Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə39/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

 
 
121 
 
Bu  çayla  bağlı  müxtəlif  əfsanələr  var.  Rəvayətə  görə  Asnı  gursulu  imiş  və 
Qarabağlardan  axaraq  indiki  Şahtaxtı  kəndinin  yaxınlığında  Araza 
qovuşurmuş. Qeyd etmək lazımdır ki, bu tayfaların adı Araz [Ar-as] çayının, 
Culfa rayonundakı Ərəzin [Ər-əz-in // Ar-as-in] kəndinin adında da qorunub 
saxlanmışdır.    Naxçıvanın digər  rayonlarında olan toponimlər  bu tayfaların 
Naxçıvanda  məskunlaşdığını  göstərir.  Urartu  hökmdarı  Menuanın  Culfa 
rayonundan  aşkar  olunan  kitabəsində  bu  toponim  Arsine  şəklində  qeyd 
edilmişdir.  
Ordubad rayonunda yerləşən qəbir abidələrinin bir qrupu tədqiqatçılar 
tərəfindən  qadın  döyüşçülərə-amazonlara  aid  edilmişdir.  Mənbələrin 
məlumatı  amazonların  “eorpat”  adlandırıldığını  göstərir  ki,  bu  da 
Azərbaycan dilində qadın mənasını ifadə edir.  Hazırda bu qəbir abidələrinin 
aşkar olunduğu nekropolun yaxınlığında Aza toponimi qalmışdır. Maraqlıdır 
ki,  Azərbaycan  dilində  as-az  sözü  də  qadın  mənasını  ifadə  edir.  Bu  faktlar 
qadın  döyüşçülərdən  ibarət  olan  tayfaların  olması  ilə  bağlı  qədim  miflərin 
müəyyən  dərəcədə  həqiqətə  uyğun  olduğunu  göstərir.  Ehtimal  ki,  bu 
qadınların kişilərlə bərabərhüquqlu döyüşçü olduğunu təsdiq edir. 
E.ə.  I  minilliyin  birinci  yarısında  Naxçıvanda  məskunlaşan  skiflərlə 
bağlı  abidələr  indiyədək  Naxçıvanda  az  aşkar  edilmişdir.  Lakin  Lakin 
Kəngərli  və  Şahbuz  rayonlarından  aşkar  olunan  skif  tipli  ox  ucluqları  bu 
tayfaların  Naxçıvanda  olduğunu  təsdiqləyən  faktlardan  biridir.  Assur 
mənbələrində  skiflər  aşquz  və  işquz  kimi  xatırlanmışdır.  Skiflərin  etnik 
mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Skiflərin türk olduğunu 
qəbul etməyən və onları tаmаmilə irаndillilərlə bаğlаyаn mərhum аkаdеmik  
I.H.Əliyеv  оnlаr  içərisində  türk  хаlqlаrının  оlduğunu  еtirаf  еtmişdir.  Аşşur 
qаynаqlаrındа хаtırlаnаn «iç quz», «аş quz» еtnоniminin ərəb mənbələrində 
хаtırlаnаn «quz»lаrlа еyni оlduğu və türklərə аid оlduğu indi hеç bir şübhə 
dоğurmur.  E.ə.  I  minilliyin  birinci  yarsında  Ön  Asiyanın  tarixində  mühüm 
rol  oynayan  tayfaların  Naxçıvanda  olmasını  sak  etnonimi  ilə  bağlı 
toponimlər  də  təsdiq  edir.  Ordubad  rayonunda  Sakkarsu  çayının  adı  bu 
tayfalarla  bağlı  olmalıdır.  Skif  tayfalarının  Yaxın  Şərqə  hərəkəti  ilə  bağlı 
tədqiqatçıların  müxtəlif  fikirləri  vardır.  Qafqaz  Albaniyasına  aid  Arsax 
vilayətinin  Naxçıvanın  qonşuluğunda  yerləşməsi  sak  tayfalarının  bu 
regionun tarixində mühüm rola malik olduğunu göstərir. Ehtimal ki, skiflər 
Yaxın Şərqə müxtəlif yollarla irəliləmişlər. Şübhəsizki, bu yollardan biri də 
Naxçıvan ərazisindən keçmişdir. Sahbuz rayonunda skif tipli ox ucluqlarının 
tapılması  bu  tafaların  Batabat  aşırımından  keçid  kimi  istifadə  etdiyininin 
göstəricisidir. 
 


