428
olunmuşdur. Sonrakı inkişaf mərhələsi olan qədim aşel dövründə
əmək alətlərinin texnikası təkmilləşməyə və yeni-yeni əmək
alətləri yaranmağa başlamışdır. Bu əlamət insan əməyinin,
təfəkkürünün və şüurunun məhsuludur. Ona görə də əmək
alətlərinin inkişafı və təkmilləşməsi ibtidai insanların fiziki
quruluşunun təkamül prosesi kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji
tədqiqat işləri nəticəsində Aşel mədəniyyətinə aid maddi
mədəniyyət nümunələri Azıx düşərgəsinin V və VI təbəqələrində,
Qazax rayonunun Qayalı, Acıdərə, Əli Bayramlı, Şişquzey açıq
paleolit abidələrində tapılmışdır. Eyni zamanda respublikamızın
Lerik, Kəlbəcər və Naxçıvan ərazilərindən də Aşel mədəniyyətinə
aid tək-tək əmək alətləri aşkar olunmuşdur.
Azərbaycan ərazisində Aşel mədəniyyətinə aid zəngin
maddi mədəniyyət nümunələri Azıx mağarasının V və VI
təbəqələrindən müəyyən olunmuşdur. Düşərgənin V və VI
təbəqələrindən 3 mindən artıq daş məmulatı və 500 mindən artıq
ovlanmış heyvanların sümük məmulatı aşkar olunmuşdur. Azıx
düşərgəsinin qədim aşel təbəqəsindən aşkar olunmuş maddi
mədəniyyət qalıqlarının zənginliyi qədim insanların burada uzun
müddət və daimi yaşadıqlarını göstərir.
Azıx düşərgəsində ən maraqlı və mühüm elmi əhəmiyyətli
tapıntı 1968-ci ilin iyun ayında əldə olunmuşdur. Arxeoloji qazıntı
429
işləri zamanı orta Aşel mədəniyyətinə aid olan təbəqədən əl
çapacaqları ilə yanaşı, qədim insan çənəsi də tapılmışdır.
Tapıntıya şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.
Azıx düşərgəsində aşkar olunmuş çənə quruluşundakı
spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplar, xüsusilə
mauer adamının çənəsinə, digər tərəfdən də bir çox cəhətlərinə
görə Fransanın Kondel-Araqo düşərgəsinin aşel təbəqələrində
tapılmış Totavel adamına daha çox yaxındır.
Aparılan elmi tədqiqat zamanı D.Hacıyev müəyyən etmişdir
ki, Azıxda aşkar olunmuş çənə ölkəmizin və Yaxın Şərq
ərazisində ən qədim insan çənəsi, 18-22 yaşlı qadına məxsus olub
və bu qadın 350-400 min il bundan əvvəl Azərbaycan ərazisində
yaşamışdır.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur
ki, ibtidai insanların Aşel dövrü həyatlarında ilk dini təsəvvürlərin
meydana çıxması və formalaşma prosesi başlamışdır.
Azıx düşərgəsinin qədim və orta aşel təbəqələridə aparılan
arxeoloji qazıntılar zamanı ocaq yerlərinin aşkar olunması Azıx
sakinlərinin Aşel mədəniyyəti dövründə odla tanış olub, ondan
istifadə etmələrini göstərir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid Tağlar, Azıx (III
təbəqə), Daşsalahlı, Damcılı, Qazma, Şuşa, Buzeyir və Alar
430
mağara düşərgələri aşkar olunmuşdur. Qeyd olunan mustye
düşərgələrindən zəngin arxeoloji materiallar tapılmışdır.
Aparılan elmi tədqiqatlar göstərir ki, son Aşel-Mustye
dövrü insanlarının həyatında mühüm dəyişikliklər baş vermişdir.
Məhz bu dövrdən başlayaraq qədim insanlar yeni tipli əmək
alətləri hazırlamağa başlamışlar. Artıq əvvəlki dövrlərdə
hazırlanmış alətlər yeni dövrün tələbatını ödəməmiş və daha
mükəmməl alətlər hazırlanmağa başlanmışdır. Nəticədə yeni
arxeoloji dövr olan Mustye mədəniyyəti başlanmışdır.
