347
aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar
edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr üst son
(son Neolitdən ilk orta əsrlərə qədərki dövrlərə aid az və ya çox
miqdarda material verən) qarışıq təbəqədən, 10 sm lal həyat izi
olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış
alt təbəqənin qalınlığı 1,0 m,bəzən 1,2 m-ə qədər idi. Bu təbəqə
rəngi boza çalan, sementləşmiş kimi olduqca bərk, içərisində qaya
- əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən ibarət idi. Mezolitin
sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü
təbəqəsi arasında lal təbəqə yoxdur. O nlar bir-birindən torpağın
rəngi, materialları arasında fərq-onların tiplərə görə bir-birinə çox
yaxın və eyni olması, ümumi səciyyəsiylə seçilir.
Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi
rəngə çalan 0,2-0,6 m qalınlığında torpaq qatından ibarətdir.
“Ana zağa” düşərgəsində Daş dövrünə aid mədəni
təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun
şimal divarını təşkil edən 30 №-li qayanın cənub dibində, 1965 və
1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə
etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş
yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı
sahələrinin hər yerində qazıntını alt (Mezolit) mədəni təbəqə
səviyyəsinə çatdırmağa imkan verməmişdir.
348
“Ana zağa” daş məmulatının alt təbəqənin dövrü üst
Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta
təbəqənin dövrü isə əsasən Mezolit və Mezolitdən Neolit keçid
mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın
olmaması onların yaranma dövrü arasında bir elə fasilənin
olmamasıyla bağlıdır. Təbəqələrin litoloji tərkibi və rəngi
arasındakı fərq çox güman ki, təbii iqlim dəyişikliyi ilə bağlıdır.
Bunu hər vaxt təbəqənin əsas arxeoloji materialları – daş alətlər və
fauna qalıqları arasındakı yaxınlıq, eynilik və bir-birini
tamamlaması halı da təsdiq edir.
“Ana zağa”nın alt və orta təbəqənin materiallarının
oxşarlığı, dövr fərqin qəti göstəricisi olan nümunələrin azlığı
üzündən düşərgənin Neolitlə bağlı məmulatların çox hissəsi
Mezolit dövrü məmulatları içərisində verilir.
Bütün Qobustan düşərgələrində və eləcə də “Ana
zağa”nın daş məmulatı əsasən çaxmaqdaşı və çaydaşındandır.
Qobustanın Daş dövrü düşərgələrinin sakinləri əmək
aləti, silah hazırlamaq üçün çaxmaqdaşını çox qədim geoloji
dövrlərə aid açlmış süxurları və palçıq vulkanlarının püskürmə
zamanı ətrafa atmış olduqları tullantılar arasından çay və dəniz
sahilindən tapıb istifadə etmişlər. Yəqin elə bu səbəbdən də
Qobustanda bir dənə də olsun diametri 5-7 sm-dən artıq
çaxmaqdaşı parçası və ya iri çaxmaqdaşı parçasından nüvə-qəlpə
349
və bıçaqvari lövhəyə təsadüf olunmamışdır. “Ana zağa”dan
tapılmış nüvələrdən çoxunun bir üzündə saxlanmış təbii qabıq
qalığı
əsasında
onların
kiçikölçülü
çaxmaqdaşılarından
hazırlandığı məlum olur.
Qobustan sakinlərinin əmək alətləri, silah və s.
hazırlanması
üçün
xammalın
haradan
tapdıqlarını
müəyyənləşdirmək məqsədilə Böyük Qobustanın başlıca çayları
olan Pirsaatçay, Ceyrankeçməz və Sumqayıtçay yataqlarında
aparılan xüsusi axtarışlar nəticə verməmişdir. Görünür, qədim
qobustanlılar çaxmaqdaşı və çaydaşını Abşeron geoloji dövrünə
qədərki qədim çayların axıdıb gətirdiyi, yüz min illər ərzində
dənizin yuyub hamarladığı qədim çayların itməsi, dənizin
çəkilməsiylə geoloji qatlarda saxlanmış yataqlardan seçib
götürmüşlər.
“Ana zağa”da aparılmış arxeoloji qazıntılar burada üst
Paleolitin sonlarından ilkin Mezolit dövrünün əvvəllərindən
başlayaraq, bütün sonrakı tarixi mərhələlərdə də uzun və ya qısa
müddətli yaşayışın olduğunu göstərmişdir.
“Ana zağa”da arxeoloji qazıntılarla əldə edilmiş
materialların iki mindən çoxu çaxmaqdaşı, çaydaşı və az hissəsi
sümükdən və başqa materiallardan hazırlanmış əmək alətləri və
eləcə də başqa məqsədli tapıntılardan ibarətdir. Müəyyən formaya
salınmış və ya üzərində məqsədli düzəlmiş – dişəkləmə
350
aparılmaqla istifadə edilmiş bu materiallar (əmək alətləri, silah
nümunələri, məişət əşyaları, bəzək vasitələri və s.) “Ana zağa”da
orta və yeni Daş dövründə insanların həyat tərzi, məşğuliyyəti,
dünyagörüşü və s. haqqında məlumat verir. Düşərgənin (orta və
alt) hər iki təbəqəsinin materiallarının tipoloji və nisbi çoxluğu
cəhətdən o qədər də fərqlənmədiyi xüsusi qeyd olunmalıdır.
Yalnız orta təbəqənin üst səviyyəsindən tapılmış qaşov tipli
alətlərin qəlpə və ya bıçaqvari lövhədən hazırlanma fərqi, dövrü
etibarilə daha qədim mədəniyyətə aid alət tiplərinin alt təbəqədən
orta təbəqəyə nisbətən çoxluğu və ya əksinə, digər xırda, az gözə
çarpan fərqlərə əsasən “Ana zağa”da alt mədəni təbəqənin üst
Paleolitin sonu - Mezolitin əvvəllərinə, orta təbəqənin isə
Mezolitin sonu – Neolit dövrünün ilk gil qaba qədərki mərhələsinə
aid etməyə əsas verir.
“Ana zağa”da çaxmaqdaşından hazırlanmış 600-dən çox
kiçikölçülü (hündürlüyü əsasən 1,5 – 3,0 sm; nadir hallarda 5 sm
arasında) nüvə tapılmışdır.
Onların bir qismi, eləcə də”Ana zağa”da Mezolit üçün
səciyyəvi iynəvi itiuclar, mikro lövhələrdən müxtəlif alət tiplərini
müəyyən hissəsinə düşərgənin üst təbəqəsi səviyyəsində də
təsadüf olunmuşdur. Alt və orta təbəqələr üçün səciyyəvi daş
alətlərin üst təbəqə səviyyəsində tapılmasının başlıca səbəbi
sonrakı dövrlərdə alt təbəqələrə toxunması, düşərgənin qərb
Dostları ilə paylaş: |