124
kəndlilərin onlardan asılılığını gücləndirirdi. İran şahlarının və Alban
hökmdarlarının yeritdiyi siyasət kəndlilərin təbəqələşməsini sürətləndirdi.
Kəndlilərin istismar olunmasının əsas forması vergi və mükəlləfiyyətlər idi.
Kənd icmalarında təbəqələşmə və onların bir qisminin feodallardan asılı
vəziyyətə düşməsi IV-VII yüzilliklər boyu davam etmişdir. Bununla belə
qeyd etməliyik ki, icma torpaqlarının mövcud olması ilə bağlı məlumat
azdır. Belə ki, “Alban tarixi”nin müəllifi, yuxarıda qeyd etdiyimiz kimi,
Aranı düzənliklərin və dağlarının sahibi kimi təqdim edir. Ehtimal ki,
otlaqlardan istifadə edən maldar qəbilələr hökmdar xəzinəsinə vergilər verir
və müəyyən mükəlləfiyyətlər icra edirdilər. Həmin mənbədə ölkədə güclü
təbəqələşmənin olmasına işarə edən məlumatlar da vardır. Alban hökmdarı
Mömin Vaçaqan müqəddəslərin şərəfinə böyük ehsan verdikdən sonra
kasıblara sədəqə və yemək paylayır.
Şəkil 76. Şahbuzqala (Şapurqala).
Feodalizm dövrünün əsas sinifləri feodallar və asılı kəndlilər idi. Bu
iki sinfin formalaşması bir-biri ilə bağlı idi. Feodalların formalaşması iki
yolla gedirdi. Bir tərəfdən azad icmalar arasında təbəqələşmə nəticəsində
varlıların yeni qruplaşmaları yaranır və adlı sanlı əyanlarla birləşərək feodal
sinfinin əsasını təşkil edirdi. Digər tərəfdən isə vilayət hakimləri vəzifələrini
irsiləşdirərək atadan oğula vermək hüququ alırdılar. Sünik hakiminin öz
125
mülklərini oğlanları Qor və Qazan arasında bölməsi haqqında “Alban
tarixi”ndə olan məlumatlar bu baxımdan diqqətəlayiqdir. Feodalizmin
inkişafı ilə feodallar arasında da təbəqələşmə gedirdi. Onlar arasında üstün
mövqe tutan vilayətin, yaxud əyalətin hakimləri idi. Əlincə və Qoxtan daxil
olmaqla Sünikdə [mərkəzi Naxçıvan] on iki vilayət olduğunu nəzərə alsaq
artıq feodal iyerarxiyasının olduğunu deyə bilərik. Sasanilərin zamanında
feodal iyerarxiyası rütbə cədvəli ilə müəyyənləşdirilmişdi. “Alban tarixi”ndə
verilən məlumatlar göstərir ki, rütbə cədvəli tərtib edilərkən feodalların
keçmiş əsl-nəcabəti də nəzərə alınırdı. Vilayət hakimləri hökmdarın yanında
rütbələrinə görə otururdu. Sünik hakiminə uyğun yer verlimədiyi üçün onlar
Sasani hökmdarlarından incimiş və üsyan etmişdilər.
Erkən Orta əsrlərdə Albaniya və Atropatenada irsi [dastakert] və şərti
torpaq mülkiyyəti [xostak] mövcud olmuş, şərti torpaq mülkiyyətinin irsi
mülkiyyətə çevrilməsi prosesi getmişdir. Dastakertin sahibi hökmdar və iri
feodallar, xostakın sahibi isə xırda zadəganlar [azatlar] idilər. Naxçıvanda
vilayət hakiminin şəxsində irsi mülkiyyət daha üstün yer tutmuşdur. İstər
Albaniya və Atropatenanın, istərsə də böyük imperiyaların tərkibində
Naxçıvanın müstəqil siyasət yeritməsi bununla bağlı olmuşdur. Feodal
torpaq sahibliyinin formalarından biri də dini torpaqlar idi. Dini torpaqlar və
məbədlərə məxsus torpaqlar toxunulmaz idi və inanca görə Tanrı tərəfindən
qorunurdu. Sünik vilayətində baş verən üsyan zamanı feodalların öz qiymətli
əşyalarını Şalat məbədində gizlətməsi, sasanilərin bu təpəyə çıxarkən zəlzələ
olması buna işarədir.
