415
öküzün tələyə düşməsi, yırtıcının ot yeyən heyvana hücumu və s.
bu kimi səhnələri göstərirlər.
Qobustan incəsənətində qadın təsvirlərinin görkəmində və
işləmə üslubundakı ənənəvi cəhət çox qədimdir. Məlum oxşar
materiallar əsasında qadın heykəlcikləri və bu qəbildən olan qadın
təsvirləri ana ilə qohum insan qrupunun qırılmaz qohumluq
əlaqəsini, bunların eyniləşdirilməsi haqqında təsəvvürləri əks
etdirdiyini güman etmək olar. Qadın, nəsil artırıcısı, ana kimi
əmin-amanlıq yaradır, qəbilənin sığınacaq tapmasına, ev ocağının
qorunmasına, paltar tikmək, yemək hazırlamaq, ərzaq ehtiyatının
yaranmasının təşkilində başlıca rol oynayır.
Qadın surəti kollektivin qırılmaz əlaqələri, onun daimi
təkrar istehsalı, fəallığının əsas istiqamətlərini və geniş xarici
aləmlə əlaqələrin səbəblərini qavramaq, izah etmək zərurətindən
doğmuşdur.
Azərbaycanda minilliklər boyu qadına – ulu anaya pərəstişin
geniş yayıldığını Qobustanın qayaüstü qadın təsvirləri, “Kənizə”
və “Maral” düşərgələrindən tapılmış qadın heykəlcikləri də təsdiq
edir. Təbii qüvvələrə sitayişi burnunda günəş təsviri olan qayıq
rəsmlərində və astral işarələrdə görmək olur. Öküz, keçi, maral
təsvirlərinin çoxluğu, lakin arxeoloji qazıntılardan öküz və keçi
sümüyünün tək-tək, maral sümüyünün isə heç tapılmaması, ən çox
ovlanmış ceyran və gur sümüyünün osteoloji materialın 70 %-ni
416
təşkil etsə də, onların təsvirlərinin çox az olması, Qobustan
sakinlərinin pərəstiş və totemik görüşləri ilə izah etmək
mümkündür.
Qobustanın qayaüstü təsvirləri Azərbaycan xalqının keçmişi,
adət-ənənəsi, qədim mədəniyyət və incəsənətinin kökü, Şərqi
Azərbaycanda keçmişin paleocoğrafi, paleogeoloji, bitki örtüyü,
heyvanat aləmi və s. öyrənmək üçün əvəzsiz mənbə, dilsiz, təsviri
məxəzlərdir. Qayaüstü təsvirlər qədim qobustanlıların yaratdığı
yazısız tariximizin həyat salnaməsidir.
Qobustan Azərbaycan xalqının kimliyindən, soy kökündən
xəbər verən qədim mədəni və incəsənət ocağı bu günə kimi
qorunub saxlanmış təsvirlər və digər arxeoloji abidələr
kompleksindən ibarət təbii tarixi muzeydir.
Qobustan
qayaüstü
təsvirlərinin
dövrünün
müəyyənləşdirilməsi tədqiqatçılar qarşısında duran ən çətin
problemlərdən biridir. Bu işdə tədqiqatçı arxeoloqların ən yaxın
köməkçisi qədim qayalatı sığınacaqlar, qəbir abidələrində
aparılmış arxeoloji qazıntılar və onların nəticəsi ola bilər.
İ.M.Cəfərzadənin əsərlərində Qobustanda ilk qayaüstü
təsvirlərin çəkilməsi və insanın yaşaması tarixi arxeoloji
qazıntılara qədər hesab edildiyi kimi e.ə. III, VI və nəhayət, VIII
minilliyə deyil, aparılmış arxeoloji qazıntıların nəticələrinə görə
ən azı e.ə. XVIII-XV minilliklərə, bəlkə də bir qədər əvvəldən üst
417
Paleolitin sonundan Mezolitə keçid dövründən başlayıb orta
əsrlərə kimi davam etdiyini göstərmək olar.
