150
El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Bu
haqda Fuad Köprülünün də əsərində məlumat verilir. Araşdırmalar göstərir
ki, Əlincəqalanın özünəməxsus müdafiə sistemi bütün mövsümlərdə burada
yaşamağa imkan vermişdi.
Şəkil 88. Əlincəqalada müasir kitabə.
Əlincəqalanın
memarlıq
xüsusiyyətləri
onun
VI
əsrlə
müəyyənləşdirilən tarixinin həqiqətə uyğun olduğunu göstərir. Yuxarıda
qeyd etdiyimiz kimi, Əlincəqalada düzbucaqlı bürclər və düzbucaqlı
çıxıntıları olan divarlar, həmçinin yonulmuş daşlardan istifadə üstünlük
təşkil edir. Bu memarlıq üslubu Naxçıvanda qədim dövrdən məlum olmaqla,
Qazançıqala, Vayxırqala və Oğlanqalada geniş tətbiq edilmişdir. Bu
memarlıq üslubu, Erkən Orta əsrlərə aid Dərbənd və Bayburt qalalarında da
müşahidə olunur. Dərbənd mənbələrdə I əsrdən xatırlansa da müdafiə
divarları hələlik VI əsrə aid edilir. Əlincəqalanın memarlığında isə Sasani
dövrünün ənənələri aydınca hiss edilir. Bu xüsusiyyətlər xüsusilə Xanəgah
kəndi istiqamətində inşa olunan divarlarda görünməkdədir. Bu memarlıq
üslubunun bənzərlərinə Cənubi Azərbaycan ərazisində rast gəlinmişdir. Son
tədqiqatlar zamanı Əlincəqaladan VII əsrdə zərb edilən sikkələrin tapılması
onun qədim tarixini bir daha sübut edir. Əgər VII əsrdə Əlincəqalanın
Mərkəzi Asiya ölkələri ilə əlaqələri olmuşdursa, deməli onun tikilmə tarixi
daha qədim dövrə aiddir. Yəqin ki, gələcək araşdırmalar Əlincəqalanın tarixi
ilə bağlı yeni faktların aşkar olunması ilə nəticələnəcəkdir.
151
Araşdırmalar göstərir ki, Əlincəqalanın müdafiəsini təmin etmək üçün
müxtəlif hidrotexniki qurğulardan istifadə olunmuşdur. Onlar başlıca olaraq
su hovuzları və kəhrizlərdən ibarətdir. Hovuzlara su qayada çapılmış
kanallar vasitəsilə gətirilmişdir. Qayada relyefə uyğun olaraq qazılan kiçik
kanallar yağmurlu havada yağan yağış sularının toplanmasına imkan verir.
Həcmcə olduqca böyük olan su hovuzları qala sakinlərinin uzun müddət
suya olan təlabatını ödəmişdir.
Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin
ən gözəl nümunələrindən biri olan bu türbə Naxçıvan şəhərində yerləşir.
Türbə yeraltı və yerüstü hissələrdən ibarət olub, hər iki hissədə
səkkizbucaqlı formada inşa edilmişdir. Türbə konstruktiv həllinin
harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin sərdabəsi yuxarıda
yastı olan günbəzlə örtülmüşdür. Türbənin yerüstü hissəsi içəridən çatmatağ
şəkilli sferik günbəzlə tamamlanır. Xaricdən prizmatik gövdəyə malik olan
türbə səkkiz üzlü piramidal örtüklə tamamlanmışdır. Həm içəridən, həm də
xaricdən bişmiş kərpiclə üzlənmişdir.
Sərdabənin divarları ilə günbəz arasında kiçik çıxıntılar vardır.
Sərdabə günbəzinin təpəsi kəsilmiş səkkizbucaqlı fiqurla tamamlanır.
Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik,
onun altında yerləşən sərdabəyə açılır.
Türbənin qülləsi səkkibucaqlı formasında olub künclərdə qalın
dayaqlar şəklində işlənmiş, dayaqlar arasında dördkünc formalı taxçalar
yaradılmışdır ki, bu da türbənin xarici görünüşünə özünəməxsus görkəm
vermişdir. Qüllavari hissənin bu tip konstruktiv həlli onun dayanıqlığını və
uzunömürlülüyünü artırmışdır.
Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndəsi
ornamentlərlə bəzədilmişdir. Bu ornamentlər kiçik kərpiclərdən
quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin
üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin qərb tərəfə
baxan səthi fərqli şəkildə həll edilmiş və burada türbənin giriş qapısı
yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapının üzərindəkii kitabə bildirir ki,
“Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif
Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında
(miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə
“Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin
memarının adı qeyd olunmuşdur.
152
Şəkil 89. Yusif Küseyir oğlu türbəsi.
Yusif Küseyir oğlu türbəsinin dazili səthi bəzədilməmiş, xarici səthi
isə kərpicdən yığılmış sıx həndəsi naxışlarla üzlənmişdir. Türbənin səthləri
ilə piramidal örtüyü arasında yaranan qurşaqda kufi xətti ilə yazılmış kitabə
yerləşdirilmişdir. Dekorativliyi ilə seçilən bu kitabə zolağı gövdə ilə örtük
arasında yüngül bir keçid yaradır. Kitabənin hərfləri 20 x 20 x 4 sm ölçülü
kərpiclərdən düzəldilmişdir. Yazılar friz müstəvisindən 2 sm irəli çıxaraq
xüsusi effekt yaratmışdır.
Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə
yüngülləşdirmiş, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırmışdır.
Bişmiş kərpiclə işlənən türbənin xarici səthlərində mürəkkəb
kompozisiyalı həndəsi ornamentlərdən geniş istifadə olunsada, kərpiclərin
bir rəngli olması onun görkəminə sadəlik vermiş, aydın və təmiz həndəsi
biçiminin
bütövlüyünü
gücləndirmiş,
ifadəli
kolorit
vermişdir.
Prizmatik gövdə, piramidal günbəz, girinti-çıxıntıları üzlər, onları tamalayan
horizontal friz bol kölgə - işıq effekti yaradaraq abidənin baxımlığını
artırmışdır.
Dostları ilə paylaş: |