419
29 №- li daşdakı təsvirlər arasındakı yalnız bir ədəd iriölçülü
öküz təsviri (döymə qadın və kişi) I mərhələ təsvirlərinə uyğun
olduğunu qeyd edir və II mərhələyə yalnız 80-1 m ölçülü öküz
təsvirlərini aid edir. Belə olduqda iri öküz təsvirini nə I, nə də II
mərhələyə aid etməyən A.A.Formozov I mərhələyə aid heyvan
təsvirlərinin olmadığını güman edir. Lakin onu bu mərhələyə aid
etmir. A.A.Formozov bəzi qadın və bütün döymə kişi təsvirlərinin
əlindəki və çiynindəki əşyanın Paleolit yox, Mezolit üçün
səciyyəvi olduğunu qeyd edir. A.A.Formozov “Ana zağa”
düşərgəsinin girişinin cənub divarını təşkil etmiş qayadakı I
mərhələyə aid təsvirlərin (30 №- li daş) iri və kiçikölçülü yay-oxlu,
kəmər – mədəni təbəqələr altında açılmış səhnədəki təsvirlərlə
eyni səciyyədə onun davamı olduğunu güman edir (Formozov,
1969).
29 №-li qayanın şimal üzündəki döymə qadın və kişi
təsvirləri A.A.Formozovun yazdığı kimi, düşərgədə mədəni
təbəqələr yaranana qədər çəkildiyi barədə söylədiyi fikri təkzib
edir. 29 №-li qayadakı qədim təsvirlər düşərgədə üst Paleolitin
sonu ilk Mezolit dövründə məskunlaşmış ilk sakinlərin sənət
əsəridir.
I mərhələ təsvirlərinin bəzi xüsusiyyətlərinə görə paleolitdə
çəkdiyini göstərən A.A.Formozov bu təsvirlərin daha çox oxşarı
İspaniyanın Mezolit təsvirlərində görür (Formozov, 1969).
420
A.A.Formozov düşərgələrin Daş dövrü təbəqələrindən
arxeoloji materiallarla birlikdə tapılmış kiçikölçülü rəsmli daşların
düşərgələrin, o cümlədən”Ana zağa” 30 №-li qayadan və başqa
təsvirli qayalardan qopmuş parçalar sayır (Formozov, 1969).
Mənə elə gəlir ki, uzun müddət Qobustan abidələrində
arxeoloji qazıntı aparmış təcrübəli arxeoloq üçün kiçikölçülü
rəsmli daşların abidə sakinləri tərəfindən sığınacağın özündə
hazırlandığıyla, bu təsviri daşın düşərgənin təsvirli qaya
divarından
qırılıb
düşmüş
təsvirli
daş
olduğunu
müəyyənləşdirmək bir o qədər də çətin deyil. Qayadan qopub
düşmüş hissənin yeri qayada aydın bilinir. Arxeoloji qazıntıların
gedişində tək-tək, nadir hallarda A.A.Formozovun qeyd etdiyi
hallarla da rastlaşmışıq. Qayadan təsvirli hissə qopub düşmüş
olanda həm qayadakı və həm də qopmuş daşdakı qırğı təsvirin
hissəsi bir-birini tamamlayır. Ə gər təsvirli kiçik hissə qopub
düşərsə, o elə vaxtilə üstündə olduğu qayanın dibinə düşür. Onun
qayada düşdüyü yeri asanlıqla müəyyənləşdirmək olur.
“Ana zağa”dakı Paleolit əlamətli qadın təsvirlərinə Kiçikdaş
dağı “Qayaarası”, “Ceyranlar” düşərgələrində, Şonqardağda
“Şonqar” düşərgəsi və onun ətrafında da təsadüf edilmişdir.
Bunlar döymə qadın, kiçikölçülü kəsmə xətlə çəkilmiş kişi,
müxtəlif ölçülü öküz, qaban təsvirləri və öküz başı təsvirlərindən
ibarətdir. Kişi təsvirlərinin az qismi yay-oxla təsvir olunmuşdur.