İ.M.Cəfərzadənin əsərlərində ölçücə iri, təbii ölçülü və ya
bu ölçüyə yaxın insan və heyvan şəkillərinin daha qədim olduğu
iddia edilir. Lakin Qobustanda aparılmış arxeoloji qazıntılarda
təsvirlərin dövrləşdirilməsində onların ölçüsünün şərt olmadığı
müəyyənləşdirilmişdir.
İ.M.Cəfərzadə qayaüstü təsvirlərin dövrləşdirilməsində
Qobustan təsvirlərin məlum qayaüstü təsvirlər kolleksiyalarındakı
zahiri görünüşcə oxşar nümunələriylə müqayisə və onlarla bağlı
arxeoloji
ədədbiyyatlardakı fikirlər əsasında mülahizələr
yürütmüşlər. Qobustan qayaüstü təsvirlər kolleksiyasındakı ən real,
həyati, mütənasib verilmiş döymələrdən isə öküz, gur, ceyran
təsvirləri daha qədimdir.
Döymə üsulu işlənmiş qədim qadın və yay-oxlu kəmərçinin
kişi təsvirləri Qobustan abidəsi üçün səciyyəvidir.
Qobustan qayaüstü təsvirlərinin dövrləşdirilməsində son
dərəcə vacib, əvəzolunmaz mənbə qazıntılardan əldə olunmuş
zəngin arxeoloji materiallar və onların arasındakı müxtəlif tarixi
dövrlərdə yaranmış mədəni təbəqələrdən tapılmış kiçikölçülü
rəsmli daşlar, düşərgə divarlarının mədəni təbəqə örtmüş
hissələrində aşkar edilmiş qədim şəkillərdir. Bu daşlarda dövrə
uyğun təsvirlər həkk olunmuşdur.
418
Bu şəkillərin dövrü arxeoloji və bəzən hətta geoloji cəhətdən
dəqiqləşdirilmiş mədəni təbəqədən, onun örtdüyü qaya üzərində
olduğuna görə onların tarixi tapıldığı təbəqənin arxeoloji
materiallarının dövründən gec deyil, heç olmasa onunla yaşıddır
və daha qədimdir. Bu baxımdan “Ana zağa”, “Kənizə”, “Ovçular
zağası”, “Öküzlər-1”, “Öküzlər-2”, “Firuz”, “Firuz-2”, “Maral”,
“Ceyranlar”, “Qayaarası-1”, “Qayaarası-2” düşərgələrindən
tapılmış rəsmli daşlar, qayanın mədəni təbəqənin basdığı
hissəsində aşkar edilmiş yüzlərlə qədim şəkillər qayaüstü
təsvirlərin dövrünü dəqiqləşdirmək üçün bir növ meyar rolu
oynayır.
Qobustanın
qayaüstü
təsvirlərini
dövrləşdirən
A.A.Formozov onları bir neçə laya ayırır. I laya aid ən qədim
təsvirlərin başqa ərazilərin paleolit təsvirlərinin oxşarı olduğunu
göstərir. O, I mərhələ təsvirlərinin “Ana zağa”da mədəni
təbəqələrindən əvvəl çəkildiyini güman edir. A.A.Formozov
“Ana zağa”da həyatın arxeoloji tədqiqatların sübut etdiyi kimi, üst
Paleolit dövründə başlandığını göstərir. A.A.Formozov da
İ.M.Cəfərzadə və başqa qayaüstü təsvirlər tədqiqatçıları kimi
təsvirləri dövrləşdirərkən onların ölçü xüsusiyyətindən çıxış edir.
O yazır: “İbtidai incəsənətin müxtəlif dövrləri üçün təsvirlərin
özünəməxsus ölçüdə olması böyük əhəmiyyət kəsb edir”.
Dostları ilə paylaş: |