23
qədim tarixindən bəhs olunur. Eyni zamanda dünyanın ən qədim
və arxeoloji tapıntılarla zəngin olan Olduvay, Türkanə, Azıx,
Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Kudaro, Tağlar,
Qazma və digər arxeoloji abidələr haqqında müfəssəl elmi
məlumatlar verilmişdir.
Azərbaycanın Daş dövrü düşərgələrində aparılan kompleks
elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki
ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu
diyarda ən qədim insanların uzun müddət məskən salıb
formalaşması və neandertal tipli insanların inkişaf edib. Homo
sapiens – kamil insanlara çevrilməsi elmi faktlarla sübuta
yetirilmişdir.
Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat
işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər.
Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş
maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks
şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını məqsədəuyğun etdi.
Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı,
paleontoloqlar,
paleogeoloqlar,
paleogeomorfoloqlar,
paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri
tədqiqat işləri aparmağa başladılar. Azıxda elmi tədqiqatlar aparan
M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, N.Ş.Şirinov,
Ə.Q.Cəfərov, A.A.Veliçko, S.D.Əliyev, M.B.Süleymanov və
24
başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı
inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.
Hazırda Azərbaycan ərazisində aparılan paleolit problemi üzrə
tədqiqat işləri beynəlxalq xarakter almışdır. Çünki ölkəmizin
ərazisində olan paleolit düşərgələri dünyada elə abidələrdir ki, bu
düşərgələrin çöküntülərində mədəni təbəqələr tarixi ardıcıllıqla
əmələ gəlmiş və arxeoloji tapıntıların biri digərini tamamlayır. Bu
da ibtidai insanların həyat tərzini, alət hazırlama texnikasını,
onların inkişaf xüsusiyyətlərini, Daş dövrünün heyvanat aləmini
və təbii coğrafi şəraitini öyrənmək baxımından müstəsna elmi
əhəmiyyət kəsb edir.
1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Paris şəhərində
olan İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgi təşkil
edilmişdir. Sərgidə dünyanın ən qədim insan düşərgələrindən
aşkar olunmuş arxeoloji və paleoantropoloji tapıntılar nümayiş
etdirilmişdir. Sərgidə keçmiş SSRİ-dən ancaq Azıx və Tağlar
paleolit düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət
qalıqları üçün ayrıca guşə ayrılmışdır. Arxeoloji materiallar
içərisində Quruçay, Aşel, Mustye mədəniyyətlərinin və həmçinin
azıxantropun alt çənəsi xüsusi maraq doğurmuşdur.
İ.M.Cəfərzadə, C.N.Rüstəmov və F.M.Muradovanın
rəhbərliyi altında Qobustan ərazisində aparılan arxeoloji tədqiqat
işləri nəticəsində üst Paleolit, Mezolit, Neolit və digər arxeoloji
25
dövrlərə aid çoxtəbəqəli düşərgələr qeydə alınıb və arxeoloji
qazıntılar aparılmışdır.
Qobustanda aparılmış arxeoloji tədqiqatlar nəticəsində
tapılmış maddi mədəniyyət qalıqları bu ərazidə əkinçilik və
maldarlığın ilkin meydana çıxması, burada istehsaledici
təsərrüfatın ilk rüşeymlərinin meydana gəlməsini Mezolit
dövrünün sonlarından başlanmasını söyləməyə əsas verir.
Qobustanın
“Qayaarası”,
“Ana
zağa”,
“Kənizə”,
“Ovçular”, “Öküzlər”, “Maral”, “Ceyranlar”, “Daşaltı”, “Firuz”,
“Dairə”, “Şonqar” və digər düşərgələrində aparılan arxeoloji
qazıntılar zamanı minlərlə əmək alətləri, ovlanmış heyvan və balıq
sümükləri tapılmışdır.
Qobustan ərazisində aparılan elmi tədqiqatlar zamanı
məlum olmuşdur ki, Mezolitə keçid dövründə Qafqaz və Ön
Asiyanın bir çox Mezolit dövrü abidələrində olduğu kimi, burada
da alətlər mikrolit səciyyə daşıyır. Bu, başlıca olaraq, həmin
dövrdə ox və yayın geniş yayılması ilə əlaqədar olmuşdur.
Mikrolitlər əsasən dişli yığma alətlərin, ox, mizraq, nizə tipli
silahların və biçin bıçaqlarının hazırlanmasında istifadə
olunmuşdur.
Qobustanın “Firuz” düşərgəsində son Mezolit dövrünə aid
təbəqədən kütləvi dəfnlə əlaqədar on böyük və bir uşaq skeletinin
qalıqlarının tapılması mühüm elmi əhəmiyyətə malikdir. Buradan
26
həmçinin külli miqdarda qəbir avadanlığı, əsasən bəzək əşyaları
və müxtəlif alətlər tapılmşdır. Aşkar edilmiş alətlər ölənlərin
məşğuliyyəti ilə əlaqədardır.
Mezolit və Neolit dövrlərinin əsas daş məmulatının
oxşarlığı müəyyən edilmiş və bu da Qobustanda əhalinin tarixi-
mədəni inkişaf ənənələrindəki varisliyə və min illərlə burada
yaşayan qəbilələrin eyni etnik qrupa daxil olmasını göstərir.
Aparılan arxeoloji tədqiqatlar zamanı Qobustanın
Böyükdaş, Kiçikdaş, Şıxqaya və Şonqar dağları sahəsində,
həmçinin Cingirdağda, Yazılıtəpədə, eləcə də qədim düşərgə,
yaşayış yerləri, kurqan və digər abidələrdə qazıntılar zamanı qaya
və ayrı-ayrı daşlar üzərində 6 mindən artıq erkən Mezolit
dövründən başlayıb, orta əsrlərin sonunadək olan tarixi dövrlərə
aid rəsmlər aşkar edilmişdir.
Azərbaycanın daş dövrü düşərgələrindən tapılmış maddi
mədəniyyət qalıqları bəşər sivilizasiyasının tarixini tədqiq etmək
üçün əvəzsiz arxeoloji mənbələrdir. Məhz bunu əsas tutan Fransa,
İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-
ci ildə Beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamışlar.
Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində
keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.
Həmin proqrama uyğun olaraq Ə.Q.Cəfərov Fransanın
İnsan Paleoantologiya İnstitutu və Avropa arxeoloji tədqiqatlar
Dostları ilə paylaş: |