115
Məlum olduğu kimi, Qay Sezar e.ə. 1-ci ildə Ermənistanı işğal edərək bu
ölkəni Atropatenanın hakimiyyətinə verir. Bizim eranın 2-ci ilində
parfiyalılar tərəfindən qızışdırılan ermənilər Ariobarzana qarşı üsyan
qaldırır. Bu Roma sərkərdəsinin ikinci dəfə Ermənistana yürüşünə səbəb
olur. Bu yürüş zamanı ermənilər məğlub olur və Atropaten hökmdarı
Ariobarzan bu iki ölkə arasında nifaqa səbəb olan Albaka vilayətini geri alır.
Tədqiqatçılar bu vilayətin Vanla Urmiya arasında, Ağrı dağından şərqdə
yerələşdiyini, əhalisinin marlardan ibarət olduğunu göstərirlər. Albakada
murasan nəslindən olan Ajdahakanın törəmələri yaşayırdılar. E.ə. I əsrlə
eramızın II əsrinə aid dövrdə Naxçıvan və Qoxtan haqqında məlumatlar
digər mənbələrdə də var. Mənbələrin məlumatına görə, Naxçıvanın hakimi
murasan qəbiləsinin Əjdahaka nəslindən olmuşdur. Belə çıxır ki, Naxçıvan o
zaman Albaka vilayətinin tərkibində olub. Bu nəsildən olan sərkərdə Arğam
indiki Ermənistan ərazisində taxt-tac uğrunda mübarizədə tərəflərdən gah
birinə, gah da o birinə kömək edərək onları zəiflətmişdir. Mənbələrin
məlumatına görə Qoxtanda olan rabsodlar [gəzərgi müğənnilər]
mahnılarında Ağramı tərənnüm etmişlər. Belə nəticəyə gəlmək olarki, o
dövrdə Naxçıvanın əhalisi marlar, utilər, peçeneklər, çovdeylər həmçinin
digər qəbilələr məskunlaşmışdılar. Onlar mənşəcə türkdilli idilər.
Atropatena dövrünə aid mədəniyyət nümunələri keramika məmulatı
ilə təmsil olunmuşdur. Demək olar ki, halqa dabanlı, üzəri qırmızı və narıncı
rənglə örtülmüş kasaların parçaları, ehtimal ki, II Dövrdə daha geniş
yayılmışdır. Bu kasaların dairəvi, halqaşəkilli oturacaqları Parfiya və İran
Azərbaycanının yaşayış yerləri üçün xarakterik deyil. Lakin bəzi nümunələr
Pasarqaddan, İranın digər yerlərindən və Cənubi Qafqazın Ellin dövrü
qəbiristanlıqlarından məlumdur. Kənarında yiv açılmış kasaların ağız
kənarları xaricə doğru çıxıntılı olub qapaq qoyulmaq üçün nəzərdə
tutulmuşdur. Bu tiplər daha çox yerüstü materiallar arasında yayılmış və
həmin dövrlə tarixləndirilə bilərlər. Ağzının kənarı xaricə doğru çıxıntılı
olan küpələr Cənub-Qərbi və Qərbi İranda Əhəməni dövründən Parfiya
dövrünə keçən təbəqələrdən məlumdur və Oğlanqalanın II Dövrü üçün
tipikdir.
E.ə. VI-I minilliklərdə Naxçıvanda etnik mədəni proseslər.
Naxçıvanda yerləşən arxeoloji abidələrin tədqiqi Bu ərazidə formalaşan
qədim mədəniyyətlərin yerli etnoslar tərəfindən yaradıldığını təsdiq edir.
Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq və Cənubi Qafqaz
mədəniyyətləri ilə əlaqəli şəkildə inkişaf etmiş, mədəniyyətlərin
formalaşmasında iqtisadi-mədəni əlaqələrin və miqrasiyaların da müəyyən
rolu olmuşdur. Qədim Şərq ölkələri ilə mədəni əlaqələr hələ e.ə.VII-VI
116
minilliklərdən başlamışdı. I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan
Xalaf tipli çölmək e.ə.VI minilliyə aid edilir. Tədqiqatçıların ümumi fikrinə
görə bu çölmək Mesopotamiyadan gətirilmişdir. Çölmək I Kültəpədə
arxasıüstə uzadılmış skeletlə birlikdə aşkar olunmuşdur. Əgər nəzərə alsaq
ki, bu tip dəfn adəti Mesopotamiyada Xalaf mədəniyyətinin yayıldığı dövr
üçün xarakterik olmuşdur, o zaman bu tip keramikanın müəyyən əhali
qrupunun miqrasiyası ilə gətirildiyini demək olar. Bu dəfn adəti şumerlərlə
bağlanmışdır. Şumеrlərin türkdilli оlmаsı ilə bаğlı bir sırа Аvrоpа
аlimlərinin, о cümlədən mərhum аlmаn аlimi Q.Hüzingin, Е.Fоrеrin,
F.Hummеlin, V. Хristiаnın, B. Lаndsbеrqеrin fikirləri sоnrаdаn siyаsi
məqsədlər хаrаktеrinə inkаr еdilmişdir. F. Hоmmеl şumеrlərin Оrtа
Аsiyаdаn köçərək Ön Аsiyаyа gələn türk tаyfаlаrı оlduğunu dеməklə 350
şumеr sözünün türkcə izаhını vеrmişdir. Şumеrlərdə Аllаh mənаsını ifаdə
еdən «Dinqir», türklərdə «Tеnqri» sözlərinin, mifоlоji və dil özəllikləri əski
şumеr dilinin türk dilinə uyğun оlduğunu göstərir. Fikrimizcə, bu qruplar
ticarət və sənətkarlardan ibarət olmuş yerli əhali ilə qaynayıb qarışmışdır.
Ovçulartəpəsində aşkar olunan ev sıçanlarının araşdırılması onların
Mesopotamiya mənşəli olduğunu, lakin yerli şəraitə uyğunlaşaraq xeyli
dəyişdiyini göstərir. Araşdırmalar bu heyvanların qədim əkinçilik
mədəniyyətlərini təqib edərək e.ə.VIII-VII minilliklərdə Naxçıvana gəldiyini
təsdiq edir. Lakin bütün bunlar heç də, bəzi tədqiqatçıların iddia etdiyi kimi,
Naxçıvanın
qədim
əkinçilik
mədəniyyətlərinin
Mesopotamiyadan
gətirildiyini təsdiq etmir, əksinə onun yerli zəmində inkişaf etdiyini göstərir.
Ümumiyyətlə, son illər artan faktlar İkiçayarasının qədim əkinçilik
mədəniyyətlərinin Cənubi Qafqaz, o cümlədən Naxçıvan ərazisində
formalaşan mədəniyyətlərə müəyyən təsir göstərdiyini təsdiq edir. Bu təsir
müəyyən istehsal sahələrinin inkişafını stimullaşdırmışdır. Belə nəticəyə
gəlmək olar ki, Naxçıvan abidələrində yayılan boyalı keramika, o cümlədən
Xalac boyalı keramikası Cənub mədəniyyətlərinin, xüsusilə Ubeyd
mədəniyyətinin təsiri ilə ortaya çıxmışdır. Araşdırmalar göstərir ki,
İkiçayarası tayfalarının Naxçıvanla iqtisadi-mədəni əlaqələrini gücləndirən
əsas faktorlardan biri bu ərazinin təbii sərvətləri, xüsusilə mis yataqları
olmuşdur.
İ.H.Nərimanov Leylatəpə yaşayış yerini aşkar etdikdən sonra bu
yaşayış yerinin Mesopotamiya tayfaları, xüsusilə Ubeyd-Uruk tayfaları
tərəfindən salındığını qeyd etmişdir. Onun fikrinə görə, Naxçıvanda Xalaf
mədəniyyətindən
sonra,
Ubeyd
mədəniyyətinə
mənsub
tayfalar
məskunlaşmışdır. Hazırda tədqiqatçıların bir qrupu tərəfindən Leylatəpə
Dostları ilə paylaş: |