359
150-200 m məsafədə “Ana zağa”dan 50-55 m şimalda, 45 və 46
№-li şəkilli daşların arasında yaşayış üçün yararlı sığınacaqdır.
Onun girişi şərqdədir üstünü çox iri və yastı 8x8 m ölçülü 2,5 m
qalınlığında qaya parçası örtür. Onin şimal şərq ucu 46 №-li daşın
üstünə yatır. Sığınacağın şimal-qərb tərəfdə açıq yerini iri daşlar,
qabaqda cənub şərq tərəfini isə bir növ 45 №- li daş bağlayır.
İ.M.Cəfərzadə Böyükdaş dağı yuxarı səki sahəsində 3 №-
li daşın altında qeydə aldığı bu sığınacağı onun qarşısındakı
qayalarda əsas ovlanmış səhnələrinin olduğunu nəzərə alaraq
“Ovçular zağası” adlandırılmışdır.
“O vçular zağası”nda arxeoloji qazıntı işləri İ.M.Cəfərzadə
tərəfindən 1960 və 1961-ci illərdə 50 kv.m sahədə (Cəfərzadə,
1965) aparılmışdır. Mədəni təbəqənin qalınlığı 140 sm-dir.
Qazıntıdan 1500-dən çox daş məmulatı, ocaq yerləri, daşdan və
balıqqulağından asmalar, oxra qalıqları xalsedon parçası, dağ
billuru və az miqdarda fauna qalığı tapılmışdır. Qazıntıdan əldə
edilmiş materialların 160 ədədi çaxmaq və çaydaşlarındann
hazırlanmış alət, 20-yə qədəri nüvələrdən ibarətdir. Onlar
konusvari, prizma formalı, karandaşvari, bir üzdən istifadə
olunmuş nüvələrdən ibarətdir. Əmək alətləri bu nüvələrdən
qopardılmış və mikro lövhələrdən hazırlanmışdır.
Çaxmaqdaşından hazırlanmış qaşovlar (50- yə qədər),
iskənə tipli alətlər (24 ədəd), trapeslər (19 ədəd), çəpuclu lövhələr
360
(9 ədəd), dairəvi (1 ədəd) və uclu qaşovlar ( 3 ədəd), şatelperron
tipli bıçaq (4 ədəd), kəsər və kəsərciklər, biz, seqment və tək-tək
üçbucaq, bir yanı kütləşdirilmiş bıçaqvari lövhələr, bir ucunda
dimdikvari çıxıntısı olan alət tiplərinə də təsadüf olunmuşdur.
Həndəsi formalı disklərdən trapeslər çoxdur.
Düşərgə sakinləri qayalarda şəkil döymək və zərb aləti
kimi əsas çaydaşı və çaxmaqdaşından istifadə etmişlər. Qazıntıdan
tapılmış bazalt cinsli çaydaşından döymə alətləri çoxluq təşkil edir
(19 ədəd).
Daş məmulatı arasında dəvəgözü daşından oxun ucunu
hamarlamaq üçün istifadə edilmiş üstü novlu alət qırıqları, çaydaşı
və əhəngdaşından pərsəng və s. əmək alətləri qeydə alınmışdır.
Daşdan iki ədəd toxa tipli alət və üzərində qara rəngdə bərkidici
maddə qalığı saxlanmış yığma alət dişi də daxildir.
Qazıntı gedişində düşərgədə diametri 1 m, içindəki külün
qalınlığı 5-10 sm-ə çatan ocaq qalığı açılmış, onun içindən və
ətrafından yanmış heyvan sümükləri, çaxmaqdaşı, çaydaşı, lövhə,
qəlpələr və oxra qırıqları tapılmışdır.
Qazıntıdan iki ədəd kiçikölçülü rəsmli daş qeydə
alınmışdır. Birinci daşın bir üzündə öküz, o biri üzündə insan və
öküz təsviri, ikinci daşın üstündə ortadakı yalağın (daş qabın)
ətrafında yalaqdan su içməyə gəlmiş 6 öküz şəkli çəkilmişdir.
