367
Düşərgənin içi qərbdən şərqə enli olduğundan və orta hissəsi yağış
suları ilə yuyulduğundan mədəni təbəqə 41 №-li daşın şimal və
42 №-li daşın şərq tərəfi dibində 0,5 m eninə sahədə 0,5-10 sm
qalınlığında saxlanmışdır. Burada arxeoloji qazıntıdan 1000-ə
qədər material əldə edilmişdir. Çaxmaqdaşından alətlər arasında
qəlpələrdən hazırlanmış arxaik görüntülü, hündür dişəklə işlənmiş
uclu və gəzli qaşovlar (26 ədəd) iskənə tipli (12 ədəd) alətlər
bıçaqvari lövhədən hazırlanmış alətlərə nisbətən çoxluq təşkil edir.
Öküzlər düşərgəsində çaxmaqdaşından digər materiallar 8 ədəd
nüvə, 26 ədəd qaşov, 12 ədəd iskənə, 4 ədəd seqment, 3 ədəd
trapes, biz, burğu, kəsər, dişəkli, bıçaqvari lövhələr tapılmışdır.
Çaydaşından alətlərdən biri ovalvari, hər iki üzü itilənmiş sürtgəc,
zərb aləti, qayalarda rəsm döymək üçün alət və s. ibarətdir.
Nüvələr konusvari, prizmaşəkilli və karandaşvaridir. Onlar kiçik
ölçülüdür. H=2,0-2,5, diametri 0,2-2,0 sm arasındadır.
Düşərgədən 1 ədəd oxun çubuğunu hazırlayan dəvəgözü daşından
alət, 1 ədəd daş iynə, 2 ədəd balıqqulağından asma, 68 ədəd
balıqqulağından sürtülmüş asma üçün hazırlıq, bir parça b ərkidici
qara maddə - qır və oxra qırığı tapılmışdır. Düşərgədə qazıntı
nəticəsində 41a №-li daşın şimal üzündə qədim şəkillərin
yerləşdiyi
səviyyədən
bir
qədər
aşağı
getməsi
də
aydınlaşdırılmışdır. Daşın şərq ucuna yaxın başı və bədəni 42 №-
li qayanın cənub üzündəki döymə üsulu ilə çəkilmiş iki insan
368
xətlərlə bəzədilmişdir. Ayaq hissəsi daralır. O nun yanında qədim
insan təsvirləri var. Qazıntının gedişində açılmış daşın alt
səviyyəsində
də
qədim
qadın
təsvirlərinin
olduğu
müəyyənləşdirilmişdir (Rüstəmov, Muradova, Qobustan arxeoloji
ekspedisiyasının 1974-cü il hesabatı. Çöl-tədqiqatlar bürosunun
arxivi, iş № 118; I tab.,foto 2).
Düşərgənin qazıntısından əldə edilmiş sümük qırıqları
çox az və təyinat üçün yararsızdır.
Düşərgənin daş məmulatı əsasən Daş dövrü üçün
səciyyəvidir. Lakin onlardan bir qisminin iskənə tipli üst Paleolit
üçün səciyyəvi alətlərin çoxluğu, həndəsi formalı alətlərin azlığı
(3 trapes, 4 seqment), qayalardakı təsvirlər arasında qədim insan
kişi və qadın, öküz təsvirlərinin olması, buradan əsasən üst
Paleolitin sonundan Mezolitə keçən tarixi dövrdə istifadə
olunduğunu göstərir.
Qazıntılar düşərgədən çox qısa müddətdə ilk və son Tunc
dövründə də istifadə olunduğunu söyləməyə əsas verir. Bunu hər
iki dövrə aid tapılmış qab qırıqları təsdiq edir.
