdır. Yonulmuş
daşlar əvvəlki dövrdə olduğu kimi Qaratəpə dağının əsasını təşkil edən və
arxitekturada geniş istifadə edilən mərmərləşmiş əhəngdaşından deyil,
tuflaşmış əhəngdaşından və qum daşından hazırlanmışdır.
Şəkil 71. Qırmızıdaş qalası (Kəngərli rayonu).
Bu binanın ən böyük qismi əvvəlki daxili həyətin yerində yerləşən iri
otaqdan ibarətdir. III Dövrə aid bu otaq IV dövrdəki bənzərinə nisbətən daha
kiçik olub ölçüsü 27 Х 33 m-dir. Bəzi faktlar, xüsusilə bu otağın şimal
tərəfində cəmləşən 29 ədəddən ibarət tikinti materialı göstərir ki, III Dövrün
arxitektorları əvvəlki daxili həyətin yerində sütunlu salon tikməyi
planlaşdırmışdılar. Bu faktlar sütun barabanları, sütun altlıqları, kapitel və
kvadratşəkilli postamentlərdən ibarətdir. Bu tkinti materiallarının heç biri
sonadək işlənib tamamlanmamışdır. Qaldırılabilən sütun barabanlarının heç
111
biri tam işlənməmiş, son istifadə üçün cilanmamış və bədii formaya
salınmamışdır. Bu sahədə aşkar edilən sütun altlıqları və sütun barabanları,
sahənin hər tərəfinə yayılsa da, Əhəməni apadanalarına bənzər həyətlərin
yaradılması üçün kifayət deyil. Onların başa çatmamış formasını nəzərə
alaraq demək olar ki, dövlət binanın böyük hissəsinin tikintisini başa
çatdırmamışdır. Buna görə də sütun altlıqları və barabanların bu geniş
sahədə necə istifadə edildiyini söyləmək çətindir.
Şəkil 72. Aza qalası.
Sütunlu salonlar Yaxın Şərq abidələrindən yaxşı məlumdur. Şərqi
Türkiyədə və Qafqazda bu tip bir neçə saray qazılıb aşkar edilmişdir.
Oğlanqalanın salonu Altıntəpə və Erebuninin salonlarından kiçikdir, ehtimal
ki, onlar satraplıq mərkəzi olmuşlar. Lakin onların forması və həcmi
bənzərdir. Oğlanqala sütunlarının birbaşa bənzərlərinin tapılmaması çətinlik
törətsə də, onların başa çatmamış forması, xüsusilə zəng tipli sütun
altlıqlarını Qaracəmilli, Sarıtəpə, Qumbati və Bencaminin qazıntıları zamanı
aşkar edilmiş nümunələrlə müqayisə etmək olar. Sütunların digər
elementləri, xüsusilə yonulmamış gövdə, hədsiz dərəcədə kiçik olan
barabanlar öz yaxın bənzərlərini İran [Nahavənd] və Əfqanıstan [Yunan-
Baktriya, Ay-Xenum] Selevkidlərinin 2-ci əsrə aid kontekstlərində tapır.
Dostları ilə paylaş: |