141
Lakin son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni
faktlar aşkar edilmişdir. Bu faktlar Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 11 fevral 2014-cü ildə
“Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”
Sərəncamın imzalanmasından sonra aşkar edilmişdir. Bu faktların bir qismi
Əlincəqaladan tapılan VII əsrə aid mis və güşüş sikkələrlə bağlıdırsa, digər
faktlar Əlincəqalanın memarlıq üslubu ilə bağlıdır.
Şəkil 79. Əlincəqalada su hovuzu.
Əlincəqalanın adı Orta əsr mənbələrində müxtəlif şəkildə
xatırlanmışdır. Qalanın xatırlandığı ilk mənbə Kitabi Dədə Qorqud
dastanıdır. Əlincə sözünün etimologiyası ilə də bağlı müxtəlif fikirlər
söylənmişdir. Qalanı əyləncə sözü ilə bağlayanlar, alan tayfaları ilə
əlaqəndirənlər, onun adının Alınca xanın adı ilə bağlı olduğunu söyləyənlər
olmuşdur. Lakin son araşdırmalar qalanın adının əlincək tayfasının adı ilə
bağlı olduğunu göstərmişdir. Əlincəqala teymurilərin hücumu zamanı güclü
dağıntıya məruz qalsa da XIX əsrədək öz funksiyasını itirməmişdir.
142
Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin,
mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü
ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən
başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini
tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş
kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş
daşlar qoyulmuşdur. Əlincəqalanın təsviri ilə bağlı müxtəlif məlumatlar
verilmişdir. Bu məlumatlar bəzən anlaşılmaz olduğundan biz yeni təsvir
vasitəsindən istifadə edəcəyik. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması
ilə bağlı fikirlər vardır. Lakin şimal divarlardakı ehtimal olunan keçid
tamamilə dağıldığından burada giriş olub olmadığını dəqiq müəyyən etmək
mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala
divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi
səkilərə rast gəlmək mümkündür.
Şəkil. 80. Əlincəqalanın şərq qapıları.
Şərq və qərb girişlər kifayət qədər yaxşı saxlanmışdır. Qalanın şərq
qapısı Xanəgah kəndi tərəfdəndir. Ehtimal ki, bu qapı qalanın əsas girişi
olmuşdur. Çünki bu istiqamətdə Əlincə dağının ətəyində böyük yaşayış yeri
vardır. Şübhəsiz ki, qalanın müdafiəçilərinin bu yaşayış yeri ilə sıx əlaqəsi
olmuşdur. Burada dördkünc formalı yaşayış binalarının qalıqları indi də
143
qalmaqdadır. Bu hissədə səkkiz müdafiə istehkamının qalıqları qalmaqdadır.
Qalanın əsas su mənbələrindən olan üç quyulu böyük kəhriz də məhz
buradadır.
Şəkil 81. Əlincəqalanın şərq qapısı bərpa zamanı.
Yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha
çox olduğunu göstərir. Bunu Mirheydərzadənin XX əsrin 30-cu illərində
verdiyi məlumat da təsdiq edir. Onun verdiyi məlumata görə hər 20-25
addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının
ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları
hazırda qalmaqdadır. Eni, 2, 5 m olan divarlar bəzi yerlərdə 2-3 m
hündürlükdə qalmışdır. Belə hesab edirik ki, bu divar Əlincəqalanın ilk
müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın
144
möhkəmləndiriliməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Bu
tip arxitektura üslubu qalanın, demək olar ki, əksər divarlarında vardır.
Qalanın zirvəsinə doğru iki tərəfdən sıldırım qayalarla qorunan dərə
daraldığından müdafiə divarlarının uzunluğu azalmışdır. Dərə boyunca bir-
birinin ardınca inşa olunan möhkəm divarlar vardır. Divarlar başlıca olaraq
Əlincə dağının öz daşlarından inşa olunmuş, bərkidici məhlul olaraq əhəng
məhlulundan istifadə olunmuşdur. Divarların çox aşınmaya məruz qalmasına
baxmayaraq bəzi hissələrdə saxlanan arxitektura elementləri müdafiə
divarlarının estetik görüntüsü haqqında təsəvvür yaradır. Bu qalıqlara əsasən
deyə bilərik ki, divarlar inşa edildikdən yonra yaxşı yonulmuş daşlarla
üzlənmişdir. Üzləmə məqsədilə daha çox müxtəlif həcmli kvadrat formalı
daşlar seçilmişdir. Amma bəzən iri həcmli yonulmuş daşlardan da istifadə
olunmuşdur. Bu hissədə olan divarlar başlıca olaraq düz, bəzən isə
düzbucaqlı ziqzaq şəkilli əyilmələrdən ibarətdir.
Şəkil 82. Əlincəqala bərpa zamanı.
Bu istiqamətlə qalxarkən dağın şimal-şərq hissəsində qalanın
müdafiəsi üçün təhlükə olan yerə əlavə müdafiə divarı çəkilmişdir. Burada
yarımdairəvi bürclərin qalıqları da vardır. Ümumiyyətlə, Əlincəqalanın
vüdafiə divarlarında yarımdairəvi bürclər çox azdır. Qalanın bu hissəsi bir-
birinin yaxınlığında olan (2, 5 m) iki divarla möhkəmləndirilmiş, divarların
arası yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu tikintilərin yaxınlığında
145
həmçinin su hovuzlarının qalıqları vardır. Araşdırmalar göstərir ki, qalanın
müdafiəsinin etibarlı olmasını təmin etmək üçün müdafiə divarları ilə yanaşı
müdafiəçilərin su, ərzaq və sursatla təminatına xüsusi fikir verilmişdir.
Şəkil 83. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov Əlincəqalada.
Qalanın şərq tərəfdə çəkilən sonuncu divarı giriş qapısının
ətrafındadır. Bu divar sərt qayada açılmış oyuqlara söykənən, relyefə uyğun
inşa edilən və heç bir arxitektura elementi olmayan düz divardan ibarətdir.
Divarların yuxarısı qövsşəkilli sonluğu olan dördkünc dişlərlə
bəzədilmişdir. Bu müdafiə divarı boyunca dördkünc formalı binalar inşa
olunmuşdur. Binalar qalanın şərq qapısının müdafiəçiləri üçün nəzərdə
tutulmuşdur. Müdafiə istehkamının yaxınlığında iki böyük su hovuzunun
olması da bu qapının mühüm strateji əhəmiyyəti olduğunu təsdiq edir.
Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə
istehkamına çevirmişdir.
Əlincəqala əsasən üç geniş sahədən ibarət olmuşdur. Yuxarıda təsvir
etdiyimiz sahə qalanın üç hissəsindən biri olmaqla yalnız müdafiə məqsədi
daşımış və əskərlərin yerləşdiyi sahələrdən biri olmuşdur. Buradan qalanın
mərkəzi hissəsinə yenmək üçün ayaq yerləri və pillələr düzəldilmişdir.
Dostları ilə paylaş: |