Erkən Orta əsrlərdə Naxçıvanda da Azərbaycanın digər yerlərində
olduğu kimi hakim feodallar sinfinin mənafeyini müdafiə edən dövlət
hakimiyyəti mövcud idi. Bu dövrdə Naxçıvanın müəyyən müddət ərzində
müstəqil siyasət yeritdiyini nəzərə alsaq ali dövlət hakimiyyətinin vilayət
hakiminin əlində cəmləşdiyini demək olar. Musa Kalankaytuklunun
yazdığından məlum olur ki, Sünik hakimləri knyaz titulu daşıyırdı. Şahbuz
rayonundan, Ağbulaq nekropolundan aşkar olunan üzük möhürlər yerli
hakimlərin və feodalların möhürə də malik olduğunu təsdiq edir. Əyalət
hakimləri vilayət hakimlərinə tabe idilər. Naxçıvan hakimi öz növbəsində
Atropatena hökmdarından asılı idi. Son Antik və Erkən Orta əsrlərə aid
yaşayış yerlərinin tədqiqi vilayət hakimlərinin saraylara malik olduğunu
göstərir. Bəzi qalalarda sitadellərin mövcudluğu hakim təbəqənin qala
divarları ilə mühafizə olunan xüsusi sahədə yaşadığını deməyə imkan verir.
Vilayət hakimlərinin həmçinin özünə tabe olan ordusu var idi. Sünik
vilayətinin ordusu o qədər qüvvətli idi ki, onların gücündən Dərbənd
keçidini mühafizə etmək üçün istifadə olunurdu. Mənbələrdə Sünik
126
hakiminin öz ordusu ilə Mədainə hücum etməsi, İran dövlətinin paytaxtında
keçirilən ümumi hərbi keçiddə onun öz dəstəsi ilə iştirak etməsi haqqında
məlumatlar vardır.
Türkdilli tayfaların yeni axınları. Erkən Orta əsrlərdə türk
tayfalarının Azərbaycanda, o cümlədən Naxçıvanda məskunlaşması prosesi
davam etmişdir.
Hun türklərinin [хəzər, şаbir, оnоqur və s.] II əsrdə Şimаli Qаrа dəniz
sаhillərində, yахud Хəzərin şimаlındа yаşаmаsı hаqqındа Vızаntiyа tаriхçisi
Diоnisiy, yunаn cоğrаfiyаçısı Klаvdi Ptоlоmеy məlumаt vеrmişlər. Lаkin
Mоisеy Хоrеnskinin 193-213-cü illərdə хəzərlərin Çоrаdаn kеçərək bütün
Аlbаniyаyа yаyılmаsını bəzi tədqiqаtçılаr аnахrоnizm аdlаndırmış, bu
hadisələrin IV əsrdə baş verdiyini göstərmişlər. Lakin V.N.Qаbiаşvili
göstərir ki, qədim gürcü mənbələrində türk хаlqlаrı е.ə. IV-III əsrlərə аid
hаdisələrlə bаğlı оlаrаq хаtırlаnır. Bu mənbələrdə Makedoniyalı İsgəndərin
Cənubi Qafqaza yürüşü zamanı buntürklərlə qarşılaşdığı göstərilir. Birinci
fəsildə qeyd olunduğu kimi, Heredot eramızdan əvvəlki hadisələrdən bəhs
edərək türklərin Azərbaycanda məskunlaşdığını göstərmişdir. Bəzi
tədqiqatçılar kəngərli tayfalarının Naxçıvanda I əsrdən məskunlaşdığını
göstərir. Lakin Midiya ərazisində olan bəzi toponimlər - məsələn,
Kinqarakku, Kinqibira, Kinqikanqi və digərləri ehtimal ki, bu tayfalarla
bağlıdır. B.A Serebrennikov öz tədqiqatlarına əsaslanaraq yazır ki, hun
dəstələrinin cənuba, cümlədən Azərbaycana yürüşləri maksimum III əsrə aid
edilə bilər.
Erkən Orta əsrlərdə Şimali Qafqazdan keçərək Azərbaycana və
Naxçıvana gələn tayfalardan biri hunlar idi. Bu tayfaların Şimali Qafqazda
məskunlaşması tədqiqatçılar tərəfindən II əsrə aid edilmişdir. Şərur
rayonunda mövcud olan Qarxun - Qara hun toponimi bu tayfaların
Naxçıvanda məskunlaşdığını təsdiq edən faktlardan biridir. P.Qolden Cənubi
Qafqazda hun tayfalarının meydana çıxmasının konkret tarixini 363, 370 və
395-ci illərə aid edir. Artamanov qeyd edir ki, IV əsrdə, bəlkə də bir qədər
əvvəl hunların Xəzəryanı çöllərin şərq hissəsində meydana çıxması mümkün
idi.
Е.Yеrеmеyеv «Türklərin еtnоgеnеzi» kitаbındа yаzır ki, III-IV
əsrlərdə türk tаyfаlаrı Kiçik Аsiyа, Qаfqаz və Bаlkаn хаlqlаrının çохsаylı və
dаimi qоnşulаrı idilər. Digər tədqiqаtçı А.P. Nоvоsеlçеv hun türklərinin I
minilliyin birinci yаrısındа Cənubi Qаfqаzdа yаyıldığını qеyd еdir. Sаsаni
şаhı II Yеzdigеrd də еrmənilərin üsyаnınа qаrşı mübаrizədə türklərdən
istifаdə еtmişdir. Y.Q.Cəfərоvun tədqiqаtlаrındа hunlаrın prоtоbulqаr və
Dostları ilə paylaş: |