371
(2) lövhədən olan alətlər, orta və mikro ölçülü lövhələrdən (3)
gəzli və uclu qaşov (8), üzərində bərkidici qara bərkidilən maddə
(qır) qalığı saxlanmış (1) mikro lövhədən yığma alət dişi və
çaxmaqdaşından hər iki ucu hər iki tərəfdən xırda dişəklə
itiləşdirilmiş yarpaqşəkilli ox ucu (1), kəsər (1) və mikro iti uc (1)
daxildir. Daşaltı düşərgəsindən tapılmış nüvə (6) karandaşvari (1),
yastı (1), konusvari (1), bir üzlü (1), tam forma almamış (2)
nüsxələrdən ibarətdir. Çaydaşından qaşov (2), rəsm döymək üçün
alət (3), sürtgəc kimi ucu döyülmüş çaydaşı (1) tapılmışdır.
Əldə olunmuş materialın mədəni təbəqədən kənarda
olması, azlığı, tapıntıların ümumi səciyyəsini nəzərə almaqla
kompleksi Mezolitin sonu – Neolitin əvvəlinə aid etmək olar.
“Maral” düşərgəsi. Böyükdaş dağı yuxarı səki
sahəsinin şimal hissəsində, dağın üstünə qalxan yolda 40-50 m
qərbdə, 137 və 138 №-li qayadakı çox real çəkilmiş maral
təsvirinin
şərəfinə
“Maral”
düşərgəsi
adlandırılmışdır.
Düşərgədən ilk dəfə qısa müddətdə daş, sonralar isə orta əsrlər
dövründə maldarlar tərəfindən istifadə olunmuşdur. Burada 1990
və 1993-cü illərdə 60 kv.m sahədə arxeoloji qazıntı aparılmışdır.
Burada Daş dövrünə aid material əsas 137 №-li şəkilli daşın
şimal-qərb tərəfində və 138 №-li (maral şəkli) daşın cənub tərəfi
dibində, yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi
11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir.
372
Buradan çaxmaq və çaydaşından 1200-ə yaxın qəlpə, lövhə və
qırıq, 120-dən çox üzərində müxtəlif məqsədli xüsusi dişəkləmə
aparılmış alət nümunəsi aşkar edilmişdir. Çaxmaqdaşından
hazırlanmış alətlər kiçikölçülüdür. Onlar bıçaqvari lövhədən olan
qaşov (30), seqment (9), itiuclu (8), şatelperron tipli bıçaq (3),
iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir. Xüsusi
kolleksiya təşkil edən (32) çox kiçikölçülü çaxmaqdaşı qəlpəsi
forma və qopardılma texnikasına görə levallua qəlpəsinin tam
oxşarıdır. “Maral” düşərgəsindən (10) nüvə də tapılmışdır. Onlar
(3-4) konus və prizma (4) şəkillidir.
Çaydaşından rəsm döymə aləti (4), zərb aləti (3), çopper
(5), çapacaq (5), kərki tipli alət (2), ilk qəlpədən kobud qaşov (2)
tapılmışdır.
Düşərgənin
maraqlı
materiallarından
biri
yerli
əhəngdaşından düzəldilmiş və qırmızı rəngdə (oxra) boyanmış
qadın fiqurunun beldən aşağı hissəsidir. O, “Kənizə”
düşərgəsindən tapılmış son Paleolitdən Mezolitə keçid dövrünə
aid fiqurun oxşarıdır (Rüstəmov, 1986). Bu fiqurun oxşarı qadın
təsvirinə Qobustanda Böyükdaş dağı yuxarı səki üzrə 29 №- li
daşın şimal üzündəki qadın təsvirləri arasında, aşağı səki
sahəsində 2 №-li daşda (Cəfərzadə, 1973), Kiçikdaş dağında
“Ceyranlar” düşərgəsinin divarlarını təşkil etmiş (49 və 49a) və
48 №-li qayalarda təsadüf olunur (Rüstəmov, 1994).
