307
fasetlərdən ibarətdir. Köçəsgərə bitişik yerləşən Şişquzey
abidəsindən fərqli olaraq burada alt üzdən dişəklənməyə tez-tez
müraciət olunub. Düşərgədə həmçinin qoparmaların kəsilərək
ucları iş elementi kimi dişəyə çəkilməsi bəlkə də bütöv Qərbi
Azərbaycan abidələri üçün yeganə haldır.
Kompleksin tipoloji təhlilinə gəldikdə alət tərkibində:
qaşovlar (düz yanlı – 7, qabarıq – 11, altdan işlənən - 5, küncvari)
itiuclular – 5, unifas – 2, uc qaşovlar – 12, iskənə şəkilli - 6,
bıçaqlar – 11, kəsərlər – 4, kəsilmiş qəlpə və lövhələr – 7, gəzlər –
5, dişli alətlər – 4, çopper – 2. Düşərgədə ən çox istifadə olunan
alət itiuclu, qaşov və bıçaqlardır.
Lövhəvari hazırlıq texnikası bu zonada Qədirdərə
abidəsində də mövcud olmuşdur. Amma sonuncuda lövhələr daha
qalın və daha çox uzunsov üçbucaqlıdır. Köçəsgərdə isə
qoparmalar 1,5 dəfə nazikdir. Texniki və alət tipləri baxımından
hər abidə özünəməxsus texniki ənənəyə və təsərrüfat yönümünə
malik olmuşdur. Köçəsgər və Qədirdərədə daş işləmənin bütün
mərhələləri əks olunur.
Levallua mustye xarakterli paleolit kompleksləri İranda
Kirman vilayətinin Bisitun (Skinner, 1965; Smith, 1971) və
Türkiyənin Şərqi Anadoludakı Tikəli mağaralarında (Şenyurek,
Bostançı, 1958) aşkar olunmuşdur. Bu qonşu ərazilərin daş
məmulatı dövrü abidələrində texniki, tipoloji göstəricilər Qərbi
308
Azərbaycanın Daşsalahlı, Köçəsgər və Qədirdərə düşərgələri ilə
yaxınlıq təşkil edir. Tikəlidə uzunsov, orta və kiçik ölçülü
itiuclular dəsti yuxarı ucu sivri birləşən qaşovlar, qaşov-bıçaqlar,
tutacaqlı qaşovlar, lövhəvari müxtəlif hazırlıqlar öz ölçüləri,
formaları və tərkib hissələrinə görə Qədirdərə ilə həmahəng
səsləşirlər.
Ağ göl qrupu mustye abidələri silsiləsindən Qarabığ
paleolit tapıntı yeri Kür çayının sol sahilində Böyük Kəsik dəmir
yolu stansiyası yaxınlığında, Ağ gölün şimal-şərqində yerləşir.
Geomorfoloqun fikrincə, Qarabığ paleolit abidəsi Bakı
terrasının üzərində salınmışdır. Görünür ibtidai insan dəstələri
təbii bükülümün güney səmtində məskən salmışlar. Qarabığ
yaşayış yerində relyefdən çıxış edərək iki yerdə qazıntı
aparılmışdır. Kəsikdə üç çöküntünün qatı qeydə alınmışdır.
1. Xırlı, tünd qara rəngli torpaq qatı – 20 sm.
2. Müxtəlif ölçülü çaxrac daşı qarışıq boz rəngli gillicə - 10
sm.
3. Xır daşı qarışıq Sarı qumluca – 30 sm.
Daş məmulatı nümunələri üst çürüntülü qat və orta
çöküntü layının yuxarı hissəsi ilə bağlı idi. İbtidai insan
fəaliyyətindən qalmış nümunələr patina, ərp və əhəng qabığı ilə
örtülmüşdür. Qarabığ mustye yaşayış sahəsində iki mövsüm
tədqiqat işi aparılmışdır. Nəticədə 164 daş məmulatı tapılmışdır.
