383
“Firuz-1” düşərgəsində kollektiv qəbir 80 №-li daşın şərq
tərəfi dibində, örtülü sahədə yerdən 50 sm dərinlik səviyyəsində
aşkar edilmiş, alt səviyyəsi mədəni təbəqədən 15 sm dərinə davam
edərək qum təbəqəsinə düşmüşdür. 2 kv.m sahəsi olan qəbirdə 11
nəfər – 10 böyük və bir uşaq dəfn olunmuşdur. Skeletlərin
sümükləri qarışaraq, qəbir avadanlığı ilə birlikdə yer
səviyyəsindən 50-85 sm dərinlik arasında təbəqə əmələ gətirmişdir.
Ölülərin sümükləri çox qarışmış olduğundan onların sayını yalnız
qazıntıda iştirak edən antropoloq R.M.Qasımovanın köməkliyi ilə
kəllə sümükləri əsasında və ölülərin boyunbağı düzümünə görə
müəyyənləşdirmək mümkün olmuşdur. 3 və 5 №-li nisbətən yaxşı
saxlanılmış kəllə sümükləri və digər kəllə sümüklərinin yerindəcə
tədqiqi ilə lazımi ölçülərin götürülməsi əsasında düşərgə
sakinlərinin tipi haqqında fikir söyləmək mümkün olmuşdur.
Antropoloq R.Qasımova qəbirdə dəfn olunanlardan yeddisinin kişi,
üçünün qadın və birinin uşaq olduğunu və kəllə quruluşuna görə
onların iki – dolixokran və braxokran (uzun və dəyirmi kəlləli
adam)
tiplərinə
mənsub
olduğunu
müəyyənləşdirmişdir.
R.Qasımovanın tədqiqinə görə “Firuz-1” düşərgəsindəki
antropoloji tiplərin müxtəlifliyi müasir azərbaycanlıların baş
göstəricilərinin etnogenezi probleminin həllində əsas ola bilər.
R.Qasımova dolixokran tip kəllələrin braxokran tip kəllələrdən
çox olmasını əsas tutaraq, Mezolit dövründə Azərbaycanda
384
Avropa antropoloji tipinə uyğun dolixokran insanların yaşamış
olduğu qənaətinə gəlmişdir.
Tədqiqatlar “Firuz” düşərgəsində dəfn olunanların çox
güman ki, təbii fəlakət (zəhərlənmə, yoluxucu xəstəlik və başqa
bu kimi) nəticəsində eyni vaxtda ölmüş və eyni vaxtda dəfn
olunmuş qəbilə üzvləri olduğu barədə fikir yürütməyə əsas verir.
Ölülər düşərgədə qazılmış bir qədər çökək yerə qoyularaq, üstü də
həmin yerdən qazılıb çıxarılmış torpaqla örtülmüşdür. Bununla da,
düşərgə, qalan sakinlər tərəfindən birdəfəlik tərk edilmişdir.
Qəbrin içi və üstünün torpağı nə tərkibi, nə rəngi, nə də qəbir və
onun üstünü örtülmüş torpaqda təsadüf edilmiş çaxmaqdaşından
qəlpə və alətlər ətrafdakı alt təbəqənin materiallarından seçilmir.
Bu kollektiv qəbirdə ölülər sıx bükülü vəziyyətdə, yanı
üstdə dəfn olunmuşdur. Bunu yalnız iki nisbətən yaxşı saxlanmış
skeletin vəziyyətinə görə demək mümkündür. Dəfn olunanlar,
dövrün dəfn adətlərinə uyğun olaraq, xeyli maddi mədəniyyət
nümunələri ilə müşayiət olunmuşlar. Burada hər bir kəllənin
yanında aşağıdakı materiallar aşkar edilmişdir: 2, 4 və 5 №-li
kəllənin yanından mərmərləşmiş daşdan bir ədəd bir ucundan
deşik açılmış iri və ağır, oval formalı balıq toru üçün ağırlıq daşı;
1, 5 və 8 №- li kəllənin yanından 3, 5 və 2 ədəd (cəmi 10 ədəd), tor
toxumaq üçün hər iki ucu iti və bir uca yaxın boğmalı sümük alət,
bunlardan əlavə 1 №-li kəllənin yanından daha bir ədəd sümük
385
asma, 2 №-li kəllənin yanından boyundan asmaq üçün qabanın
qılınc dişləri (hər ikisinin ucu dişəklidir), buynuzdan 60 sm
uzunluğunda nizə və ya yer qazmaq üçün alət; qaban dişindən
deşikli (20 ədəd) boyunbağı tapılmışdır. 3, 5 və 7 №-li kəllələrin
yanında alət tapılmamışdır. Bunlar və uşaq kəlləsi mərmərləşmiş
daşdan bütün ölülərin boynunu bəzəmiş silindr formalı uzununa
deşilmiş muncuqlardan ibarət boyunbağı ilə müşayiət olunmuşdur.
