131
Araşdırmalar göstərir ki, qazan bolqarların bir qolu olmuşdur. Bu fakt Sünik
əhalisinin bolqar türklərindən ibarət olduğunu təsdiq edir. Qor və Qazan adlı
iki qardaşın oğuz [oğur] türklərinin adlı-sanlı nəslindən olduğu da müəyyən
olunmuşdur. Mənbələrdə Cənubi Azərbaycan, Naxçıvan və ona yaxın
ərazilərdə məskunlaşan kəngərlilərin yaşadığı yer “Kəngərlilərin vilayəti”,
oradakı dağ isə “Kəngərlilərin dağı” adlandırılmışdır. Musa Kalankaytuklu
yazır ki, “bütün bunlar xristian dinini məhv edib və bizi zərdüşt dininə
bağlamaq istəyən II Yezdəgirdin [438-454] taxta çıxmasından iyirmi il
qabaq olub”. Yəni 418-ci ildə.
II Şapur [309-379] hunların [xəzərlərin] hücumuna qarşı mübarizə
aparsa da xəzərlərə qarşı ciddi mübarizə I Qubadın [446-531] zamanında
olmuşdu. O, Dinavərədək irəliləyən xəzərləri geri çəkilməyə məcbur etmiş
Gürcüstan və Aranı geri almışdı. Ərəb mənbələri bu haqda məlumat verərək
yazırdı: “O, Arran ölkəsinə daxil oldu və ər-Ras [Araz] adı ilə məhşur olan
çayla Şirvan arasında olan bütün torpaqları tutdu. I Xosrov Ənuşirəvanın
[531-578] dövründə xəzərlərə qarşı mübarizə daha da artdı. O, Dərbənd
keçidini möhkəmləndirdi.
Bir tərəfdən hunların hücumları, digər tərəfdən isə İranın Bizansla
müharibələri ölkənin təsərrüfatına ziyan vurduğu və ölkə başdan başa talan
edildiyi üçün Ənuşirəvanın dövründə Sünik hakimi Sasanilərin vassallığını
qəbul edir.
Ərəb mənbələrində Naxçıvan Aranın bir vilayəti olan Basfurcanın
mərkəzi kimi göstərilir. Yaqut Həməvi yazır ki, “Basfurcan Arranda bir
vilayətdir. Paytaxtı Nəşəva, ona Naxçıvan da deyirlər”. Bu mənbələrdə
Basfurcan və Sisacan ayrı-ayrı ölkələr kimi xatırlanır. Yəqubi xəzərlər
haqqında məlumat verərək yazır ki, “onlara xaqan adlanan padşah başçılıq
edir. Onun Arran, Curzan, Basfurcan və Sisacan üzərində Yəzid Balaş adlı
canişini vardır. Yaqut Həməvi və Bəlazurinin məlumatına görə Sasani şahı
Ənuşirəvanın Sisacanda [Sünik] Vays, al-Kilab və aş-Şahabuş qalalarını
bərpa etdiyi haqqında məlumat vermişdir. Sonuncu Naxçıvanda olan Şahbuz
oykonimi ilə uyğundur. Hazırda Şahbuz rayonunun Şahbuz kəndi [Kənd
Şahbuz] yaxınlığında eyni adlı qala var. Bu qala xalq arasında Şapurqala
adlanır.
Ərəb mənbələrinin məlumatları xəzərlərin VI əsrdə [531-ci ildən gec
olmayaraq] Naxçıvan ərazisində məskunlaşdığını göstərir. Xəzərlər
sasanilərin aldıqları əraziləri yenidən ələ keçirirlər. Naxçıvanda xəzər
sərkərdələrinin adı ilə bağlı yer adları bunu bir daha təsdiq edir. Şahbuz
rayonunda Şada, Ordubadda Vənənd, Şərurdakı Qarxun toponimləri hun,
xəzər, bolqar sərkərdələrinin adı ilə bağlıdır. Lakin sasanilər müəyyən
132
müddət yerli əhalini tabe etsə də onlar müstəqilliklərini qorumuş, sasanilər
isə onlarla hesablaşmalı olmuşlar. Təsadüfi deyil ki, sasanilər Dərbənd
keçidini qorumaq üçün Sünik ordusundan istifadə etmişdir.