309
Nüvələr (44 ədəd) forma və qəlpələnmə istiqamətlərinə görə
müxtəlif tiplərə bölünür. Disk formalı nüvələr (9 ədəd). Bir üzlü
işlənmişlər – qəlpə qoparılma dərəcələrinə görə əksəri orta
işlənmə vəziyyətində qalmışdır. Bir qismində işlək üz yastı,
digərlərində iki səthdə də qabarıqdır. Nukleusların son həddədək
istifadə olunanları da vardır.
İkiqütblü nüvələrin (5 ədəd) həm vurma səthləri, həm də
yanları boyu xırda arıtlamalar qalmışdır. Düzbucaq formalı
nüvələrin işlənməsi, qoparılması yandan aparılmışdır. Bir vurma
səthli (11) nüvələr müxtəlif formalarda qalmışdır. N üvələrin
demək olar ki, 2/3 hissəsi lövhə almaqda işlənmişdir. Üçbucaq
biçimli nüvələr maraqlı seriya təşkil edirlər. Onların üzərində
üçbucaq qoparma izləri qalmışdır. Daş məmulatının nümunələri
şəkil 154-157-də göstərilmişdir.
Ümumiyyətlə, üçbucaq tipli nüvə Qərbi Azərbaycanın
paleolit abidələrində nadir hallarda özünü göstərir.
Çoppinqlər (2) dairəvi formada olub miniatür ölçüdədir.
Küp hissəsi qalın olub təbii qabıqdadır. Ağız tərəfi qövsvari olub,
üçpilləli işlənərək iki üzdən də nazildilmişdir. Sıyrıcı-yonucu
alətlər (4) yelpikşəkillidir. Qəlpə üzərində hazırlanmışdır. İki
ədədi üst, ikisi isə alt üzdən yonma qopuqlarla işlənmişdir.
Görünür, iri, bərk material üzərində istifadə olunmuşdur.
310
Qaşovlar (16 ədəd) biri alt, digəri üst üzdən, ağızları
yalnız alt üzdən dişəkli, enli lövhəvari qəlpədə düzəldilib.
Küncvari uc qaşovu kimi işləkli, tutacaqlı, qabarıq yanlı, ərsin
formalı və çox ağızlı- müxtəlif funksiyalı nümunələrdə gəlib bizə
çatmışdır. Ola bilsin ki, kamil retuşlu alətlər axtarış və qısa
dayanacaq yerlərində qalmışdır. Dişli (5), gəzli (9) alətlər qalın
qəlpələr üzərində formaya salınmışdır. Bəzisi küt, başqa qismi iti
iş elementlidir.
İskənə və yonucu tipli alətlər xüsusi seriya təşkil edir.
Uc qaşovları (14) böyük qrupda birləşirlər. Onlar lövhə
və qəlpələr üzərində hazırlanmışdır. Kəsər və bıçaqlar daş
məmulatı içərisində xüsusi seriya təşkil edir.
Ceyrançöl abidələrində kamil işlənmiş iri ağızlı alətlərə
arabir rast gəlinir. Kiçik iş elementli alətlər bu kompleksdə
qabarıq təmsil olunmuşdur. Paleolit dövründə əksər abidələrdə
təsadüf edilən xarakterik, klassik alətlər bu qurşağın abidələrində
demək olar ki, cüzi miqdardadır. Ona görə də Ceyrançöl paleolit
yaşayış yerlərində qısa iş elementli alətlər aparıcı rol oynayır. Bu
abidələrdəki alət tərkibi göstərir ki, Ceyrançöl ibtidai insanların
texniki ənənəsi, təsərrüfat məşğuliyyəti, Azərbaycanın qalan
zonalarındakı yaşayış yerlərinin alət növləri və təsərrüfat
sahələrindən köklü surətdə fərqlənir. Qara düz emalatxana
düşərgəsində və Sarı burun qədim paleolit yaşayış yerlərindən
Dostları ilə paylaş: |