411
Bütün ölülər daş muncuqlardan ibarət boyunbağıya malik
idi. Muncuqlar arasında sümükdən asma, iri və xırda heyvan
dişindən, qabanın qılınc dişləri, molyusk, mərcanquludan asmalar
və s. təsadüf olunmuşdur. Bəzək əşyaları arasında xırda
çaydaşından fiqurlu asmalar da vardır. Bəzək əşyalarından başqa
qəbirdən maral buynuzundan düzəldilmiş iri yerqazan alət və ya
nizə, tor toxumaq üçün sümük alətlər, ucu dişəkli daş pərsənglər
(yaxud sapand), dayaz sularda balıq vurmaq üçün zərif, iynəvari
sümük alətlər, beldən asmaq üçün bir ucunda deşik açılmış sümük
xəncər tapılmışdır.
Neolit dövrünün əvvəlinə aid “Kənizə” düşərgəsində
açılmış qəbirdə iki kişi və bir qadın dəfn olunmuşdur. Bunlar da
sıx bükülü, kişilər sağ, qadın sol böyrü üstə qoyulmuşdu.
Antropoloq R.M.Qasımovanın təyinatına görə nisbətən yaxşı
saxlanmış qadın kəlləsinin Qafqazda ən qədim insan tipi olan
Kaspi tipinə aid olduğu müəyyənləşdirilmişdir.
Qəbirdən – ölülərin yanından ortası sağ, iki ucu boruşəkilli
əsa başı (toppuz), çaxmaqlaşmış çaydaşından ağzı cilalanmış balta,
sümükdən və daşdan asma, sümükdən bizlər, qum daşından
seqment formalı iri alət və s. əşyalar tapılmışdır.
Əldə olunmuş dəlillər Azərbaycanın Mezolit və Neolit
dövrü əhalisinin müəyyən dini etiqadlarla əlaqədar əcdadlarda
sitayişin formalaşdığını göstərir. Qəbirlərdən tapılmış maddi
412
mədəniyyət nümunələri insanların axirət dünyasına inamı
haqqında məlumat verir.
Qobustanın Mezolit-Neolit dövrü qayaüstü təsvirləri
arasında çoxluq təşkil edən iriölçülü öküz təsvirləri insanların
sitayiş obyekti – totemdir. Bəzən təbii ölçüdən də iri çəkilmiş
öküz təsvirləri (adi öküz deyil) qədim insanın həyatında
ilahiləşdirilmiş qüvvəyə malik heyvan surətidir. Elə bu səbəbdən
də ovlanmış heyvan sümükləri arasında onun sümüklərinə tez-tez
rast gəlinir.
Qobustanın qayaüstü təsvirləri Mezolit-Neolit dövrü
insanlarının dünyügörüşü haqqında əsas məlumat verən
mənbələrdən biridir. Ümumiyyətlə, qayaüstü təsvirləri bəşər
mədəniyyətinin
abidələri,
keçmişin təsərrüfat həyatı və
ideologiyasının öyrənilməsi üçün əvəzolunmaz mənbə kimi böyük
əhəmiyyət kəsb edir. Sözsüz ki, dünyü xalqları və millətlərin
müxtəlif tarixi dövrlər üçün həyat şəraiti, yaşamaq tərzi və s.
müxtəlif olduğu kimi, onların dini görüşləri, dünyəvi aləm
haqqında təsəvvürləri, bu və ya digər təbii və sosial hadisəyə
baxışları da müxtəlif olmuşdur.
Qayaüstü təsvirlərin yaranma səbəbi tədqiqatçılar arasında
mübahisəli məsələ kimi qalmaqla da davam edir.
Qədim qayaüstü təsvirlər dünyanın müxtəlif ərazilərində
tarixin müxtəlif mərhələlərində yaranmış və qədim tarixin
413
şahidləri kimi bu günə kimi saxlanmışdır. Onların yaranma
səbəbində nə məqsədlə yaranmasının izahında fikir ayrılıqları
mövcuddur. Bu fikir müxtəlifliyi qayaüstü təsvirlərin 2000-2500
m yüksəklikdə, ibtidai insan üçün əlçatmaz yerlərdə, insan
düşərgələrindən çox-çox uzaqlarda, mağaraların dərin və qaranlıq
zallarında, çox hündür qayalarda, onların dar, keçilməz aralarında
çəkilməsinin
izahında
özünü
göstərir.
Qərbi
Avropa
tədqiqatçılarının çoxu göstərilən qayaüstü təsvirlərin çəkilmə
səbəbini daha çox ovsunçuluqla izah etməyə çalışırlar.
Bəzi tədqiqatçılar, məsələn, S.V.İvanov uzaq keçmişdə
incəsənətin yaranmasını nə dinlə, nə də dini təsəvvürlərlə deyil,
ictimai əmək təcrübəsi və onun əsasında yaranmış dünyagörüşüylə
bağlı olduğunu göstərmişdir.
Qobustanın qayaüstü təsvirləri qədim insan düşərgələri –
qayaaltı sığınacaqların divarlarında, düşərgə ətrafında aydın
görünən, heç bir çətinlik çəkmədən yaxınlaşmaq mümkün olan
daşlar – qayalar üzərində, hətta ocaq qırağındakı kiçik daşlarda
çəkilmişdir.
Bu təsvirlər heç bir mistik və dini oyanmalar nəticəsi deyil,
insanın təbiətcə təsviri sənətə meylli olmasının, real həyatla bağlı,
həyatda gördüklərinin təcəssüm etdirilməsindən ibarətdir. Deməli,
ovsunçuluq nə qədim təsvirlərin meydana gəlməsində, nə də
təsviri sənətin nəqqaşlığın yaranmasında həlledici əhəmiyyət kəsb
414
etməmişdir. Qədim incəsənət nümunələri, eləcə də qayaüstü
təsvirlər real həyatın tərənnümüdür.
Ovsunçuluq daha gec meydana çıxmışdır. Şübhəsiz ki, onun
yaranması da insanın həyatında baş verən müəyyən səbəblərlə, o
cümlədən çətinliklərlə bağlı olmuşdur. Ovsunçuluq, insanların
çətinliyi rahat yolla zəhmətsiz həll etmək inamı aşılayır,
ovsunçuluqdan istifadə edən insan düşdüyü çətinlikdən bu yolla
qurtaracağına inanır. Bu işdə ovsunçuluğun təbliğ etdiyi “şəksiz
inam” kəlamından da tez-tez istifadə olunur. Qobustanda ov
obyekti heyvanların çox olub, rahat ovlandığı bir şəraitdə
ovsunçuluqdan danışmaq artıq idi. Qayaüstü təsvirlərin çoxunun
mahiyyəti etibariylə, nə ovsunçuluq, nə də totem olduğunu iddia
etmək mümkün deyil.
Qobustanın qayaüstü təsvirlərinin ovun uğurlu olmasını
təmin edəcək ovsunçuluq məqsədilə çəkildiyini göstərən
İ.M.Cəfərzadə, Z.N.Yampolski, N.Rzayev kimi tədqiqatçıların
qayalardakı heyvan təsvirlərinin ov heyvanlarının ovdan qabaq
onların ovlanmasının əsas olması üçün ovsunçuluq mərasimi
münasibətilə çəkildiklərinin nəticələri bu fikirləri inkar edir.
Ovsunçuluq tərəfdarları olanlar dərindən götür-qoy etmədən,
ölçüb-biçmədən Qobustanın qayaüstü təsvirlərindəki real həyatın
şəkillərini də ovsunçuluqla bağlı göstərirlər. Məsələn, yallı rəqsi,
Dostları ilə paylaş: |