121
Bu çayla bağlı müxtəlif əfsanələr var. Rəvayətə görə Asnı gursulu imiş və
Qarabağlardan axaraq indiki Şahtaxtı kəndinin yaxınlığında Araza
qovuşurmuş. Qeyd etmək lazımdır ki, bu tayfaların adı Araz [Ar-as] çayının,
Culfa rayonundakı Ərəzin [Ər-əz-in // Ar-as-in] kəndinin adında da qorunub
saxlanmışdır. Naxçıvanın digər rayonlarında olan toponimlər bu tayfaların
Naxçıvanda məskunlaşdığını göstərir. Urartu hökmdarı Menuanın Culfa
rayonundan aşkar olunan kitabəsində bu toponim Arsine şəklində qeyd
edilmişdir.
Ordubad rayonunda yerləşən qəbir abidələrinin bir qrupu tədqiqatçılar
tərəfindən qadın döyüşçülərə-amazonlara aid edilmişdir. Mənbələrin
məlumatı amazonların “eorpat” adlandırıldığını göstərir ki, bu da
Azərbaycan dilində qadın mənasını ifadə edir. Hazırda bu qəbir abidələrinin
aşkar olunduğu nekropolun yaxınlığında Aza toponimi qalmışdır. Maraqlıdır
ki, Azərbaycan dilində as-az sözü də qadın mənasını ifadə edir. Bu faktlar
qadın döyüşçülərdən ibarət olan tayfaların olması ilə bağlı qədim miflərin
müəyyən dərəcədə həqiqətə uyğun olduğunu göstərir. Ehtimal ki, bu
qadınların kişilərlə bərabərhüquqlu döyüşçü olduğunu təsdiq edir.
E.ə. I minilliyin birinci yarısında Naxçıvanda məskunlaşan skiflərlə
bağlı abidələr indiyədək Naxçıvanda az aşkar edilmişdir. Lakin Lakin
Kəngərli və Şahbuz rayonlarından aşkar olunan skif tipli ox ucluqları bu
tayfaların Naxçıvanda olduğunu təsdiqləyən faktlardan biridir. Assur
mənbələrində skiflər aşquz və işquz kimi xatırlanmışdır. Skiflərin etnik
mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Skiflərin türk olduğunu
qəbul etməyən və onları tаmаmilə irаndillilərlə bаğlаyаn mərhum аkаdеmik
I.H.Əliyеv оnlаr içərisində türk хаlqlаrının оlduğunu еtirаf еtmişdir. Аşşur
qаynаqlаrındа хаtırlаnаn «iç quz», «аş quz» еtnоniminin ərəb mənbələrində
хаtırlаnаn «quz»lаrlа еyni оlduğu və türklərə аid оlduğu indi hеç bir şübhə
dоğurmur. E.ə. I minilliyin birinci yarsında Ön Asiyanın tarixində mühüm
rol oynayan tayfaların Naxçıvanda olmasını sak etnonimi ilə bağlı
toponimlər də təsdiq edir. Ordubad rayonunda Sakkarsu çayının adı bu
tayfalarla bağlı olmalıdır. Skif tayfalarının Yaxın Şərqə hərəkəti ilə bağlı
tədqiqatçıların müxtəlif fikirləri vardır. Qafqaz Albaniyasına aid Arsax
vilayətinin Naxçıvanın qonşuluğunda yerləşməsi sak tayfalarının bu
regionun tarixində mühüm rola malik olduğunu göstərir. Ehtimal ki, skiflər
Yaxın Şərqə müxtəlif yollarla irəliləmişlər. Şübhəsizki, bu yollardan biri də
Naxçıvan ərazisindən keçmişdir. Sahbuz rayonunda skif tipli ox ucluqlarının
tapılması bu tafaların Batabat aşırımından keçid kimi istifadə etdiyininin
göstəricisidir.
122
III FƏSİL. NAXÇIVAN ERKƏN ORTA ƏSR ABİDƏLƏRİ
Feodal
münasibətlərinin
yaranması.
Tarixin
müxtəlif
mərhələlərində Atropatenanın tərkibində olan Naxçıvanda feodal
münasibətləri digər Şərq ölkələrində olduğu kimi erkən meydana gəlmişdir.
Naxçıvanda feodal münasibətlərinin meydana çıxmasını təsdiqləyən faktlar
azdır. Erkən Orta əsrlərə aid arxeoloji abidələrin tədqiqi az da olsa torpaq
üzərində feodal mülkiyyətinin meydana çıxdığını göstərir. Bu münasibətlər
III əsrdən başlayaraq formalaşmağa başlamışdır. Naxçıvanda feodal
münasibətləri, Şərqdə olduğu kimi, feodalların öz təsərrüfatlarını yaratması
ilə deyil, kəndlilərdən renta alınması yolu ilə inkişaf etmişdir. İstehsalın
əsasını kəndli əməyi təşkil edirdi. Kəndlilər şəxsən azad idilər. Kəndlilər
əkinçilərə, maldarlara və bağçılara bölünürdülər. Az da olsa qul əməyindən
istifadə olunurdu.
Şəkil 74. Babək qalası.
Naxçıvanın əlverişli təbii şəraiti, xüsusilə Araz vadisinin və Araz
çayına qovuşan gursulu çayların vadisindəki münbit torpaqlar, dağlıq
ərazidəki maldarlıq üçün əlverişli otlaqlar feodal mülkiyyətinin inkişafına,
daha mütərəqqi quruluşun formalaşmasına əlverişli şərait yaradırdı.
123
Naxçıvanın təbii-coğrafi şəraiti süni suvarmanın olmasını tələb edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvanda hələ qədim dövrlərdən suvarma
kanallarından istifadə edilmişdir. Şübhəsiz ki, bu ənənə Erkən Orta əsrlərdə
də qalmışdır. Bu dövrə aid su kanallarının qalıqları Naxçıvanda indi də
qalmaqdadır. Araza qovuşan dağ çaylarından çəkilən kanallar vasitəsilə
çayların suyu vadiyə çıxarılmış, əkinçiliyin inkişafı üçün şərait
yaradılmışdır. Maldarlıqda köçmə yaylaq maldarlığına üstünlük verilmişdir.
İstər əkinçilik, istərsə də maldarlığın inkişafı digər təsərrüfat sahələrinin də
inkişafını stimullaşdırmış, Naxçıvanın iqtisadi və siyasi müstəqilliyi üçün
əsas olmuşdur. Erkən Orta əsrlərdə Naxçıvan hakimlərinin müstəqil siyasət
yürütməsinin səbəblərindən biri də budur.
Şəkil 75. Quyuludağ qalası.
Musa Kalankaytuklunun verdiyi məlumata görə mənşəcə Sisakandan
(indiki Naxçıvan) olan Aran Araz çayından başlayaraq Hunan qalasınadək
uzanan ölkənin düzənliklərini və dağlarını miras olaraq almışdı. Bu artıq
torpaq üzərində irsi mülkiyyətin olduğunu təsdiq edir. Tarixi mənbələrin
hakim sinifin nümayəndələrinə vilayətlərin və kəndlərin bağışlanması,
hakim sinfin öz mülklərini oğulları arasında bölüşdürməsi haqqındakı
məlumatları torpaq sahibliyinin dövlət formasının üstün olduğunu göstərir.
Sasanilərin və ərəblərin hökmdarlara bütöv vilayətlər bağışlaması, onların
isə öz vassallarına torpaq paylaması dövlət və feodal torpaqlarını artırır,
Dostları ilə paylaş: |