Respublikamızın ərazisində Mustye mədəniyyətinə aid
zəngin arxeoloji materiallar Tağlar və Azıx (III təbəqə)
düşərgələrindən tapılmışdır. Çoxtəbəqəli Azıx düşərgəsinin III
təbəqəsindən Mustye mədəniyyətinə aid 3 mindən artıq daş
məmulatı və 300 minə yaxın fauna qalıqları (heyvan sümükləri)
aşkar olunmuşdur. Maraqlıdır ki, Azıx düşərgəsinin mustye
dövrünə aid təbəqəsindən 2 ədəd əl çapacağı da tapılmlşdır. Əl
çapacaqları mustye dövrü üçün xarakterik deyildir. Ona görə də
Azıxın III təbəqəsində qeydə alınmış 2 ədəd əl çapacağı nadir
tapıntılardan hesab olunur.
Mustye mədəniyyətinin ən möhtəşəm və çoxtəbəqəli
düşərgəsi olan Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı 8 min daş məmulatı və 500 mindən çox fauna qalıqları
aşkar olunmuşdur. Əgər Azıx paleolit düşərgəsində aparılan elmi
431
tədqiqat işləri Azərbaycan ərazisində ibtidai insanların ən qədim
zamanlardan
məskulaşmasını
göstərdisə,
Tağlar
mustye
düşərgəsində aparılan elmi axtarışlar isə ibtidai insanların –
neandertal tipli adamların inkişaf edib, müasir insanların ulu
əcdadlarının bu ərazidə formalaşdığını elmi əsaslarla sübuta
yetirdi. Tağlar mustye düşərgəsi daş məmulatının texniki və
tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri
qeydə alınmış və onlara Tağlar tipli alətlər adı verilmişdir. Tağlar
mustye düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına,
stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə
ölkəmizin və Yaxın Şərqin arxeoloji abidələri içərisində mühüm
yer tutur.
Elmi
tədqiqatlar
zamanı
Tağlar
düşərgəsində
hazırlanmış aıətlərin İran və İraqın ərazilərində yayılması və bu
düşərgənin əsas mədəniyyət düşərgəsi olması müəyyən olunmuş
və nəticədə yeni bir arxeoloji mədəniyyət Tağlar mədəniyyəti
qeydə alınmışdır. Tağlar mədəniyyəti mustye dövründə bütün
Azərbaycan və Yaxın Şərq abidələri içərisində yayılmışdır.
Aparılan
elmi tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, uzun müddət davam etmiş Mustye mədəniyyəti
Azərbaycanda 40-35 min il bundan əvvəl üst Paleolit mədəniyyəti
ilə əvəz olunmuşdur. Respublikamızda üst Paleolit mədəniyyəti
40-35 min il bundan əvvəl başlamış və 12 min bundan qabaq sona
432
çatmışdır. Üst paleolitə keçid qədim insanların həyatında və
ideologiyasında mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə
daşdan daha incə və universal əmək alətləri hazırlanmışdır.
Üst Paleolit dövründə incəsənət xüsusilə diqqəti cəlb edir.
Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu
qadın təsvirləri və statuetkaları yaradılmışdır.
Azərbaycan ərazisində üst Paleolit dövrünə aid maddi
mədəniyyət nümunələri Tağlar paleolit düşərgəsinin II təbəqəsindən,
Damcılı mağarasında, Qobustanın “Qayaarası” düşərgəsindən,
Yataq yeri, Zar, Masallının Hişkərə kəndi ərazilərindən və Viləş
çay vadisindən tapılmışdır.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar zamanı Mezolit dövrünə aid maddi mədəniyyət
nümunələri Damcılı mağarasında və Qobustandan aşkar
olunmuşdur.
Mezolit mədəniyyətinə aid zəngin maddi mədəniyyət
nümunələri Qobustanda aparılan arxeoloji tədqiqatlar zamanı
tapılmışdır. Buradan Mezolit mədəniyyətinə aid 500 mindən artıq daş
məmulatı və 6 minə yaxın qayaüstü rəsmlər qeydə alınmışdır.
