407
zamanı 75% təşkil edən iki növ əhliləşmiş at sümüyünün tapılması
böyük maraq doğurur. Bu tapıntı nəinki Qafqaz, həmçinin də
bütün Avrasiyada atın əhliləşdirilməsi haqqında ən qədim tarix
verilməsi baxımından böyük yenilikdir. Beləliklə, Qafqazın
cənub-şərq ərazilərinin ən qədim at əhliləşdirilmə ocaqlarından
biri kimi çıxış etdiyinin bir daha şahidi oluruq. Bu fauna qalıqları
Qobustanın qədim at əhliləşdirilmə ocaqlarından biri olması
haqqında söylədiyimiz fikrin düzgünlüyünü təsdiq edir
(Nərimanov, 1987).
Hazırda Cənubi Qafqazda Azərbaycanın cənub-şərq
əraziləri vəhşi atların yaşadığı və ovlandığı Qobustan və ondan bir
qədər cənubda yerləşən Cəlilabad əraziləri hələlik dünyada ən
qədim at əhliləşdirmə ocağıdır.
Azərbaycanda Mezolit və Neolit dövrünün ideologiyası,
Mezolit mədəniyyətinin öyrənilməsində Qobustanın ibtidai
incəsənət abidələri – qədim qayaüstü təsvirlər, arxeoloji
qazıntılarla aşkar edilmiş dəfn abidələri, bəzək əşyaları və s. bu
kimi çoxsaylı materiallar mənbə kimi istifadə olunur. Qədim
qobustanlıların bədii-estetik yetkinlik baxımından çox yüksək
mədəniyyətə, incə zövqə malik olduqlarını demək mümkündür.
Qədim Qobustan rəssamlarının qayalar üzərində həkk etdikləri
əsərləri - qayaüstü təsvirlərin böyük reallıqla çəkilməsində, mövzu
yetkinliyi, süjetliyi və kompozisiyalı verilməsi də özünü göstərir.
408
Mezolit dövrü insanı müasir Neolit mədəniyyətinin yaradıcılarının
Azərbaycanın qədim yerli qəbilə və birləşmiş qəbilə qruplarının
olduğu şübhəsizdir.
Qobustanın qayaüstü təsvirləri Qobustan sakinlərinin
yüksək estetik zövqünü əks etdirən əsl ibtidai incəsənət
abidələridir.
Qobustanın qayaüstü təsvirlər kolleksiyasını təşkil edən
rəsmli daşların sayı 6 mindən çoxdur. Bu, bir o qədər çox olmasa
da əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi
texniki üsullarla real çəkilməsi baxımından analoqu olmayan
qədim abidələr kompleksidir.
Qobustanın ilk qayaüstü təsvirlərinin yaranması tarixi e.ə.
XVIII-XV minilliklərə, yəni üst Paleiolitin sonundan ilk Mezolitə
keçid dövrünə təsadüf edir.
Qobustanda Böyükdaş, K içikdaş, Şonqar və Şıxqaya,
Cingirdağ – Yazılıtəpə qayalarda qədim düşərgə, yaşayış yerləri,
kurqan tipli qəbir abidələrində, qazıntılar zamanı mədəni
təbəqədən, mədəni təbəqənin örtüyü qayaların alt hissəsində,
çoxsaylı kiçikölçülü rəsmli daşlar aşkar edilmişdir. Onlar ilk
Mezolitdən orta əsrlərə qədər geniş tarixi mərhələyə aiddir.
Qobustanın qayaüstü təsvirləri arasında Daş dövrünün
qadın və kişi təsvirləri xüsusi diqqət cəlb edir. Onlar qayada ön və
yan görünüşdə barelyefin əksi kimi kölgə (siluet) şəklində
409
qazılmışdır. Qadınlar iri döşlü, incə belli, iti sağrılı, yoğun baldırlı
yan görünüşdə (tək-tək ondan) çəkilmişlər. Ön görünüşdə verilmiş
qadın təsvirləri bəzi hallarda çiynində yay-oxla təsvir edilmişdir.
Onlardan bəzisinin bədəni xətlərlə bəzədilmişdir ki, bunu ya
geyim və ya da ki, tatuirovka kimi başa düşmək olar.
Kişi təsvirləri yay-oxla silahlanmış şuxqamətli, belləri
kəmərli, aralı qoyulmuş ayaq əzələləri qabarıq (güclü) verilmişdir.
Onların geyimi dövrün iqliminin isti olduğunu göstərir. Bəzi
qayaüstü təsvirlərin çəkilməsində qırmızı boyadan (oxradan)
istifadə olunmuşdur.
Qobustan tədqiqatları yay-oxun ixtirasının bir çox
arxeoloji ədəbiyyatlarda yazıldığı kimi Mezolit dövründ ə yox,
Paleolitin sonlarında baş verdiyini əyani surətdə sübuta
yetirmişdir.
Qədim Qobustan rəssamı Qobustan sakinlərinin həyatında,
o cümlədən ovçuluqda yaranmış yay-oxun ovçu kimi və bəzi
qadın təsvirlərini də yay-oxlu təsvir etməklə dövrün bu böyük
ixtirasını çəkdiyi qayaüstü təsvirlərdə qabarıq nəzərə çapdırmağa
çalışmışdır.
Öndən verilmiş döymə, oturmuş və ya yarıoturmuş
vəziyyətdə yan görünüşlü döymə (siluet) qadın təsvirləri
Qobustanda ən qədim qayaüstü təsvirlərdir. Qobustanın bəzi
410
qadın təsvirləri Qərbi və Şərqi Avropanın Paleolit dövrü
heykəlçilik və qadın təsvirlərinin oxşarıdır.
Qobustan qayalarındakı kişi təsvirləri, icmanın hörmətli
üzvlərinin, cəsur ovçuların və ya başçılarının şəkilləridir. Qadın
rəsmləri matriarxat quruluşunda hakim rol oynayan “ana”, “nənə”
və “qız”ı əks etdirir.
Real və son dərəcə mütənasib çəkilmiş öküz, ceyran və
gur təsvirləri, kollektiv rəqs, kollektiv əmək, balıq ovu səhnəsi və
qayıq təsvirlərinin bir qismi Mezolit və Neolit dövrlərinə aid edilir.
Qobustanın Mezolit-Neolit dövrü sakinlərinin mənəvi
aləmi, dini görüşləri haqqında dəfn abidələri, bəzi incəsənət
nümunələri, qayalardakı heyvan təsvirləri – totemlər və s.
müəyyən təsəvvür yaradır. Qobustan düşərgələrində iki qəbir
abidəsi aşkar edilmişdir. Bunlardan biri “Firuz”, o biri isə
“Kənizə” düşərgələridir. “Firuz” düşərgəsindəki Mezolitin sonuna
aid qəbirdə on iki adam və bir uşaq dəfn olunmuşdur. Skeletlər
pis saxlanmışdır, ölülər qəbirdə eyni vaxtda, bükülü vəziyyətdə,
sağ və sol böyrü üstə qoyulmuşdur. Bu qəbir düşərgənin mədəni
təbəqəsində olaraq geniş ərazilərdə müşahidə olunan ölülərin
düşərgədə dəfn olunma adəti ailələrin icma üzvləri, diri qohumları
arasında, doğma ocaqda olması və s. bu kimi təsəvvürlərlə bağlı
olmuşdur. Bütün ölülər müxtəlif bəzək əşyaları, əmək alətləri və
silah nümunələri ilə müşayiət olunmuşdur.
Dostları ilə paylaş: |