112
Postəhəməni kontekstlərini nəzərə alsaq, ehtimal ki, sütun barabanları bir-
birinin üzərinə qoyulmuş və kapitellər onların üst qismini tamamlamışdır.
Şəkil 73. Başqala (Kəngərli rayonu).
Qazıntı zamanı digər elementlərin aşkar olunmaması Farsdan
kənardakı Əhəməni mərkəzlərində, satraplıqların və inzibati əyalətlərin
mərkəzində daş əsaslar üzərində ağac və kərpic sütunlardan istifadə
edildiyini göstərir. III Dövrün təməlindən və sütunların altındakı kül
laylarından götürülən kömürün radiokarbon analizi göstərir ki, bu tikintilərin
ehtimal olunan tarixi e. ə. 4 – 3-cü əsrlərdir. Binanın bərpası iki tarixi
dövrdən birinə, ya Əhəməni imperiyasının son 50 ilinə, ya da post Əhəməni
dövrünə, Selevkidlərin onların imperiyasını özlərinə birləşdirdiyi dövrə
aiddir. Belə olduğu halda layihənin yarımçıq qalmasının səbəbi ya III
Daranın ölümü və Əhəməni imperiyasının dağılması, ya da Makedoniyalı
İsgəndərin imperiyasının süqutu ilə bağlı olmuşdur. İkincisi, bu, 4-cü əsrin
sonunda imperiyanın dağılmasından sonrakı qarışıq onilliklərdə burada
Midiya-Atropatena dövlətinin yaranması ilə bağlı ola bilər. Oğlanqala
sitadelinin çoxsaylı özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bu binanın
tikintisini ikinci dövrə aid etmək olar. Oğlanqala Qafqazda farsların birbaşa
olduqları Qaracəmilli, Qumbati və Bencamindən əsaslı şəkildə fərqlənir.
Oğlanqalada hakimiyyətin simvollarından biri kimi böyük sütunlu salon
mövcuddur. O tamamilə yerli stildə inşa olunmuşdur. Onun tikilməsini
113
sifariş edən şəxs yerli əhaliyə məxsus olmuş, Şərur düzənliyini və ola bilsin
ki, daha böyük əraziləri öz hakimiyyəti altında birləşdirmək istəmişdir. Ola
bilsin ki, onun hakimiyyəti uzun sürməmiş, buna görə də tikinti proyekti və
ərazinin gözəl peyzajı tərk edilmişdir. Bu binada tapılan çoxsaylı ox
ucluqları və sapand daşları bu dövrün güclü dağıntıya məruz qaldığını
göstərir. Əhəməni imperiyası dağıldıqdan sonra onun Qafqazda güclü təsiri
Qərbi Gürcüstanda Kolxidanın və Vanın qazıntılarından məlumdur. Ola
bilsin ki, bənzər hadisə Oğlanqalada da olmuşdur.
II Dövrdə sitadelin tikintisi ilə bağlı əsas dəlillərdən biri də III Dövr
sarayının xarabalıqlarında qazılmış 30-dan artıq çuxurdur. Onların qeyri-adi
tapıntıları ziyafətlərin keçirilməsi və başqa ictimai hadisələrdən xəbər
verərək göstərir ki, sarayın bu monumental binası tərk edildikdən təqribən
yüz illər sonra bura Oğlanqala sakinlərinin gündəlik gəldikləri yerlərdən biri
olmuşdur. Təpənin digər yerlərində aparılan geofiziki analizlər təqribən e. ə.
100 və bizim eranın 100-cü ilini göstərmişdir. Bu dövrdə Oğlanqala, ola
bilsin, Strabonun Qafqazda Olane adı ilə xatırladığı möhkəmləndirilmiş
şəhər olmuşdur.
Qərb divarı boyunca aparılan təmizləmə işləri zamanı Oğlanqalanın II
Dövrünə aid küp qəbirlərlə rast gəlinmişdir. Burada qəbirlərin olması təsdiq
edir ki, tikinti və bərpa işlərindən sonra onlar öz funksiyasını itirmişdir. Bu
qəbirlərdə cinsi məlum olmayan və pis saxlanmış yaşlı adam skeleti
qalıqlarının bir hissəsi aşkar edildi. Lakin küp qəbirin qərb tərəfində aşkar
olunan iki qulplu küpə bilavasitə Oğlanqalanın yerli insanlarına aid idi. Bu
adam Roma imperiyasından gətirildiyi zənn edilən olduqca zəngin
avadanlıqla dəfn edilmişdi. Əvvəlcə qəbirdən imperator Avqustun portretini
göstərən dörd gümüş sikkə tapıldı. Lakin sikkələr paslanmış və bir qədər
dağılmışdı. Buna baxmayaraq onların eyni tipli olduğu və üzərində iki kitabə
olduğu aydın seçilirdi. Sikkələrin üz tərəfində dəfnə yarpağından tac qoyan
Avqustun sağ tərəfdən şəkili var idi. Onun kənarında “CAESAR
AVGVSTVS DIVI F PATER PATRIAE.” sözləri yazılmışdı. Sikkənin arxa
tərəfində Sezarın Qayus və Lusiusunun iki təsviri verilmişdir. Şəkil üz
tərəfdən arxasında nizələr olan qalxana söykənmiş vəziyyətdə təsvir
edilmişdir. Kənarda isə “VGVSTI F COS DESIG PRINC IVVENT, C L
CAESARES”
kitabəsi
yazılmışdır.