Ən mühüm elmi tapıntılardan biri Qobustanda Mezolit dövrünə
aid qəbir abidəsinin aşkara çıxarılmasıdır. Burada 11 insan skeleti
tapılmışdır. Qobustanın “Firuz” düşərgəsindən açılmış son Mezolit
dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu,
433
onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir
azərbaycanlıların ulu babalarıdır. Məhz bu insanlar Qobustanın
maddi mədəniyyət abidələrini yaratmış və burada uzun müddət
məskunlaşmışlar.
Azərbaycanda aparılan arxeoloji tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki, respublikamızın ərazisində Mezolitdən
sonra 9-7-ci minilliklər arasında Neolit mədəniyyəti mövcud
olmuşdur. Bu dövrdən başlayaraq yığıcılıq və ovçuluqdan əkinçilik
və maldarlığa keçid başlanır, ilk dəfə olaraq gil qablar hazırlanmağa
başlanır. Bu dövr tarixə “Neolit inqilabı” kimi daxil olmuşdur.
Arxeoloji tədqiqatlar zamanı Damcılı mağarasının daş
məmulatı arasında Neolit mədəniyyətinə aid əmək alətləri müəyyən
olunmuşdur. Ona görə də Azərbaycan ərazisində Neolit
mədəniyyətinin
xarakterik
xüsusiyyətlərini
əsasən
Damcılı
mağarasının və Qobustanın daş məmulatı materialları əsasında
öyrənmək olur. Bu düşərgələrdən əlavə Neolit mədəniyyətinin
izlərinə Naxçıvanın Kültəpə, Fizulinin Qaraköpəktəpə, Kültəpə,
Şomutəpə, Töyrətəpə və başqa yaşayış düşərgələrinin maddi
mədəniyyət nümunələri arasında rast gəlmək olur.
Elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Neolit
dövründə yaşayan sakinlər ilk dəfə olaraq oturaq həyata keçmiş, yeni
iqtisadi tələblərlə yanaşı, torpaq təsərrüfatına bağlılıq prosesi
başlanmışdır.
434
Respublikamızda Neolit dövrünə aid zəngin maddi mədəniyyət
nümunələri Qobustan ərazisindən də tapılmışdır. Qobustanda
tapılmış əmək alətlərinin zənginliyi Neolit mədəniyyəti dövründə
sakinlərin əkinçilik, balıqçılıq, heyvandarlıq və s. ilə məşğul
olduqlarını söyləməyə imkan vermişdir.
Beləliklə, 1953-cü ildən başlayaraq Azərbaycan Respublikası
ərazisində Daş dövrü üzrə aparılan elmi tədqiqatlar zamanı Qazax,
Tovuz, Füzuli, Şuşa, Lerik, Masallı, Şərur, Kəlbəcər və Yardımlı
rayonlarında maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Həmin maddi mədəniyyət nümunələri əsasında Azərbaycanın qədim
sivilizasiya mərkəzlərindən biri olması, ibtidai insanların burada 2-
2,5 milyon il bundan əvvəllərdən başlayaraq məskunlaşması və bütün
inkişaf mərhələlərindən keçdiyi elmi əsaslarla sübuta yetirilmişdir.
Azərbaycan Respublikası ərazisində qeydə alınmış Q uruçay,
Aşel, Mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji
mədədniyyətləri xalqımızın etnogenez problemini yeni baxımdan
müasir biliklər əsasında tədqiq etməyə şərait yaratmışdır. Tapılmış
arxeoloji materiallar xalqımızın tarixən bu ərazidə yaşayan qəbilə və
tayfaların inkişafı nəticəsində formalaşdığını göstərir. Çünki, bütün
arxeoloji
mədəniyyətlərdə
varislik,
qohumluq
və
oxşarlıq
xüsusiyyətləri müəyyən edilmişdir.
