19
Kitab Azərbaycan paleolit məktəbinin banisi
Professor Məmmədəli Murad oğlu Hüseynovun
əziz xatirəsinə həsr olunmuşdur.
GĠRĠġ
Çoxcildlik Azərbaycan arxeologiyasının yazılmasında əsas
məqsəd son 150 ildə və xüsusən, XX əsrdə Azərbaycan dövləti iki
dəfə müstəqillik əldə etdikdən sonra respublikamızın ərazisində
aparılmış arxeoloji tədqiqat və kəşfiyyat işləri nəticəsində tapılmış
maddi- mədəniyyət qalıqlarını
arxeologiya elminin müasir
səviyyəsində tədqiq edib, onun nəaliyyətlərini beynəlxalq və
ölkəmizin geniş ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Uzaq keçmişin tədqiqində ən mühüm mənbə arxeoloji
tapıntılar hesab olunur. Arxeoloji mənbələr əsasında ilk ibtidai
insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması
tarixini dəqiq öyrənmək olur. Məhz buna görə də arxeologiya elmi
20
insanın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə
tədqiq edir.
1953-cü ilə qədər Azərbaycan Respublikası ərazisində
Paleolit dövrünə aid qədim insan düşərgələrinin olmadığı barədə
elmi ədəbiyyatlarda yanlış fikir söylənilirdi. Hətta, 1881-ci ildə
Tiflis şəhərində keçirilən V arxeoloji qurultayda Zaqafqaziya və o
cümlədən Azərbaycan ərazisində ibtidai insanların yaşamadığı və
bu bölgələrdə qədim insan düşərgələrinin olmaması barədə qərar
çıxarılmışdı. Təəssüf ki, 1953-cü ilə qədər Azərbaycan tarixinə
aid yazılmış bəzi əsərlərdə bu qərarın düzgün olduğunu söyləyən
arxeoloqlar da var idi.
Tarixi mənbələr, coğrafi və paleogeoloji ədəbiyyatlardan
məlum olurdu ki, Azərbaycan Respublikasının ərazisi ən qədim
zamanlardan ibtidai insanların məskunlaşması üçün olduqca
əlverişli təbii coğrafi şəraitə malik olmuşdur. Daş Dövrünün
görkəmli tədqiqatçısı Sergey Nikolayeviç Zamyatnin 1950-ci
illərin əvvəllərində yazırdı ki, Azərbaycan ərazisində Binəqədi
yaxınlığında tapılmış fauna qalıqları bu ərazidə IV dövrdə ibtidai
insanların yaşaması üçün əlverişli təbii coğrafi şəraitin olmasını
göstərir (Zamyatnin, 1950).
Azərbaycan Respublikası ərazisində paleolit düşərgələrinin
aşkar olunması məqsədilə 1953-cü ilin noyabrında rus alimi
S.N.Zamyatnin Leninqraddan Bakıya dəvət olunmuş və
21
M.M.Hüseynovun iştirakı ilə Şamaxı, Mərəzə və Qazax rayonları
ərazilərində arxeoloji kəşfiyyat işləri aparılmışdır. Aparılan
arxeoloji kəşfiyyat işləri zamanı ən yaxşı elmi nəticə Qazax
rayonunun Damcılı ərazisində əldə olunmuşdur. Damcılı
mağarasında aparılan arxeoloji kəşfiyyat işləri zamanı düşərgənin
çöküntülərindən
Mustye,
Mezolit,
Neolit
və
Eneolit
mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri tapılmışdır
(Zamyatnin, 1958).
1958-ci ildə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit
arxeoloji ekspedisiyasının Qazax rayonu ərazisində apardığı
arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir abidə -
Daşsalahlı düşərgəsi qeydə alınmış və tədqiq olunmuşdur
(Hüseynov, 1975).
1960-cı
ilin iyun-iyul aylarında M.M.Hüseynovun
rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağın
Quruçay və Köndələnçay vadilərində apardığı arxeoloji kəşfiyyat
işləri zamanı dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrini
qeydə alıb və kompleks şəkildə arxeoloji qazıntılar aparmışdır.
Sonralar aparılan arxeoloji tədqiqatlar nəticəsində
Qarabağda Şuşa, Kəlbəcərdə Zar və Orta Şurtan tapıntı yerləri,
Naxçıvan ərazisində Qazma, Lerik rayonu ərazisində isə Buzeyir
və Zuvandçay paleolit düşərgələri qeydə alınmışdır.
22
Azərbaycan Respublikası ərazisində son 55 il ərzində
aparılan arxeoloji tədqiqatlar nəticəsində ilk ibtidai insanların
məskunlaşmasına
aid
zəngin
arxeoloji,
paleontoloji
və
paleoantropoloji materiallar aşkar edilmişdir. Həmin elmi
tapıntılar əsasında respublikamızın ərazisi ibtidai insanın
formalaşdığı ərazilər sırasına daxil edilmişdir. Aparılan kompleks
arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ilk ibtidai
insanların 2-2,5 milyon il bundan əvvəl məskunlaşmağa
başlamaları elmi faktlarla sübuta yetirilmişdir.
Çoxcildlik Azərbaycan arxeologiyasının “Daş dövrü”
cildində Azərbaycanın Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay,
Zuvandçay, Daşaltıçay və digər çay vadilərində aşkar edilmiş
Quruçay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit,
Neolit arxeoloji mədəniyyətlərinə aid maddi mədəniyyət qalıqları
şərh olunmuş və onların xarakterik xüsusiyyətləri müəyyən
edilmişdir.
Əsərdə həmçinin respublikamızın ərazisində Daş dövrünə
aid düşərgələrdən aşkar olunmuş maddi mədəniyyət qalıqları
əsasında burada ibtidai insanların mağara həyatından, əmək
alətləri
hazırlanmasının texniki-tipoloji xüsusiyyətlərindən,
ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili
yerlərindən, qədim insan qalıqlarından, qayaüstü rəsmlərdən,
ibtidai icmanın ayrı-ayrı inkişaf mərhələləri və Qarabağın ən
Dostları ilə paylaş: |