311
fərqli olaraq Qarabığ abidəsində orta ölçülü hazırlıqlar üstün yer
tutur. O, tam mənada düşərgə olmuş və burada qədim insanın
bütün iş mərhələləri izlənir. Qəlpələnmə sisteminin səviyyəsi,
alətlərdə dişəyin xüsusiyyəti Qarabığ abidəsini qədim mustye
dövrünə aid etməyə əsas verir. Kür hövzəsinin yuxarı axarında
qeydə alınmış paleolit tapıntı yerləri və Qaxet yaylası mustye
yaşayış məntəqələrinin materialları ilə müqayisə oluna bilər
(Buqianişvili, 2004). Geoloji baxımdan düşərgə Xəzər-Xvalın
(Ris-vyurm) və Xvalın (Vyurm) dövrünün ara istiləşmə
mərhələsində mövcud olmuşdur.
Mustye dövrü yaşayış yerlərinin digər qrupu Tərtərçayı
hövzəsində qeydə alınmışdır. Burada həmin çay hövzəsinin
axarında Bəzirxana suyu ilə Zar kəndi arasındakı sıldırım qaya
altında təsadüfi torpaq işləri vaxtı mədəni təbəqələrdən dəvəgözü
daşından hazırlanmış alətlər təsadüf edilmişdir.
3. Üst paleolit
Zar tapıntılarının tipoloji xüsusiyyətləri.Zar ərazisindən
tapılmış daş məmulatını aşağıdakı qruplara ayırmaq olar:
1.
Levallua itiuclusu (2 ədəd). Onların hər ikisi dəvəgözü
daşından hazırlanmışdır. İkisinin də zərbə səthi və zərbə düyünü
yaxşı saxlanmışdır.
312
2.
Dişəklənmiş levallua itiucluları (7 ədəd). Onlar dəvəgözü
daşlarından hazırlanmışdır. Onların ikisinin dəstək hissəsi iş və ya
ikinci dəfə işlənmə zamanı sınmışdır. Dişəklənmiş levallua
itiuclularının uc hissələri biz formasına salınmışdır (bax şəkil 166,
6).
3.
Birağızlı qabarıq qaşovlar (2ədəd). Hər ikisi dəvəgözü
daşından hazırlanmışdır. Hər iki alət nazik itiləyici dişəklə
işlənmişdir. Alətləri əldə yaxşı tutub istifadə etmək üçün bel hissə
əlverişli formaya salınmışdır. Birinci alətin ölçüləri 7x3 və 9x1,1
sm-dir. İkinci alətin ölçüləri isə 7,1x2 və 2x1,3 sm-dir.
4.
Sadə bir işlək ağızlı düz qaşov (2ədəd). Bunların hər ikisi
dəvəgözü daşından hazırlanmışdır. Qaşovların ikisi də olduqca
incə itiləyici dişəklə işlənmişdir. Maraqlıdır ki, təsvir olunan
alətlərin işlək ağızları olduqca səliqəli itilənmiş və onlardan iş
prosesində bıçaq kimi istifadə etmək mümkündür.
5.
Bıçaq tipli alətlər (5 ədəd). Bunların hamısı dəvəgözü
daşından hazırlanmışdır. Alətləri əldə rahat tutub istifadə etmək
üçün əlverişli formaya salmışlar.
6.
Belli qaşov (2 ədəd). Hər ikisinin işlək ağızları subparalel
dişəklə işlənmişdir. Eyni zamanda işlək ağız olduqca mükəmməl
işlənmiş və itilənmişdir. Əldə yaxşı tutub istifadə etmək üçün bel
hissə əlverişli formaya salınmışdır.
313
7.
Bizşəkilli alətlər (2 ədəd). Bunlar dəvəgözü daşından
hazırlanmışdır. Təsvir olunan alətlər zərif dişəklənmiş və nəticədə
biz formasına salınmışdır. Bizşəkilli alətlərin hər ikisinin zərbə
səthi və zərbə düyünləri yaxşı saxlanmışdır.
8.
İki işlək ağızlı qaşovlar (3ədəd). Alətlərin hər üçü
dəvəgözü daşından hazırlanmışdır. Maraqlıdır ki, alətlərin ikisinin
zərbə səthi və zərbə düyünü iş prosesində və ya ikinci dəfə
işlənmə zamanı sınmışdır. Təsvir olunan alətlərin üçü də nazik
itiləyici dişəklə işlənmişdir. Bu alətlər Tağlar mustye düşərgəsinin
alətlərini xatırladır və onlara oxşar əmək alətləri düşərgənin II və
III təbəqələrinin əmək alətləri içərisində müəyyən olunmuşdur
(Cəfərov, 1999, 2004).
9.
Limas tipli alət (1 ədəd). Alət dəvəgözü daşından
hazırlanmışdır. Alətin bir üzü tamamilə dişəklənmişdir. Alətin
işlək ağızları itiləyici dişəklə işlənmişdir. Tağlar mustye
düşərgəsinin daş məmulatı içərisindən nadir hallarda belli qaşov
tipli alətlərə təsadüf olunur.
10.
İki işlək ağızlı belli qaşov (1 ədəd). Alət dəvəgözü
daşından hazırlanmışdır. Alətin hər iki işlək ağzı subparalel
dişəklə işlənmişdir. Maraqlıdır ki, Qafqaz və Yaxın Şərqin üst
Paleolit düşərgələrinin daş məmulatı içərisindən nadir hallarda
belli qaşov tipli alətlərə təsadüf olunur.
314
11.
Kəsici alətlər (2 ədəd). Alətlərin hər ikisi dəvəgözü
daşından hazırlanmışdır. Təsvir olunan alətlər eyni texniki üsulla
hazırlanmışdır. Alətlərin ikisinin işlək ağızları incə dişəklə
işlənmişdir.
12.
Qaşovcuqlar (9 ədəd). Təsvir olunan alətlərin hamısı
dəvəgözü daşından hazırlanmışdır. Qaşovcuqların işlək ağızları
nazik itiləyici dişəklə işlənmişdir. Təsvir olunan qaşovcuqların
nümunələri şəkil 165, 5; 166, 8; 168, 5-də göstərilmişdir.
13.
Üzərində ikinci dəfə işləmə əlamətləri olmayan qəlpələr
(11 ədəd) dəvəgözü daşından hazırlanmışdır. Qəlpələrin zərbə
səthi və zərbə düyünü yaxşı saxlanmışdır. Bəzi qəlpələrin
üzərində batıq izləri nəzərə çarpır və bu da ola bilsin ki, iş
əsnasında alınmışdı.
14.
Üzərində ikinci dəfə işlənmə izləri olmayan lövhələr (76
ədəd). Onların hamısı dəvəgözü daşından hazırlanmışdır.
Ölçülərinə görə qeydə alınmış lövhələri üç qrupa ayırmaq olar:
uzunluğu 2,0-2,5 sm olan kiçikölçülülər (17 ədəd); uzunluğu 3,0-
4,5 sm olan orta ölçülülər (14 ədəd); uzunluğu 5,0-10 sm olan
iriölçülü lövhələr (35 ədəd). Zardan tapılmış daş alətlərinin
nümunələri şəkil 165-168-də göstərilmişdir.
Cədvəldən aydın olur ki, Zardan tapılmış üst Paleolitə aid
alətlər içərisində əsas yeri qaşovcuqlar, bıçaqlar, levallua
itiucluları və qaşov tipli alətlər tutur.
Dostları ilə paylaş: |