331
Mezolit dövründə insanlar öz sələfləriylə müqayisədə təbii
nemətlərdən daha çox istifadə edirdilər. Dövrün səciyyəvi daş
alətləri sırasına çaxmaqdaşından kiçikölçülü (mikrolitik) həndəsi
formalı üçbucaq, seqment və trapesşəkilli alətlər, müxtəlif
itiuclular, bir yanı kütləşdirilmiş lövhələr, əsasən kiçikölçülü və
müxtəlif tipli qaşovlar, kəsər və kəsərciklər, bizlər, sıyırcaqlar,
döymək, çapmaq üçün alətlər, iriölçülü qazanlar, yığılmış dəni və
bitki köklərini əzmək üçün süzgəc və s. daxildir.
Qobustanın daş məmulatı arasında çoxluq təşkil edən
müxtəlif növlü qaşovlar gön və dəri işləmədə, ağac və sümük
alətlərin və s. hazırlanmasında istifadə olunmuş universal
alətlərdir. Xırda kəsici alətlərdən sümük və ağac üzərində aparılan
zərif işlərdə istifadə olunurdu. Ə mək alətləri arasında oxun
çubuğunu hamarlayan dəvəgözü daşından, üstündə diametri 1 sm-
ə yaxın nov açılmış əşyalar Qobustanın Mezolit dövrü
təbəqələrindən tapılmışdır. Qobustanın yüksək estetik zövqə malik
sakinləri qayalarda təsvirlər çəkməklə yanaşı, əmək alətlərini
bəzəməyi də bacarmışlar. Hamarlayıcı daşlardan birinin novunun
yaxınlığında ceyran təsvirləri, bir neçəsində isə novun kənarları
zərif kəsmə xətlər, dalğalı və bir-birini kəsən xətlərlə
bəzədilmişdir. 1 ədəd yastı oval formalı çaydaşından ikiüzlü
süzgəc, itiucları döymə şaquli paralel xətlər, ətrafı isə döymə
nöqtələrlə bəzədilmişdir.
332
Qobustanın Mezolit düşərgələrindən tapılmış əmək
alətlərinin nümunələri şəkil 172-180-də göstərilmişdir. Mezolit
dövründə insanlar arasında peşəyönlü ixtisaslaşdırma böyük
əhəmiyyətə malik idi. Bu dövrdə daşişləmə, sümük və ağac
işləmə, əmək alətləri, silah nümunələri, bəzək əşyaları, qayıq
düzəltmək, tor toxumaq, qarmaqlar düzəltmək, hətta ovlanmış
heyvanların doğranmasıyla belə ayrı-ayrı peşəkar insanlar və ya
insan qrupları məşğul olurdular.
Söz yox ki, adı çəkilən təsərrüfat sahələrinin hamısı qida
əldə olunmasına yönəlmişdir.
Hər peşə sahəsinin özü də bir neçə mərhələdə, müəyyən
ixtisaslaşmış insanlar tərəfindən icra olunurdu. Ov ətinin doğranıb
bölünməsi bir neçə əməliyyat mərhələsindən keçirdi. Hər
mərhələsinin öz peşəkar insanları var idi. Ov elə ustalıqla
bölünməyi tələb edirdi ki, bu iş görülərkən heç bir itkiyə yol
verilməsin. Heç bir məhsul artıq sayılmır və atılmırdı. Ət yemək
üçün istifadə edilirdi. Dəridən geyim, ayaqqabı, baş geyimi,
yaşayış evinin üstünü örtmək, döşəməyə salmaq və s. məqsədlərlə,
göndən zənbil, torba, kəmər və ya kəmərcik və s. hazırlamaq üçün
istifadə olunurdu. Çox güman ki, Qobustanın qədim kişi
təsvirlərinin kəmərciliyi də göndən hazırlanmışdır.
Buynuz və sümükdən əmək aləti və silah hazırlanırdı.
Heyvanın
qurudulmuş
damarlarından
oxun,
yayın
333
hazırlanmasında, ip əvəzi müxtəlif əşyaların bağlanması (əmək
aləti və ya silahın dəstəyə bərkidilməsi) və s. istifadə olunurdu.
Əmək alətlərinin hazırlanması çox vaxt tələb edirdi.
Insanların bütün əmək tələbatını tam ödəmək üçün alətlər müxtəlif
növlü olmuşdur.
Yemək sadə ocaqlarda hazırlanırdı. Bəzən daşdan xüsusi
ocaqlara da təsadüf olunurdu.
Üst paleolitin sonları üçün səciyyəvi olan qayaüstü təsvirlər
Mezolit dövründə azlıq təşkil edir. Incəsənət sxematikləşmiş
səciyyə alır. Həndəsi naxış çoxalır. Əsas bəzək növü xətlər,
nöqtələr, kəsmə xətlər, sünbülvari sınıq xətlər və torşəkilli
bəzəkdən
ibarət
olmuşdur.
Xırda
heyvan
və
insan
heykəlciklərindən ibarət incəsənət nümunələri yaranır. Iqtisadi
baxımdan Mezolit üst Paleolitdə ovlanmış heyvan sümükləri
üsullarının dəyişməsi, yeni təsərrüfat sahələrinin yaranması və
inkişafı ilə fərqlənir.
Mezolitin dövrləşdirilməsi üçün hələlik ümumi bir qayda
işlənməmişdir.
Lakin 1973-cü ildə Avropa mezolitinə həsr olunmuş
Varşava simpoziumunda Mezolitin iki- qədim və son mərhələdən
ibarət olması qaydası ilə öyrənilməsi təklifi qəbul olunmuşdur.
Ilkin Mezolit dövrü düşərgələrinin daş məmulatında hələ paleolit
elementləri üstünlük təşkil edir, son Mezolit dövrü insan
334
kollektivlərinin
dövrüdür. Kaspi sahilində məskunlaşmış
Qobustanın balıqçı qəbilələri artıq dənizin dərinliklərində balıq
ovlanması üçün ağac gövdəsindən qayıq hazırlamışlar. Bunu
qayadakı qayıq təsvirləri təsdiq edir. Balıqçılıq artıq müstəqil
təsərrüfat sahəsinə çevrilmişdir. Qobustan qayalarında çəkilmiş
Mezolit dövrünə aid ovlanmış heyvan sümükləri səhnələrində
artıq əhliləşmiş itdən istifadə olunduğu göstərilmişdir.
Mezolit dövründə insanlar öz sələflərilə müqayisədə təbii
nemətlərdən çox istifadə edirdilər. Dövrün səciyyəsi daş alətləri
sırasına çaxmaqdaşından kiçikölçülü (mikrolitik) həndəsi formalı
üçbucaq, seqment və trapes alətlər, müxtəlif tipli qaşovlar, kəsər
və kəsərciklər, bizlər, sıyırğaclar, döymək, çapmaq üçün alətlər,
iriölçülü yerqazanlar, yığılmış dənli və bitki köklərini əzmək üçün
sürtgəc və s. daxildir.
Qayalarda təsvirlər həkk etmək işiylə yəqin ki, bu işdə
təcrübəli və qabiliyyətli, incə zövqü olan insanlar məşğul
olmuşlar.
Mezolit dövründə sümük əşyaların çeşidi artır və onlardan
geniş istifadə olunmağa başlanır. Sümükdən və buynuzdan balıq
tutmaq və vurmaq üçün qarmaqlar, nizə tipli yığma alətlər üçün
əsaslar, ox ucları, xəncər, bıçaq və s. başqa alət və ucluqlar
hazırlanırdı.
Dostları ilə paylaş: |