Cənubi Qafqaz hakimlərinin İranın paytaxtında keçirilən hərbi keçidlə
bağlı Musa Kalankaytuklu maraqlı məlumat verir. Bu məlumata görə hərbi
mərasimdə alban və erməni sərkərdələri ilə bərabər Sünik sərkərdəsi də
iştirak etmişdir. Daha sonra keçidə digər sərkərdələrdən daha tez qatılan
Alban hökmdarı Cavanşirə göstərilən ehtiramdan bəhs edilir.
Mənbələrin məlumatları Erkən Orta əsrlərdə Naxçıvanın Cənubi
Qafqazın sosyal-siyasi həyatında mühüm rol oynadığını göstərir. Naxçıvan
şəhəri Sasanilərin Cənubi Qafqazda əsas dayaq məntəqələrindən biri
olmuşdur. Naxçıvanın rolu o qədər mühüm olmuşdur ki, müəyyən dövrlərdə
Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüşdür.
VII əsrin əvvəlində Naxçıvan yenidən Sasani-Bizans müharibələrinin
meydanına çevrilir. Bizans Sasanilərin tərkibində olan Naxçıvana bir neçə
dəfə hücum edərək şəhəri mühasirəyə almışdılar. Lakin II Xosrov Pərvizin
göndərdiyi ordu şəhəri mühasirədən azad edir. Müharibənin gedişində
Bizans hökmdarı İraklinin xeyirinə dəyişiklik yarandıqdan sonra II Xosrov
İrakli üçün əlverişli müqavilə bağlamaqdan imtina etdir. O, 625-ci ildə 120
min nəfərlik qoşunla Naxçıvana hücum edir və şəhəri dağıdır. Naxçıvanı
işğal etdikdən sonra İrakli Arazı keçdi və Cənubi Azərbaycanın paytaxtı
Qazaka şəhərini tutur. Atəşpərəstlərin bu şəhərdəki baş məbədi bizanslılar
tərəfindən dağıdıldı. İrakli çoxlu əsir və qənimətlə qışlamaq üçün Arana
getdi. Bunun səbəbi Bizansın xəzərlərlə müttəfiq olması idi.
Bizans işğalı uzun sürmədi. Bir müddətdən sonra sasanilər Naxçıvanı
yenidən ələ keçirdilər. Rəvayətə görə Sasani şahı III Yezdəgird Naxçıvan
qalasında bərpa və təmir işləri aparmışdır. Buna görə qala bir müddət
“Yezidabad” adlandırılmışdır. Ümumiyyətlə, Sasanilər Naxçıvan ərazisində
olan bir sıra yaşayış məntəqələrində bərpa işləri aparmışdır. Lakin bəzi
mənbələrin bu qalaların Sasanilər tərəfindən inşa olunması ilə bağlı
məlumatları həqiqətə uyğun deyildir.
Naxçıvan strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən burada
Sasanilərə məxsus zərbxana olmuşdur. Bu həm də Naxçıvanın mühüm
sənətkarlıq və ticarət mərkəzi olması ilə bağlı idi. Bu zərbxana Azərbaycanın
ən qədim zərbxanalarından biridir. Y.A.Paxomov müəyyən etmişdir ki,
üzərində “naxç” işarəsi olan sikkələr məhz Naxçıvanda zərb olunmuşdur.
Digər zərbxanalara nisbətən daha böyük olan Naxçıvan zərbxanası ərəb
istilasınadək fəaliyyət göstərmişdir. Naxçıvan zərbxanasında ilk sikkə 533-
cü ildə Sasani şahı I Xosrovun adından, son sikkə isə 638-ci ildə III
Dostları ilə paylaş: |