327
toplanmış təcrübə əkinçilik və maldarlıq kimi istehsaledici
təsərrüfat sahələrinin yaranmasında həlledici rola malik olmuşdur.
Əkinçilk
və maldarlıq kimi istehsaledici təsərrüfat
sahələrinin yaranması bütün ərazilərdə eyni vaxtda baş
verməmişdir. Bəzi yerlərdə ilk olaraq əkinçilik, sonra maldarlıq və
ya əksinə, bəzən isə bunların hər ikisi eyni vaxtda meydana
çıxmışdır.
Xəzərin cənubunda Azərbaycana yaxın çoxlu ərazidə
Zaqrosda, eləcə də Qobustanda arpa və buğdanın yabanı növləri
bitirdi. Ev heyvanlarının vəhşi növləri otlayır və ovlanırdı. Bu cür
şərait yeni istehsaledici təsərrüfat formasına keçmə işini xeyli
yüngülləşdirmiş və sürətləndirmişdir.
Mezolitin (eləcə də başqa tarixi dövrlərin) dünyada
müxtəlif coğrafi ərazilərdə müxtəlif minilliklərə təsadüf etməsi bu
və ya başqa ərazidə qədim insanın yaşaması üçün əlverişli şəraitin
müxtəlif zamanlarda yaranmasıyla bağlı olmuşdur. Nəzərə alaq ki,
insanın meydana gəlmə ocaqları ilk dəfə əsasən Yer kürəsinin isti,
təbiətcə zəngin həyat üçün əlverişli, ekvatora yaxın orta zolağında
aşkar edilmişdir. Bu ocaqlarda həyat yaranıb davam etdiyi dövrdə
qütblərə yaxın sahələr buzlaqlarla örtülü olmuşdur. Deməli, ilk
insan məskənlərində yaranmış həyat da, yeni mədəniyyət də
buzlaqların yeni-yeni çəkilməsilə yayılmışdır.
328
Qobustanda insanların ilk məskunlaşması üçün əlverişli
təbii coğrafi şərait xvalın dövründə e.ə. XVIII-XV minilliklərdə
üst Paleolitin sonundan yaranmışdır.
Qobustanda Mezolit dövrü sakinləri Kaspi sahillərində
yaşayıb balıq tutur, suiti vurur və əsasən ceyran ovlayırdılar.
Qobustanın Kiçikdaş dağında Qayaaltı daş məmulatlarına
daxil olan “Qayaarası” düşərgəsinin qazıntısından əldə edilmiş
fauana qalığının 98%-dən çoxunu, professor D.V.Hacıyevin
təyinatlarına görə, iri ölçülü ceyran sümüyü təşkil etmişdir. Buna
görə də Qobustan mezoliti “Ceyran mezoliti” adlandırılmışdır.
Görünür, “Qayaarası” düşərgəsində yaşayış olan zaman
Qobustanın təbiəti savanna səciyyəli olmuş, burada çoxlu sayda
ceyran sürüləri otlamış, gurlar isə tək-tək məskunlaşmağa
başlamışdı.
E.ə. VIII-VII minilliklərdə Zaqrosda əkinçi, maldar
təsərrüfatı artıq üstün yer tuturdu.
Qobustanda aparılmış arxeoloji qazıntılardan əkinçilik
və maldarlığın ilkin meydana çıxması ilə bağlı lazımi material
olmasa da, burada istehsaledici təsərrüfatın rüşeymlərinin
yaranması sahəsində ilkin addımların Mezolitin sonunda atıldığını
güman edirik.
Qobustan mezoliti paleolit ənənəlidir. Üst Paleolitin
sonunda Mezolit üçün səciyyəli sayılan yay-ox, yığma dişli
329
alətlərin külli nümunələrinin meydana çıxdığını və onların
tədricən Mezolit dövrünün əsas göstəricisinə necə çevrilməsini üst
Paleolitin sonuna aid düşərgələrin maddi mədəniyyət qalıqlarında
və eləcə də təsvirlərdə aydın izləmək olur.
Qobustan Mezoliti məlum Mezolit abidələrindən özünün
bu dövrə aid qayaüstü təsvirlərinin olması ilə fərqlənir.
Sığınacaqların Mezolit dövrü təbəqəsindən tapılmış kiçik ölçülü
rəsmli daşlar, təbəqənin örtdüyü qayalar üzərində açılmış dövrü
dəqiq qayaüstü təsvirlər Qobustanın qayaüstü təsvirləri arasında
Mezolit dövrünə aid təsvirlərin seçilib dövrünün dəqiqləşdirilməsi
işində son dərəcə qiymətli vəsaitdir.
Qayaüstü təsvirlərlə müşayiət olunan Qobustan mezoliti
xüsusi bir mədəniyyət adı altında təqdim etmək üçün bütün lazımi
tələblərə cavab verir.
Üst paleolitin sonlarına aid (madlenin sonu) “Qayaarası”,
“Qayaarası-2”, “Ana zağa”, “Kənizə”, “Ovçular zağası”
düşərgələrinin arxeoloji materiallarında bu dövrün içərisində
sonrakı dövr üçün səciyyəvi sayılan elementlərin necə meydana
gəldiyini əyani surətdə izləmək olur. Qobustanın ilk Mezolit
abidələrinin arxeoloji qazıntı materialları arasında üst Paleolit
əlamətli maddi mədəniyyət nümunələrinin tapılması – şatelperron
tipli köndələn bıçaq nümunələrinin, iskənə, kəsər, müxtəlif növlü
qaşov tipli əmək alətləri, yığma dişli alətin həndəsi formalı kiçik
330
ölçülü seqment, trapes, üçbucaq və s. ibarət dişləri, yay-oxun
geniş istifadə olunması, sonrakı dövrlərdə də fəaliyyət göstərməsi,
Qobustan mezolitinin doğrudan da üst Paleolit ənənəli olduğu
barədə söylədiyimiz fikri təsdiq edir. Bu fikri üst Paleolitin
sonunda yaranıb sonrakı Mezolit dövründə də davam edən qadın
heykəlləri, öküz başı təsvirləri, ceyran, öküz, gur kimi ovlanmış
heyvan sümükləri obyektlərinin, döymə üsulu ilə çəkilmiş qadın
və kişilərdən ibarət qayaüstü təsvirlərə də aid etmək mümkündür.
Qobustanda heyvanların qovma üsulu ilə ovlanması, dəniz
balıqçılığı və eləcə də başlanğıc səviyyəsində olan əkinçilik və
maldarlıq təsərrüfatının aparılması qonşuluqda yaşayan qəbilə
üzvlərinin birliyini tələb edirdi. Bu da Mezolitin sonundan
etibarən qəbilə birliklərinin yaranmasına, tədricən qəbilə
ittifaqının meydana çıxmasına gətirib çıxarırdı.
Mezolit dövrü eyni zamanda insan kollektivlərinin
miqrasiyası dövrüdür. Bu köçmə zamanı mədəni yeniliklər yeni-
yeni ərazilərə yayılır.
Kaspi sahilində məskunlaşmış Qobustan balıqçı qəbilələri
artıq dənizin dərinliklərində ov etmək üçün ağac gövdəsindən
qayıq düzəltmişlər. Bunu qayalardakı çox az sayda qayıq təsvirləri
təsdiq edir. Qobustan qayalarında artıq əhliləşdirilmiş itdən
istifadə olunması göstərilmişdir.
Dostları ilə paylaş: |