395
rəhbərliyi ilə Qobustanda Böyükdaş, K içikdaş dağları və
Cingirdağ – Yazılıtəpə sahəsində 750 daş və qaya üzərində 3500-
dən çox insan və heyvan rəsmi, müxtəlif mövzulu həyat səhnələri,
qayıq təsvirləri, işarə, damğa, yazı, yalaq, dəlmə və s. kimi insan
əlinin izi olan abidə qeydə alınmışdır (Cəfərzadə, 1973).
1965-ci ildən başlayaraq Qobustanda qədim qayaüstü
təsvirlərin öyrənilməsi və qeydə alınması işini və arxeoloji
qazıntıları C.N.Rüstəmov və F.M.Muradova davam etdirmişlər
(Rüstəmov, Muradova, 2003).
Qobustanda ilk əsaslı arxeoloji qazıntı 1960 və 1961-ci
illərdə
İ.M.Cəfərzadənin
rəhbərliyi,
C.N.Rüstəmov
və
F.M.Muradovanın iştirakı ilə “Ovçular zağası”nda aparılmışdır
(Cəfərzadə, 1965).
1965-ci ildən başlayaraq C.N.Rüstəmovun rəhbərliyi,
F.M.Muradovanın iştirakı ilə Qobustan arxeoloji ekspedisiyası 16
qayaüstü sığınacaq tipli düşərgə, üç Tunc dövrü yaşayış yeri,
Yazılıtəpədə pir sahəsi, 40-dan artıq kurqan tipli qəbir abidməsi
tədqiq etmiş, 6 yerdə yoxlama qazıntısı aparmışdır (Rüstəmov,
Muradova, 2003).
Aparılmış arxeoloji qazıntılar və axtarışlar nəticəsində
Qobustanda daha 400-ə yaxın üzərində insan əli ilə yaradılmış
abidə - təsvir, yalaq və s. olan daş qaya aşkar edilib qeydə
alınmışdır. Onlardan 140 ədədi qayaaltı sığınacaqlar, “Dairə”,
396
“Böyükdaş”, “Çapmalı” kimi Tunc dövrü yaşayış yerlərində
müxtəlif dövrlü təbəqələrdən, Tunc dövrü kurqanlarda qəbrin
örtük və kromlex daşları arasında qalanları Böyükdaş, Kiçikdaş,
Cingirdağ – Yazılıtəpə sahələrində, əvvəllər qeydə alınmış
daşlarla yanaşı yeni sahələrdən, Kiçidaş ərazisində Qayaaltı və
Daşqışlaq sahələrindən, eləcə də Qobustan qoruğu ərazisindən
kənarda, Böyük Qobustanda Şıxqaya və Şıpardağ, Şıx çimərliyi
sahələrində aşkar edilmişdir. Hazırda Qobustanda qeydə alınmış
qayaüstü təsvirlərinin sayı 6 mindən çoxdur.
Qobustanda qədim qayaüstü təsvirlər ən çox qədim
düşərgələrin divarlarını təşkil etmiş qayalarda və düşərgəətrafı daş
və qayalarda çəkilmişdir. O nlar döymə, qazma, sürtmə, cızma
üsulu ilə (Böyükdaş, yuxarı şəkildə 24a, 181, Kiçikdaşda Qayaaltı
kolleksiyasında 11 №-li daşlarda ) və rənglə şəkilmişdir.
Qobustanda arxeoloji qzıntı aparılmış “Ana zağa”,
“Ovçular zağası”, “Kənizə”, “Öküzlər-1”, “Öküzlər-2”, “Firuz-1”,
“Firuz-2”, “Qayaarası-1”, “Qayaarası-2”, “Ceyranlar”, “Maral” və
s. qayaaltı düşərgələrdə sığınacağın divarlarını təşkil edən
qayaların mədəni təbəqə ötrmüş aşağı səthlərində də yüzlərlə
qədim təsvir aşkar edilmişdir. Qayaüstü təsvirlərin öyrənilməsi və
xüsusilə də onların dövrləşdirilməsi işində yuxarıda qeyd
etdiyimiz dövrü müəyyənləşdirilmiş abidələrdən tapılmış 140
397
ədəd kiçikölçülü daş və mədəni təbəqə altından aşkar edilmiş bu
kimi daşlar üzərindəki qədim rəsmlərin dəyəri çox böyükdür.