8 №-li kəllənin boyunbağında daha 9 ədəd öküz dişindən və 16
ədəd kiçik dəniz heyvan qabığından, 9 №-li kəllənin
boyunbağında daha 4 ədəd heyvan dişindən və 9 ədəd dəniz
heyvan qabığından muncuq dənəsi və balıqqulağından 3 ədəd
asma var idi. 9 №-li kəllənin yanından tapıntının qəbir daşından
bir əşya, iki yanından xırda daraqvari gəzlər asılmışdır.
10 №- li kəllənin yanına sümükdən 5 ədəd çox nazik,
kəsikdə dairəvi, bir ucu iynə kimi iti, əks ucu ağac dəstəyə
keçirməklə dayaz sularda balıq vurmaq üçün işlədilmiş karpun
alət; bir ədəd yuxarı ucundan beldən asmaq üçün deşik xəncər
tipli sümük alət tapılmışdır. Bu kəllənin boyun hissəsində kiçik
çaydaşılarından insan ayağı formalı, trapes və paraleloqram şəkilli
3 ədəd asma var idi. 11 №- li qəbirdəki uşağın boynunda 54 ədəd
silindr muncuqdan ibarət boyunbağı var idi. Bu cür muncuqlardan
ibarət boyunbağıya bütün ölülərin boynunda rast gəlinmişdir.
386
“Firuz-1” düşərgəsində açılmış kollektiv qəbirdə dəfn
olunanlardan 6-nın (1, 2, 3, 4, 5 və 10 №-li kəllələr) yanında
balıqçılıqla bağlı alətlərin çoxluğu, göstərilən 10 ədəd tor toxumaq
üçün alət, 5 ədəd karpun tipli alət və 3 ədəd ağırlıq daşı (pərsəng)
xüsusi diqqət cəlb edir və düşərgənin balıqçı qəbiləsinə aid
olduğunu göstərir. Balıqçılıq alətləriylə yanaşı, düşərgənin dəniz
səviyyəsinin sahilində olması, (hazırda düşərgə ilə dənizin
arasındakı məsafə 1 km-dən azdır) qaya örtüyü divarlarında qədim
qayıq təsvirlərinin olması və eləcə də qazıntı nəticəsində mədəni
təbəqədən aşkar edilmiş kiçik daşlarda da qayıq şəkillərinin
çəkilməsi də “Firuz-1” düşərgəsi qəbiləsinin əsas balıqçılıqla
məşğul olduğunu bir daha təsdiq edir. Görünür, Qobustanın
Mezolit dövrü sakinləri özlərindən qabaqkı dövrlərdə yaşamış
insanlara nisbətən dənizin təbii sərvətlərindən daha çox və
səmərəli istifadə etmişlər. Bu qəbilələrin əsas qida mənbəyi balıq
ovundan ibarət olmuşdur. Ona görə də Mezolit dövründən
təknəvari qayıqlar, avarlar, balıqçılıq qarmaqları meydana gəlir və
sürətlə yayılır (Bader, 1970).
Qobustanda müxtəlif tipli qayıq təsvirlərinin çoxluğu və
müxtəlif dövrlüyü, “Firuz-1” düşərgəsində üstündə qayıq təsvir
olan daşların Mezolit dövrü təbəqəsindən tapılmış Qobustanın
dünyü gəmiçiliyinin ən qədim ocağı olduğunu göstərir.
Tədqiqatçıların bu fikri ilə məşhur dəniz səyyahı norveçli Tur
Dostları ilə paylaş: |