373
Qazıntıdan 137 №-li şəkilli (1 keçi) daşın qərb tərəfini alt
səviyyəsində torpaq altından 6 ədəd də şəkil (4 öküz, 1 keçi və
dairədən ibarət) aşkar edilmişdir.
“Maral” düşərgəsinin əldə edilmiş daş məmulatının
ümumi səciyyəsi, mədəni təbəqənin tutduğu sahə, və qalınlığı
burada Neolit dövründə qısa müddətdə istifadə olunduğunu
göstərir.
“Qayaarası”düşərgəsi. Kiçikdaş dağının zirvəsinin daş
örtüyünün cənub-şərq baxarı, altında, Qayaarası şəkilli daşlar
kolleksiyasının 7, 8 və 9 №-li şəkilli daşları arasında 1,5-2,0 m
enində bir növ dəhlizvari örtülü sahədə aşkar edilmişdir. Burada
1981, 1984, 1985 və 1986-cı illərdə arxeoloji qazıntı aparılmış, 25
kv.m-dən çox sahə tədqiq edilib öyrənilmişdir.
Qazıntı zamanı Daş dövrünə aid mədəni təbəqə 2,0-2,2 m
dərinlikdən 3,0-3,7 m dərinlik səviyyəsinə qədər izlənmişdir.
Düşərgənin içində 1,5-1,7 m dərinliyə qədər yumşaq, tozlu torpaq
qatı örtmüş, onun altında mədəni təbəqəyə qədər isə içərisində
çoxlu əhəngdaşı qırıqları və qayadan ovulub tökülmüş qum
qarışıqlı qara gillicə torpaq layı yatmışdır. Bu layda qum və
gəmirici sümüklərinə və tək-tək çaydaşı və çaxmaqdaşı
qəlpələrinə rast gəlinmişdir. Üst qatda bir yerdə 1,3 m dərinlikdə
ocaq izi qeydə alınmışdır. O la bilsin ki, bu ocaq izi sonrakı
dövrlərdə yandırılmış ocağın qalığıdır. “Qayaarası”nda mədəni
374
təbəqə əsas tünd-qəhvəyi rəngli, bərk gillicə ilə başlayır və bəzi
sahələrdə içərisində qayadan ovulub tökülmüş əhəngdaşı qarışıqlı
qum, boz-qonur rəngli lay qalıqları ilə davam edir. Mədəni
təbəqədə müxtəlif dərinlikdə olmaqla, 4 yerdə küllü ocaq yeri
qeydə alınmışdır.
“Qayaarası” düşərgəsinin mədəni təbəqəsindən 7 minə
qədər daş alət və onların hazırlanması zamanı alınmış istehsal
tullantılarından ibarət arxeoloji material və çoxlu fauna,
çaxmaqdaşından qoparılmış kiçikölçülü qəlpə və ortaölçülü
bıçaqvari lövhələrdən hazırlanmış alətlər tapılmışdır. Tapılmış daş
materiallarının 10 faizə qədəri (600-dən çoxu) müəyyən formaya
salınmış məqsədli daş alətlər, dişəklənmiş və istifadə olunmuş
qəlpə və bıçaqvari lövhələrdən ibarətdir. Alətlərin 20%-ni arxaik
formalı alət tipi və həndəsi formalı mikrolitlər təşkil edir.
Həndəsi formalı alətlərdən üçbucaq (12) və trapesləri
göstərmək olar. Alətlər arasında Paleolit əlamətli şatelperron (29)
tipli, bir yanı seqment şəkilli, qövsvari tərəfi dikinə dişəklə
kütləşdirilmiş, düz ağzı iti saxlanmış köndələn bıçaq sayca çoxdur.
Həndəsi formalı alətlər əsas uzunsov və hündür, bəzən
oturacağında gəz açmaqla (buynuzlu adlandırılan arxaik trapeslər,
uzunsov
iri
seqment
və
üçbucaqlardan
ibarətdir)
alətlərhazırlanmışdır.
Dostları ilə paylaş: |