Sikkələrin
üçü
numizmatik
araşdırmalardan yaxşı məlumdur və ehtimal ki, e.ə. 2-ci il və bizim eranın
12-ci ilində kəsilmişdir. Diğər sikkələr isə daha kiçik diapozona malik olub
e. ə. 2-ci il, bizim eranın 4-cü ili ilə tarixlənir. Bundan başqa dəfn edilənin
bir tunc və dörd qaşlı üzüyü var idi. Onların üzərində inək və medalyon
təsviri var idi. Bundan başqa qəbir inventarına yuvarlaq şəkilli şüşə flakon
114
və bu tip flakona aid parçalar da daxil idi. Bunlarla bərabər Finikiya mənşəli
şirli muncuq da aşkar edilmişdir.
Eramızdan əvvəl I, bizim eranın II əslərinə aid mənbələrdə
Naxçıvanla bağlı kifayət qədər məlumat yoxdur. Həmin dövrdə Atropatena
Parfiya və Romanın döyüş meydanına çevrilmişdi. Ölkəmizin ərazisi yadelli
işğalçılar tərəfindən qarət və talanlara məruz qalırdı. Şəraitdən asılı olaraq
Atropatenada gah parfiyalıların, gah da romalıların mövqeyi güclənirdi. Əldə
olan faktlar bu dövrün hadisələri haqqında məlumat əldə etməyə imkan
verir. Şahbuz rayonunun Ağbulaq kəndində aşkar olunan küp qəbirdən
tapılmış Arşaki [Parfiya] hökmdarı I Qotarza aid mis sikkə, Naxçıvan
yaxınlığındakı Urud [Orod-Arşaki hökmdarı – V.B.] toponimi Arşakilərin
təsirini əks etdirir. Tassit Cənubi Qafqazda baş verən hadisələrdən bəhs
edərkən Parfiya hökmdarı Orodla albanlar, iberlər və sarmatların birləşmiş
qüvvələri arasında olan döyüşdən bəhs etmişdir.
Oğlanqaladan aşkar olunan Roma sikkələri hələlik geniş nəticələr
çıxarmaq üçün kifayət deyil, lakin bu tapıntılar ən azından Roma ilə
əlaqələrin olduğunu, pul dövriyyəsinin inkişaf etdiyini təsdiq edir.
Bu dövrdə Azərbaycana, o cümlədən Naxçıvana masaget, sarmat və
alanların yürüşləri başlayır. Kəngərli rayonunun Böyükdüz kəndi
yaxınlığındakı daş qutu qəbirləri tədqiqatçılar sarmat-alan yürüşləri ilə
bağlamışlar. Onların fikrinə görə bu qəbirlərin avadanlığı sarmat-alanlar
üçün xarakterikdir. Bu qəbirlər e.ə. I, bizim eranın I-III əsrlərinə aid
edilmişdir. Ümumiyyətlə, bu tayfalar tarixi ədəbiyyatda massaget-alan və
massaget-sarmat tayfaları da adlandırılmış, Maskutlar çarlığı ilə
bağlanmışdır. Bizim eranın I əsrində sarmat-alanlar Atropatenaya hücum
etmiş, Cənubi Qafqaz ölkələrində dağıntı törətmiş və böyük qənimətlə geri
qayıtmışlar.
Araşdırmalar
Böyükdüz
qəbirlərinin
sarmat-alanların
müttəfiqləri ilə bağlı olduğunu göstərir. Mənbələr alan tayfalarının Şimalda
yaşayan dağlıları ittifaqa cəlb edərək Cənubi Qafqaza hücum etdiyini təsdiq
edir. Gürcü mənbələrində bu dağlılar paçanik [peçeneq- V.B.], ciq, durzuk
və digər adlarla xatırlanır. Son zamanlar Böyükdüz qəbirlərinin bənzərləri
Şahbuz rayonunun Biçənək, Culfa rayonunun Göynük kəndi yaxınlığındada
aşkar edilmişdir. Araşdırmalar Biçənək oykoniminin peçeneq tayfaları ilə
bağlı olduğunu göstərmişdir.
Bu dövrdə utilərin də Naxçıvanda yaşaması arxeoloji faktlarla təsdiq
olunur. Azərbaycanın böyük tayfalarından biri olan utilər haqqında məlumat
verən antik müəlliflər onların Araz çayı boyunda müqlərin qonşuluğunda,
Atropatenanın sərhəddində yaşadığını göstərirlər. İqrar Əliyev bunları
Qafqaz Albaniyasının Otena vilayətində yaşayan utilərlə eyniləşdirir.
Dostları ilə paylaş: |