421
Deməli, paleolitin sonunda artıq yay-oxun ilk nümunələrinin
meydana çıxdığını görürük. Düşərgə sakinlərinin əsas ovlanmış
heyvan sümükləri obyekti iriölçülü ceyrandır. Gurlar tək-tək
meydana çıxır. “Qayaarası”nda da “Ana zağa”da olduğu kimi
alətin ilk nümunələri yaranır. Arxeoloji qazıntı materialları
əsasında paleolit əlaməti şatelperron tipli köndələn bıçaqlara çox
təsadüf olunur. “Qayaarası” düşərgənin yerləşdiyi sahədəki
qayalarda Böyükdaş dağı, yuxarı səkidəki “Ana zağa”nın 29 №- li
daşdakı iriölçülü öküzün oxşar nümunələri çoxluq təşkil edir.
Bütüb bunlar “Ana zağa”nın alt təbəqəsində də “Qayaarası”
düşərgəsi kimi paleolitin son mərhələsindən Mezolitə keçidin ilk
mərhələsinə aid olduğunu, 29 №- li daşdakı paleolit əlaməti
təsvirlərin də alt təbəqə sakinlərinə məxsus olduğunu təsdiq edir.
Buradakı iriölçülü öküz təsvirini də A.A.Formozovdan fərqli
olaraq I mərhələyə aid edirik. “Şonqar” düqşərgəsində də döymə
qadın, iri öküz, öküz başı təsvirləri qeydə alınmışdır.
Bu göstərilənlər Qobustanın ilk sakinləri tərəfindən
paleolitin sonundan Mezolitə keçid dövründə (e.ə. XIII-XV
minilliklər, bəlkə də bir az əvvəl) məskunlaşdığını deməyə əsas
verir.
Çex alimi Yan Elinek Qobustanın qadın təsvirlərini məlum
Paleolit dövrü qadın təsvirləri sırasına daxil etmişdir.
422
Qobustan
qayaüstü
təsvirlərinin
dövrləşdirilməsində
təsvirlərin ölçüsünün heç bir əhəmiyyət kəsb etmədiyini sübuta
yetirmiş arxeoloji qazıntı materiallarını nəzərə almayan E.Anati
də İ.M.Cəfərzadə, A.A.Formozov kimi Qobustanın iriölçülü
təsvirlərinin qədim olduğunu nəzərə alıb, onları Qərbi Avropanın
iriölçülü solyutre dövrü təsvirləri ilə müqayisə əsasında həmin
dövrə aid etmişdir.
E.Anatinin yazdığı yarımçıq “Qobustan” kitabı onun naşı
arxeoloq olduğunu və Qobustanın maddi mədəniyyət qalıqlarının
texniki və tipoloji xüsusiyyətlərini bilmədiyini göstərir (Anati,
2001).
Qobustan abidələrinin tədqiqilə bir qayda olaraq ixtisasca
tarixçi arxeoloq məşğul olur. O, uzun illər tədqiqiylə məşğul
olduğu Qobustan qayaüstü təsvirlərinin oxunması, dindirilməsi
kimi məsələlərin qaydalarını, yolunu bilir. Qayaüstü təsvirləri
qəbul olunmuş elmi qaydalar əsasında tədqiq edib, onu “dilində”
dindirməsək, o sənə cavab verməyəcəkdir. Ona görə də Qobustan
abidələri oradan tapılmış zəngin maddi mədəniyyət qalıqlarını
arxeologiya elminin müasir səviyyəsində öyrənmədən bu diyar
haqqında fikir söyləmək elmi cəhətcə əsassız olar.
Bundan sonra da Qobustanda aparılacaq arxeoloji
tədqiqatlar yeni-yeni abidələrin və maddi mədəniyyət qalıqlarının
aşkar olunmasına zəmin yaradacaqdır.
Dostları ilə paylaş: |