129
еdəcək mədəni səviyyəyə mаlik оlduğunu sübut еdən faktlardan biri də «Iqоr
pоlku hаqqındа dаstаn»dа olan türk sözləridir.
Şübhəsiz ki, etnoslar müxtəlif etnik qrupların birləşməsi nəticəsində
formalaşmışdı. Onomastik materiallar Erkən Orta əsrlərdə Naxçıvanda hun,
xəzər, sabir, bolqar, peçenek, oğuz, suvar, xurs və onlarla digər türkdilli
tayfaların Naxçıvanda məskunlaşdığını göstərir. Arxeoloji və onomastik
materialların araşdırılması Naxçıvanda formalaşan mədəniyyətlərin qədim
türkdilli tayfalar tərəfindən yaradıldığını, bu tayfaların regionun ictimai-
siyasi həyatında mühüm rol oynadığını göstərir.
Naxçıvan Sasanilər dövlətinin tərkibində. 226-cı ildə Ərdəşirin şah
titulu qəbul etməsilə Sasanilər dövlətinin əsası qoyuldu. Naxçıvanın III-VII
əsrlər tarixi Sasanilər dövləti ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi,
Sasani şahı I Şapura məxsus kitabədə Sünik müstəqil ölkə kimi
xatırlanmışdır. Lakin I Şapurun ölümündən sonra Sasani-Roma müharibələri
yenidən gücləndi. Bu müharibələr 283-cü ildə romalıların xeyirinə bağlanan
sazişlə başa çatdı. Bu dövrdə digər şəhərlərlə birlikdə Naxçıvan da
Sasanilərin hakimiyyəti altından çıxır. Amid döyüşündən sonra 359-cu ildə
Sasanilərlə romalılar arasında bağlanan müqaviləyə görə Arsax, Marlar
ölkəsi [Naxçıvan] və Kaspiana sasanilər tərfindən tutulur. 364-367-ci illərdə
II Şapurun Cənubi Qafqaza yürüşü zamanı Naxçıvan yenidən dağıntılara
məruz qalır. Erkən Orta əsr mənbələrinin verdiyi məlumata görə II Şapurun
talançı yürüşləri zamanı səkkiz şəhər dağıdılmışdı ki, onlardan biri də
Naxçıvan idi. Bu dövrdə Cənubi Qafqazın digər ölkələri ilə birlikdə
Naxçıvan da sasanilər tərəfindən talan və qarətlərə məruz qalır. Mənbələr
göstərir ki, əsir edilmiş əhali Cənubi Qafqazın digər yerlərindən İran
ordugahının yerləşdiyi Naxçıvana gətirilirdi. Sonda Naxçıvan şəhəri də
dağıdılıb talan edildi. Əhali sürgün edilib yad ölkələrə aparılırdı. II Şapunun
istilaları zamanı Naxçıvanda 18 min ailə əsir edilmişdi. İşğal edilmiş
şəhərlərin sasanilər tərəfindən verilən siyahısı və Sasani ordularının keçdiyi
yolların təsviri bu Naxçıvanın Araz çayı üzərində olan Naxçıvan olduğunu
göstərir.