“Öküzlər-2” düşərgəsi. Böyükdaş dağı yuxarı səki
sahəsində “Öküzlər” düşərgəsilə “O vçular zağası” arasında,
üzərində qədim qadın, sxematik insan, öküz, keçi və s. şəkillər
saxlanmış 43 və 44 №-li qayaların arasında yerləşmişdir. Burada
1981-ci ildə 30 kv.m sahədə arxeoloji qazıntı aparılmış, 70-80 sm
369
dərində cəmi 4 kv.m-dən bir qədər çox sahədə Daş dövrü təbəqəsi
aşkar edilmişdir. Rəngi qızartdaq-boz, tərkibində əhəngdaşı
qırıqları olan mədəni təbəqə mərkəzdə 10 sm, ətrafda nazilən linza
şəklində saxlanmışdır (Rüstəmov, 1983, 1984, Rüstəmov,
Muradova, 1986). Düşərgənin qazıntısından 350 ədəd arxeoloji
material əldə edilmişdir. Tapıntılar çaydaşı və çaxmaqdaşından
hazırlanmış əmək alətləridir. Onlar trapes (1), seqment (3), bıçaq
(1), kəsici (1), biz (1), burğu (1), kəsərcik (1), iskənə (2), qaşov
(13), döymə (3) və zərb aləti, çopper (2), dişəkləyici (2) və s.
ibarətdir. Daş məmulatı arasında badamvari şəkildə iriölçülü,
ətrafı itilənmiş, ərsin tipli və yarımdairəvi işlək ağzı hündür
dişəklə işlənmiş uclu qaşov diqqəti cəlb edir. “Öküzlər-2”-də
mədəni təbəqənin kiçik bir sahədə, linza şəklində olması, ocaq
qalığının olmaması göstərir ki, bura yaşamaq üçün yox,
yaxınlıqdakı düşərgələrin (“Ana zağa”, Ovçular, “Öküzlər” və s.)
sakinləri boş vaxtlarında oturub dincəlmək və qayalarda şəkil
çəkmək üçün istifadə etmişlər.
Düşərgənin cənub tərəfindəki qayada qadın təsviri və
öküzün başının çəkilməsi, 44 №-li qayadakı öküz və kiçikölçülü,
qədim tipli kişi təsvirləri tapılmış daş məmulatı nümunələri
qonşuluqdakı son Paleolit-Mezolit düşərgələri materialları ilə
yaxındır. 43 №-li qayadakı iri sağrılı qadın şəkli və öküz yalnız
370
başının çəkilməsi düşərgəni qədim dövrə - üst Paleolitdən
Mezolitə keçid dövrünə aid etməyə əsas verir.
Daşaltı düşərgəsi. Böyükdaş dağının aşağı səki
sahəsinin şərq ətəyində, şəkilli daşlar kolleksiyasının 277 və 277a
№-li daşları arasında üstü çox iri və yastı qaya layı ilə örtülmüş,
ağzı şərqə baxan, yaşamaq üçün əlverişli olan mağara tipli
abidədir. Düşərgədə 1966-cı ildə arxeoloji qazıntı aparılmışdır.
Düşərgədən iki tarixi mərhələdə - Daş dövrü və orta əsrlərdə
istifadə olunmuşdur. Düşərgənin içərisində divarlarda kiçikölçülü
kişi təsvirlərinin olmasına baxmayaraq qum təbəqəsinə qədər əsas
orta əsrlərə aid gil qab qırıqları, sürtgəc və kirkirə qırıqları
tapılmış, düşərgənin çölündən isə xeyli Daş dövrü materialı
yığılmışdır. Bu vəziyyət düşərgədə orta əsrlərdə maldarlar
tərəfindən istifadə olunarkən onun içərisindəki çox nazik Daş
dövrü təbəqəsi çölə atılmışdır.
Qazıntı zamanı düşərgədən 300-dən çox, qəlpə və
bıçaqvari lövhədən və az miqdarda əmək alətindən ibarət Daş
dövrünə aid material yığılmışdır. Onlardan 29 ədədi çaydaşı, 200-
dən çoxu çaxmaqdaşı qəlpəsi, 58 ədədi çaxmaqdaşından orta
ölçülü, bıçaqvari lövhədir. Materialların az hissəsi (10 %-ə
qədəri) alət kimi istifadə olunmuşdur. Buraya mikro ölçülü hündür
və simmetrik trapes (1), kənarları qalın dişəklə işlənib
çəpləşdirilmiş (4) və itiləyici dişəklə işlənib orta ölçülü bıçaqvari
Dostları ilə paylaş: |