 
 
122 
 
III FƏSİL. NAXÇIVAN ERKƏN ORTA ƏSR ABİDƏLƏRİ 
 
Feodal 
münasibətlərinin 
yaranması. 
Tarixin 
müxtəlif 
mərhələlərində  Atropatenanın  tərkibində  olan  Naxçıvanda  feodal 
münasibətləri digər Şərq ölkələrində olduğu kimi erkən meydana gəlmişdir. 
Naxçıvanda  feodal  münasibətlərinin  meydana  çıxmasını  təsdiqləyən  faktlar 
azdır.  Erkən  Orta  əsrlərə  aid  arxeoloji  abidələrin  tədqiqi  az  da  olsa  torpaq 
üzərində  feodal  mülkiyyətinin  meydana  çıxdığını göstərir. Bu  münasibətlər 
III  əsrdən  başlayaraq  formalaşmağa  başlamışdır.  Naxçıvanda  feodal 
münasibətləri,  Şərqdə  olduğu kimi, feodalların öz  təsərrüfatlarını  yaratması 
ilə  deyil,  kəndlilərdən  renta  alınması  yolu  ilə  inkişaf  etmişdir.  İstehsalın 
əsasını  kəndli  əməyi  təşkil  edirdi.  Kəndlilər  şəxsən  azad  idilər.  Kəndlilər 
əkinçilərə, maldarlara və bağçılara bölünürdülər. Az da olsa qul əməyindən 
istifadə olunurdu. 
 
 
 
Şəkil 74. Babək qalası. 
 
Naxçıvanın  əlverişli  təbii  şəraiti,  xüsusilə  Araz  vadisinin  və  Araz 
çayına  qovuşan  gursulu  çayların  vadisindəki  münbit  torpaqlar,  dağlıq 
ərazidəki  maldarlıq  üçün  əlverişli  otlaqlar  feodal  mülkiyyətinin  inkişafına, 
daha  mütərəqqi  quruluşun  formalaşmasına  əlverişli  şərait  yaradırdı. 


 
 
123 
 
Naxçıvanın  təbii-coğrafi  şəraiti  süni  suvarmanın  olmasını  tələb  edirdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvanda hələ qədim dövrlərdən suvarma 
kanallarından istifadə edilmişdir. Şübhəsiz ki, bu ənənə Erkən Orta əsrlərdə 
də  qalmışdır.  Bu  dövrə  aid  su  kanallarının  qalıqları  Naxçıvanda  indi  də 
qalmaqdadır.  Araza  qovuşan  dağ  çaylarından  çəkilən  kanallar  vasitəsilə 
çayların  suyu  vadiyə  çıxarılmış,  əkinçiliyin  inkişafı  üçün  şərait 
yaradılmışdır. Maldarlıqda köçmə yaylaq maldarlığına üstünlük verilmişdir. 
İstər əkinçilik, istərsə də maldarlığın inkişafı digər təsərrüfat sahələrinin də 
inkişafını  stimullaşdırmış,  Naxçıvanın  iqtisadi  və  siyasi  müstəqilliyi  üçün 
əsas olmuşdur.  Erkən Orta əsrlərdə Naxçıvan hakimlərinin müstəqil siyasət 
yürütməsinin səbəblərindən biri də budur. 
 
     
 
 
    Şəkil 75. Quyuludağ qalası. 
 
Musa Kalankaytuklunun verdiyi məlumata görə mənşəcə Sisakandan 
(indiki  Naxçıvan)  olan  Aran  Araz  çayından  başlayaraq  Hunan  qalasınadək 
uzanan  ölkənin  düzənliklərini  və  dağlarını  miras  olaraq  almışdı.  Bu  artıq 
torpaq  üzərində  irsi  mülkiyyətin  olduğunu  təsdiq  edir.  Tarixi  mənbələrin 
hakim  sinifin  nümayəndələrinə  vilayətlərin  və  kəndlərin  bağışlanması, 
hakim  sinfin  öz  mülklərini  oğulları  arasında  bölüşdürməsi  haqqındakı 
məlumatları  torpaq  sahibliyinin  dövlət  formasının  üstün  olduğunu  göstərir. 
Sasanilərin  və  ərəblərin  hökmdarlara  bütöv  vilayətlər  bağışlaması,  onların 
isə  öz  vassallarına  torpaq  paylaması  dövlət  və  feodal  torpaqlarını  artırır, 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə