319
(Nioradze, 1975). O nlar Yataq yeri abidəsinin daş məmulatı ilə
oxşarlıq təşkil edir.
Göyçə gölünün qərb üzündə Zəngi çayı hövzəsində qeydə
alınıb öyrənilmiş üst paleolit abidələrindən Gatkranda prizmatik
nüvələr, nukleus, biçimli yonucu qaşovlar, iskənə formalı alətlər,
biz burun alətlər, uclu qaşovlar və kəsərlər başlıca yer tutur.
Buradakı Nurnus son Paleolit məskənlərində isə sivri uc alətlər,
yuxarı ucu xüsusi ayrılmış buruncuq şəkilli alətlər, nukeus
qırıqları üzərində hazırlanmış iskənə və uc qaşovları qabarıq
nəzərə çarpır (Paniçkina,1950).
Azərbaycanın son Paleolit abid ələri materiallarının qonşu
ölkələrin sinxron kopleksləri ilə müqayisədən aydın görünür ki,
texniki – tipoloji cəhətdən əsaslı fərqlənən düşərgələr vardır. Bu
ənənəvi texniki əsasdan gəlməklə tipologiyada da daş məmulatı
özünü göstərir. Belə ki, arxaik mustye texnikalı inkişaf xəttində də
ona müvafiq son Paleolit törəməsi alınır. Belə fərq bəzi
abidələrdə xammalın keyfiyyətsizliyindən, bir çox halda isə
məşğuliyyət, təsərrüfat profili ilə bağlı yarana bilərdi. Xammalın
boşluğu, kövrəkliyi də tipologiyada amorfluq yaratmışdır.
Mütərəqqi texniki əsaslı qəlpə və lövhələrdən arxaik tipoloji
tərkibli komplekslər də formalaşırdı.
Demək olar ki, üst Paleolit dövründə Cənubi Qafqaz və ona
həmsərhəd ərazilərin abidələri daxilində oxşar – tipoloji inkişaf
320
xətti olmuşdur. Görünür Yaxın Şərqlə Qafqazın təbii coğrafi
şəraitinin, flora, fauna aləminin yaxınlığı təsərrüfat həyatına və
texniki dəyişməyə bir axarlıq gətirmişdir. Bir mədəni dairə
yartamışdır.
Azərbaycanın üst Paleolit abid ələrindəki alət tipləri Yaxın
Şərqin sinxron abidələrində də müşahidə olunur (Ranov, 1978).
Paleolit abidələrinin çoxillik tədqiqi göstərir ki, mustyedən
yuxarı Paleolitə keçid ərəfəsi qısa müddətdə getmişdir. Ona görə
də dünyanın əksər yerində bu mərhələnin qalıqları tapılmır
(Qriqoryev, 1968). Keçid ərəfəsi yadigarlarının tək-tək coğrafi
qurşaqda, həm də az sayda tapılması tarixə qədərki dövrün ilk
tədqiqatçılarını bir-birinə zidd fərziyyələr yürütməyə sövq
etmişdir. Bu müddətdə ətraf mühitdə, insanın fiziki tipində,
biosferada köklü dəyişikliklər baş vermişdir. Belə təkamül
səviyyəsində yeni insan dövrə müvafiq ov silahları, əmək alətləri
hazırlamağı mənimsəmişdir. Mustyedə xarakterik alət qaşov,
itiuclu, çapacaq sayılırsa, bu dövrdə uc qaşovu, kəsər, biz, itiuclu,
yanı kütləşmiş lövhə, iskənə şəkilli alət, bıçaq formalı dişəkli
lövhə və sümükdən müəyyən alətlər hazırlanmışdır.
Yeni tip insanlar növbənöv ucluqlar, nizə ucluqları, xüsusi
bıçaq-qaşovlar hazırlamağa başlamışlar. Mağara düşərgələrindən
əldə olunan alətlər deməyə imkan verir ki, bu müasir insan
dəstələri 3-4 heyvan cinsini ovlamağa uyğun alət düzəltmiş,
321
qovub bərəyə salmaq, güdmək sahəsində peşəkar ovçular
olmuşdur. Məsələn, ayı, maral, keçi, at ovlamağa müqabil alətlər,
onları işlətməyə qadir dəstələr mövcud imiş. Uzunsov itiuclular,
qalın massiv itiuclular, yarpaqşəkilli uzunsov itiuclular, əsası
kəsilib nazildilmiş ox ucluqları belə fikir yürütməyə əsas verir.
Yeni insanların yaşayış dairəsinin genişlənməsi, onun fiziki
quruluşu, şüur səviyyəsi, alət düzəltmə bacarığının yeni mərhələyə
qalxdığını göstərir. Müasir insan ovladığı heyvanların dərisindən
geyim, koma örtüyü və döşəməsinə isti material kimi istifadə edə
bilməsi, ona yüksək relyeflərə yayılmağa şərait yaratmışdır.
Yuxarı Paleolit dövründə neantrop tipli insanlar icma
halında kiçik kəndlərdə yaşamışlar. Aşkar edilən yaşayış yerləri
və düşərgə sahəsi onların ailə evlərindən ibarət qəbilə yaşayış
tikililərində həyat sürdüklərini göstərir. Hər ailənin komasında bir
ocaq, birləşərək arası açıq böyük evlərin içində bir neçə (ailə
sayına görə) ocaq yanırmış.
Bu dövrdə kollektiv qəbiristanlıq, geyim, silah və
bəzəklə dəfnetmə, ölünü oxrayla boyama adəti mövcud olmuşdur.
Yuxarı Paleolit dövrünə aid (Sungir) qəbirlərin açılması bunu
sübut edir. Son Paleolitdə ictimai şüur formasının yüksək növü
incəsənət – heykəlciklər, yonma, kəsmə, oyma, naxışaçma, kəmər
düzəltmə, asmalarda oyuq açma meydana gəlmişdir.
Stolyar, 1978
322
XII FƏSĠL
AZƏRBAYCANIN MEZOLĠT DÜġƏRGƏLƏRĠ
Azərbaycanda Mezolit dövrü abidələri ilk dəfə XX əsrin
50-ci illərində M.M.Hüseynov tərəfindən Qazax rayonunun
Daşsalahlı kəndi ərazisində Avey dağındakı Damcılı mağarasında
aşkar edilib öyrənilmişdir (Hüseynov, 1975).
Həmin
əsrin 60-cı illərindən başlayaraq Qobustanda
C.N.Rüstəmov, P.M.Muradova tərəfindən Böyükdaş və Kiçikdaş
dağları ərazisində “Ana zağa”, “Kənizə”, “Ovçular”, “Daşaltı
sığınacaq”, “Öküzlər”,
”Öküzlər-2”,
“Maral”,
“Daşaltı”,
“Ceyranlar”, “Qayaarası”, “Qayaarası-2”, “Firuz” düşərgələrində
aparılmış arxeoloji qazıntılar zamanı Mezolit dövrünə aid maddi
mədəniyyət qalıqları tapılmışdır. Göstərilən düşərgələr iri qayalar
Dostları ilə paylaş: |