Son
illərdə
Azərbaycan
ərazisində
olan
paleolit
düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının elmi tədqiqi
435
beynəlxalq xarakter almışdır. Çünki paleolit düşərgələrindən əldə
olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar bəşər
sivilizasiyasının tarixi inkişafını öyrənmək üçün mühüm elmi
əhəmiyyətə malikdir. Ona görə də 2001-2005-ci illərdə Azərbaycan,
Fransa, İtaliya, İspaniya, Hollandiya, Rusiya və Gürcüstan alimləri
beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi
tədqiqini başa çatdırmışdır. Ə.Q.Cəfərovun Avropa alimləri ilə birgə
apardığı kompleks elmi tədqiqatlar nəticəsində Azıx düşərgəsində
qeydə alınmış Quruçay arxeoloji mədəniyyətinin 2-2,5 milyon il
bundan əvvəl başlaması arxeoloji faktlarla sübuta yetirilmişdir. Eyni
zamanda Azıx mağarasının III təbəqəsindən müəyyən edilmiş
Mustye mədəniyyətinin Yaxın Şərq və Qafqazda 12 min il bundan
əvvəl başlanması və digər Mustye düşərgələrindən qədim olması
məlum olmuşdur.
Hazırda Azərbaycanın Daş dövrü düşərgələrində aparılan elmi
tədqiqatlar nəticəsində 10-dan artıq mağara düşərgələri və 20 yerüstü
abidələr qeydə alınıb tədqiq olunmuşdur. Lakin bu gün də davam
edən arxeoloji tədqiqat işləri yeni- yeni düşərgələrin aşkar olunmasına
səbəb olur və Daş dövrü insanlarının yayılma ərazilərinin daha geniş
olduğunu göstərir.
436
MÜNDƏRĠCAT
Ön söz (M.N.Rəhimova)..........................................................5
GiriĢ (Ə.Q.Cəfərov)................................................................11
I fəsil. Azərbaycanda daş dövrünün öyrənilmə tarixi
(Ə.Q.Cəfərov).....................................................................
.....15
II fəsil. Antropogendə Azərbaycanın təbii coğrafi şəraiti
(M.M.Hüseynov, Ə.Q.Cəfərov)..............................................27
III fəsil. Daş dövrü düşərgələrinin stratiqrafiyası
(Ə.Q.Cəfərov)..........................................................................38
IV fəsil. Daş dövrünün heyvanat aləmi və ovçuluq təsərrüfatı
(Ə.Q.Cəfərov).........................................................................46
V fəsil. Quruçay mədəniyyəti və onun texniki-tipoloji
xüsusiyyətləri (M.M.Hüseynov, Ə.Q.Cəfərov)......................55
VI fəsil. Azərbaycanın aşel mədəniyyəti (Ə.Q.Cəfərov).......66
VII fəsil. Azıxantrop. Paleolit düşərgələrindən tapılmış qədim
insan qalıqları (Ə.Q.Cəfərov)..................................................85
VIII fəsil. Azərbaycanın orta paleolit düşərgələri –
Mustye mədəniyyəti (Ə.Q.Cəfərov)........................................90
IX fəsil. Azərbaycanda üst paleolit mədəniyyəti
(Ə.Q.Cəfərov)........................................................................101
437
X fəsil. Ibtidai insanların mənəvi aləmi (Ə.Q.Cəfərov).......110
XI fəsil. Azərbaycanın yerüstü (açıq) daş dövrü abidələri
(M.M.Mənsurov)...................................................................120
XII fəsil. Azərbaycanın mezolit düşərgələri
(C.N.Rüstəmov, F.M.Muradova)...........................................143
XIII fəsil. Azərbaycanın neolit düşərgələri
(C.N.Rüstəmov, F.M.Muradova)...........................................149
XIV fəsil. Qobustanın qayaüstü təsvirləri və
mənəvi mədəniyyəti (C.N.Rüstəmov, F.M.Muradova)........173
Nəticə (Ə.Q.Cəfərov)....................................................186
Резюме .................................................................................192
Summary .............................................................................203
Ġstifadə olunmuĢ ədəbiyyat ......................................213
ġəkillərin siyahısı ................................................................225
ġəkillər .................................................................................243
438
AZƏRBAYCAN ARXEOLOGĠYASI
DAġ DÖVRÜ
ALTI CİLDDƏ
I CİLD
“ŞƏRQ-QƏRB”
BAKI
2008
Dostları ilə paylaş: |