Qobustanda hələ üst Paleolitin sonlarından başlanan həyat
qısa müdətdə baş vermiş hansısa təbiət hadisəsi (zəlzələ, qayaların
yerdəyişməsi və s.) nəticəsində dayansa da, bir qədər sonra
canlanıb, orta əsrlərə kimi davam etmişdir. Qobustan çox geniş
mövzulu, dərin məzmunlu 15-20 minillik dövr ərzində xalqımızın
keçdiyi mədəniyyəti tarixi yollarını işıqlandıran şəkillər
qalereyasıdır.
Qobustan açıq səma altında muzeydir. Bu muzeyə gələn
hər bir şəxs qayaüstü təsvirlər, müxtəlif dövrlü arxeoloji
abidələrin cəmləşdiyi tarixi abidələrin əsli ilə yerindəcə tanış
olur, bir növ muzeyə Daş dövründən “daxil olub”, orta əsrlərdə
“tərk edir”. Dünyada elə bir ikinci belə bir muzey yoxdur ki, 20
mindən artıq yaşı olan Qobustanda olduğu kimi, onu ilkin yerində
əks etdirsin.
Qobustanı dünyaya tanıdan onun qədim sakinlərinin
yaratdıqları 15-20 minillik tarixi dövrü əhatə edən qədim qayaüstü
təsvirlər və müxtəlif tarixi arxeoloji abidələrdir (bax şəkil 186-
211).
Qobustandan “Firuz” və “Kənizə” Mezolit və Neolit
qəbir abidələrinin qazıntılarından əldə edilmiş antropoloji qalıqlar
Azərbaycan xalqının etnogenezinin öyrənilməsi üçün əvəz
398
olunmaz mənbədir. Antropoloq R.M.Qasımovanın təyinatına görə
Mezolitin sonu Neolitin əvvəlinə aid “Firuz” düşərəgəsində 11
adamın dəfn olunduğu qəbirdə aşkar edilmiş kəllələrin müasir
azərbaycanlıların tipində, cənubi avropoid qrupuna aid uzun qafalı
və yumru kəlləli insanlar, Neolit dövrünə aid “Kənizə” qəbrində
isə Avropa irqinə, cənub qoluna aid qadın dəfn olunmuşdur. Bu,
Qafqazda ən qədim insan tipi olan “Kaspi” tipidir. Bu məlumatlar
və Qobustan qayalarında qədim qobustanlılardan qalma bir sıra
qayaüstü təsvir səhnələri, qız qaçırmaq səhnəsi, mərə-mərə, dama-
dama oyunu və s. oyunlarının bu gün də xalqımız arasında
yaşaması və s. b.k. adətlər qədim qobustanlıların müasir
azərbaycanlıların - əcdadları olduğunu və azərilərin Qafqaz
regionunda ən qədim, ən mədəniyyıtli xalq olduğunu göstərir.
Qobustan Azərbaycan xalqının qədim mədəniyyət ocağıdır.
Qobustan abidəsi 1966-cı il 9 sentyabr tarixindən
Mədəniyyət Nazirliyi nəzdində Qobustan Dövlət Tarixi – Bədii
Qoruğu elan edilmişdir.
2007-ci ildə Qobustan abidəsi mədəni irsimizim
qorunmasıyla bağlı Azərbaycanda Heydər Əliyev fondunun
rəhbəri YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri
Mehriban xanın Əliyevanın köməkliyi ilə YUNESKO-nun
abidələri siyahısına salınmışdır.
Dostları ilə paylaş: |