Mənbələr yazır ki, bütün Azərbaycan və Naxçıvan ərazisi Sasani
Roma ordularının döyüş meydanına çevrilmişdir. Bununla bərabər köçəri
alan və hun tayfaları da buraya gəlirdilər. Hunlar tez-tez yerli əhalinin
Sasanilərə qarşı mübarizəsinə müdaxilə edirdilər. Romalılar atəşpərəst
məbədlərini dağıdır, yerində xristian kilsələri tikirdilər. Roma ilə İran
arasında bağlanan 387-ci il müqaviləsinə görə Naxçıvan Sasanilərin
tərkibində qaldı. Musa Kalankaytuklunun Alban tarixi əsərində Sünik
130
əhalisinin Sasani şahı II Şapura qarşı mübarizəsi haqqında maraqlı məlumat
saxlanmışdır. Həmin məlumata görə II Şapur Cənubi Qafqazı işğal etdikdən
sonra yerli hakimlərdən onların nəslinin qədim olduğunu təsdiq edən kitab
tələb etmişdir. Kitab təqdim etməyənlər rütbə dərəcəsindən və əmlakdan
məhrum edilirdi. Sünik hakimi ona verilən on dördüncü rütbədən narazı
qalmış, buna görə də Sünik hakimi Andoka acıq edib şahın qonaqlığından
imtina etmişdi. Bundan sonra şaha xəbər verirlər ki, saysız-hesabsız xəzərlər
Çola keçidini aşaraq hücum etmişdir. Onlara qarşı vuruşmaq üçün şah
Atropaten vilayətlərindən, alban, gürcü, iranlı və digər xalqlardan ordu
toplayaraq xəzərlərə qarşı çıxmışdı. Lakin Sünik hakimi Andoka İran şahına
kömək etməmişdi. Sonra o, öz ordusu ilə Mədainə hücum edərək xəzinələri
qarət etmiş və öz ölkəsinə gətirmişdi. Sünik əhalisinə əmr etmişdir ki,
evlərini yandırıb ölkədən qaçsınlar. Onlar bütün sərvətlərini, daş-qaşlarını
Şalat məbədində gizlətdilər. Məbədi torpaqla örtüb üzərində təpə düzəltdilər
və dağılıb getdilər. Musa Kalankaytuklu yazır ki, “... O gündən etibarən
Sünikün adını heç kəs çəkmədi və bu vilayət 25 il ərzində əhalisiz qalıb
viran olmuşdu”. Müharibənin sonunda Mədain xərabələrini görən Şapur
yenidən Sünikə hücum edir, lakin heç bir şey əldə etmir. Sasani qoşunları
altında Şalat məbədi olan təpənin üzərinə çıxanda şiddətli zəlzələ olur və
Sasani qoşunları tezliklə ölkəni tərk edirlər. Geri qayıdarkən Sünik əhalisinin
sığındığı qalaya hücum edirlər, lakin qalanı ala bilmirlər. Onların ikinci və
üçüncü yürüşləri də uğursuz olur. Mühasirə davam edərkən Sünik hakimi
Andoka əlverişli vəziyyətdən istifadə edərək qaladan çıxaraq Romaya gedir,
orada şöhrət qazanır və öz əcəli ilə ölür.
Bu zaman hunların sasanilərə qarşı yeni yürüşü başlanır. Musa
Kalankaytuklu bu haqda məlumat verərək yazır ki, “İran ölkəsini qarət edən
hunlar ölkəsindən Honoqur adlı birisi qəlir. O şah Şapurun yanına adam
göndərib dedi: “Bu qırğın kimə lazımdır? Çıx qabağıma üz-üzə gələk”. Bu
müraciətin mətnindən göründüyü kimi sasanilər türk əhalisinə qarşı qırğın
törətmişlər. Mənbənin verdiyi məlumata görə, Sasani şahı II Şapur Sünik
şahzadəsindən, daha doğrusu Andokanın oğlundan hunlara qarşı mübarizədə
istifadə edir. Oxbatmaz bu güclü sərkərdəni yalnız o məğlub edir. Deyilənə
görə II Şapurun sarayında içərisi küllə dolu olan bir həvəng və dəstək
varmış. “Onun yanından keçən hər bir adam dəstəklə vurub deməli idi: Qoy
Sünik torpağı varıyla, dövlətiylə məhv olub bu külə dönsün!”. Andokanın
oğlu Hun sərkərdəsi ilə döyüşə razı olub İran şahının arzusunu yetirdiyi üçün
o da oğlanın istəyini yerinə yetirir-həvəngin saraydan çıxarılması əmr edilir.
Andokanın oğlu Babək bir gün ova çıxarkən təpənin altında gizlənən məbədi
taır. Onun oğlanları Qor və Qazan öz dinlərini ataraq xristian olurlar.
Dostları ilə paylaş: |