146
Şəkil 84. Əlincəqalada kəsilmiş mis pul (XIII əsr).
Qalanın kiçik şəhərciyi xatırladan mərkəzi hissəsində bişmiş kərpic
və daşdan tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və
bünövrə daşları nəzərə çarpır. Qalanın ən böyük sahəsi olan bu hissədə
yaşayış binaları və ictimai binaların qalıqları daha çoxdur. Təmir-bərba işləri
zamanı binaların bəzisində axur qalıqlarının aşkar olunması binalardan bir
qisminin heyvanların saxlanması məqsədilə istifadə olunduğunu göstərir.
Binalarda təndir qalıqları, əl dəyirmanları da aşkar olunmuşdur. Qeyd edək
ki, qaladakı su hovuzlarının böyük qismi məhz bu hissədədir ki, bu da
mərkəzi hissədə əhalinin daha çox məskunlaşdığını göstərir. Mərkəzi hissəyə
həmçinin qərb tərəfdə, Xanəgah-Qazançı yolu istiqamətindən qalxmaq
mümkün
olduğu
üçün
bu
hissə
də
müdafiə
divarları
ilə
möhkəmləndirilmişdir. Bu hissədə üç müdafiə divarının qalığı qeydə
alınmışdır. Ehtimal ki, əvvəlki dövrlədə müdafiə istehkamlarının sayı daha
çox olmuşdur.
Divarlar başlıca olaraq qaya parçalarından inşa olunmuş və yonulmuş
daşlarla üzlənmişdir. Qalın divarlara yığışan suyun kənara çıxması üçün
divarların müxtəlif hissəsində dördkünc formalı oyuqlar qoyulmuşdur ki,
bunlar həm də divarların arxitektura bəzəyinə çevrilmişdir.
Qalanın qərb girişi dördkünc formalı bürclər və ziqzaq çıxıntılarla
möhkəmləndirilmişdir. Divarlar başlıca olaraq daşdan, girişin yan tərəfləri
isə bişmiş kərpicdən inşa olunmuşdur. Bu hissədə müdafiəni
147
möhkəmləndirmək üçün həmçinin labirintlərdən istifadə olunmuşdur. Bu
hissədə qalanın üç müdafiə divarı olmuşdur.
Şəkil 85. Əlincəqaladan tapılan gümüş sikkə (VII əsr).
Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli
əhali "Şahtaxtı" adlandırır. Buranın Şahtaxtı adlandırılması təsadüfi deyil.
Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd
etmişlər. Şahtaxtı dəniz səviyyəsində 1700 m yüksəklikdə yerləşir. Mərkəzi
hissədən Şahtaxtıya yalnız sıldırım qayalıqdan keçərək getmək mümkündür.
Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30-40 sm olan dar cığır
yonulmuşdu. Hazırda bu cıxır təbii aşınmaya məruz qalaraq dağılmışdır.
Hakimlərin, o cümlədən Eldəniz hökmdarlarının sarayları Şahtaxtı terrasında
yerləşmişdir. Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə
yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri – adi sayılan
incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər
Əlincəqalanın Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən
biri hesab edirlər.
148
Əlincəqala Azərbaycanın və Yaxın Şərqin yüzillərlə müxtəlif hakim
sülalələrinə
qulluq
göstərsə
də
tarixdə
daha
çox Azərbaycan
Atabəylərinin iqamətgahı və xəzinə yeri kimi tanınmışdır. Azərbaycan
atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti
xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin
təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan
hakimi Zahidə xatının iqamətgahı Əlincəqalada olmuşdur. 1225-ci ildə
Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı
Özbək (1210-1225) Əlincəqalaya sığınmış və burada vəfat etmişdir.
Şəmsəddin
Eldənizin hakimiyyət
illərindən
başlayaraq Atabəylər
dövlətinin baş xəzinəsi Əlincəqalanda saxlanmış, Əlincədəki saraylar və
yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə bərpa
edilmişdir. İndiyə qədər qalıqları qalan Əlincəqalada uzun müddətli
hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu
aydın görünür.
Şəkil 86. Əlincəqalanın gecə görüntüsü.
Şahtaxtını şimaldan müdafiə etmək üçün üç müdafiə istehkamı inşa
edilmişdir. Birinci müdafiə istehkamı, şimalda, Qazançı kəndi
istiqamətindədir. Daşdan inşa edilən divarlar başlıca olaraq əhəng məhlulu,
bəzən isə palçıqla möhkəmləndirilmişdir. Divarların hündürlüyü bəzi
yerlərdə 4-5 m-ə çatır. Divarın qərb qurtaracağı dördkünc formalı bürclə
149
möhkəmləndirilmişdir. Bu divarın ətrafında yaşayış binaları yoxdur. Ehtimal
ki, dördkünc formalı bürc həmçinin əsgərlərin yaşayış sahəsi kimi istifadə
olunmuşdur. Qala divarının xaricində əsgərlərin durması üçün səkilər
düzəldilmişdir. Bu divardan Şahtaxtıya doğru, sərt qayaların üzəri ilə, ensiz
yol düzəldilmişdir.
Şəkil 87. Əlincəqala bərpadan sonra.
İkinci müdafiə sistemi şimal-şərqdə, Xanəgah kəndi istiqamətindədir.
Burada qalaya qalxmaq çox çətin olsa da, qalanın müdafiəçiləri ehtiyyatı
əldən verməyərək buranı divarla möhkəmləndirmişlər. Divarların
hörgüsündə yenə də daş və əhəng məhlulu istifadə olunmuşdur. Bu divar
yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir.
Üçüncü divar Şahtaxtının ictimai binalarını əhatə etmiş, binalarla su
hovuzunun arasında inşa olunmuşdur. Qeyd edək ki, Şahtaxtıda dörd böyük
hovuza rast gəlinmişdir ki, onların biri öz həcminə görə Əlincəqalanın ən
böyük hovusu hesab olunur. Onun uzunluğu 25 m-dir. Şahtaxtıdakı binaların
tikintisində bişmiş kərpicdən daha çox istifadə olunmuşdur. Burdakı böyük
və kiçik otaqlar dar keçid vasitəsi ilə bir-biri ilə əlaqələndirilmişdir.
Dostları ilə paylaş: |