“Ovçular zağa”sının qazıntı materialları bir növ “Ana zağa”nın
361
materiallarının oxşarıdır. Qazıntıda gil qaba təsadüf olunmamışdır.
Yalnız təbəqənin üst qatındakı və son Tunc dövrünə aid az
miqdarda qab qırıqları tapılmışdır ki, bu da sığınacaqlardan
sonrakı dövrlərdə qısa müddətdə istifadə olunduğunu göstərir.
İ.M.Cəfərzadə “O vçular zağası”nda təbəqənin üstündə
tapılmış gil qab qırıqlarının Neolit dövrünə aid olduğunu güman
edərək, burada yaşayışı Neolit dövrünün başlanğıcına aid etmişdir
(Cəfərzadə, 1965, 1973).
Qazıntı materiallarının təhlili “Ovçular zağası”nın üst
Paleolitin sonundan Mezolit dövrünə keçid mərhələsindən
etibarən sakinlər tərəfindən mənimsənildiyini göstərir. Bunu daş
məmulatı arasında şatelperron və s. yuxarı Paleolit səciyyəli
bıçaqların saxlanması, sığınacağı əhatə edən qayalarda kölgə kimi
döyülmüş qadın, öküz başları və yarımçıq öküz təsvirləri də təsdiq
edir.
“O vçular zağası” qarşısındakı qayalarda öküz ovu,
atların ovlanması, gurların tələyə - tora salınmasıyla ovlanması,
qabanın itlə ovlanması kimi olduqca real təsvir olunmuş ov
səhnələri çəkmiş rəssam sığınacaq sakinlərinin mahir ovçu
olduqlarını təsvir etməyə çalışmış və buna tam nail olmuşdur. 45
№-li daşın şimal üzündəki gurların torla ovlanması səhnəsi,
qədim qobustanlıların tordan həmçinin heyvan ovunda və
həmçinin də balıqçılıqda istifadə etdiklərini əyani surətdə göstərir,
362
tordan balıqçılıqda istifadə edildiyini sığınacağın daş materialı
arasında olması da təsdiq edir. Tələ -tor vasitəsilə heyvan ovu
səhnəsi Qərbi Avropanın üst Paleolit qayaüstü təsvirlərində
(Kastilyo, Altamira, Pasyera və b.) təsadüf olunur (Formozov,
1969).
“O vçular zağası” qarşısındakı qayalardakı təsvirləri
mədəni təbəqə örtdüyündən bunlar yaxşı saxlanılmışdır. Bunların
heç biri digərini kəsmir. Yəqin ki, təsvirlərin hamısı eyni vaxtda
çəkilmiş və eyni dövrə aiddir.
46 №-li daşda qədim qadın təsvirlərinin altında
kiçikölçülü kişi təsvirlərindən ibarət alt-alta iki cərgə yan-yana
yallıya bənzər üsulla düzülmüş səhnədə çox güman ki, qədim
rəssam Qobustanda mövcud olmuş ovlanmış üsullarından birini -
qovma üsulunu təsvir etmişdir.
45 №-li qayanın cənub-qərb küncündəki öküz
təsvirlərindən birinin boynunda ip vardır. Bu sığınacaq
sakinlərinin artıq iribuynuzlu heyvanı əhliləşdirdiyini göstərir.
Güman etmək olar ki, Qobustanda heyvanların əhliləşdirilməsi
öküzün əhliləşdirilməsindən başlanmışdır (Cəfərzadə, 1973, daş
№ 45, bax şəkil 3). C.N.Rüstəmov Qobustanda heyvan və dənli
bitkilərin mədəniləşdirilməsinin Mezolitin sonunda baş verdiyini
göstərmişdir (Rüstəmov, 1998).
Dostları ilə paylaş: |