Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə92/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

371 

 

(2)  lövhədən  olan  alətlər,    orta  və  mikro  ölçülü  lövhələrdən  (3) 



gəzli  və  uclu qaşov (8),  üzərində bərkidici qara bərkidilən  maddə 

(qır)  qalığı  saxlanmış  (1)  mikro  lövhədən  yığma  alət  dişi  və 

çaxmaqdaşından  hər  iki  ucu    hər  iki  tərəfdən  xırda  dişəklə 

itiləşdirilmiş yarpaqşəkilli ox ucu (1), kəsər (1) və mikro iti uc (1) 

daxildir. Daşaltı düşərgəsindən tapılmış nüvə (6) karandaşvari (1), 

yastı  (1),  konusvari  (1),  bir  üzlü  (1),  tam  forma  almamış  (2) 

nüsxələrdən  ibarətdir. Çaydaşından qaşov (2),  rəsm döymək  üçün 

alət (3), sürtgəc kimi ucu döyülmüş çaydaşı (1) tapılmışdır.   

      Əldə  olunmuş  materialın  mədəni  təbəqədən  kənarda 

olması,  azlığı,  tapıntıların  ümumi  səciyyəsini  nəzərə  almaqla 

kompleksi Mezolitin sonu – Neolitin əvvəlinə aid etmək olar. 

       “Maral”  düşərgəsi.  Böyükdaş  dağı  yuxarı  səki 

sahəsinin  şimal  hissəsində,  dağın  üstünə  qalxan  yolda  40-50  m 

qərbdə,  137  və  138  №-li    qayadakı  çox  real  çəkilmiş  maral 

təsvirinin 

şərəfinə 

“Maral” 


düşərgəsi 

adlandırılmışdır.  

Düşərgədən  ilk  dəfə  qısa  müddətdə  daş,  sonralar  isə  orta  əsrlər 

dövründə  maldarlar tərəfindən  istifadə olunmuşdur.   Burada 1990 

və  1993-cü  illərdə  60  kv.m  sahədə  arxeoloji  qazıntı  aparılmışdır. 

Burada  Daş  dövrünə  aid  material  əsas  137  №-li  şəkilli  daşın 

şimal-qərb  tərəfində  və  138  №-li  (maral  şəkli)  daşın  cənub  tərəfi 

dibində, yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi 

11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir. 



372 

 

Buradan  çaxmaq  və  çaydaşından  1200-ə  yaxın  qəlpə,  lövhə  və 



qırıq,  120-dən  çox  üzərində  müxtəlif  məqsədli  xüsusi  dişəkləmə 

aparılmış  alət  nümunəsi  aşkar  edilmişdir.  Çaxmaqdaşından 

hazırlanmış alətlər kiçikölçülüdür.  Onlar bıçaqvari  lövhədən olan 

qaşov  (30),  seqment  (9),  itiuclu  (8),  şatelperron  tipli  bıçaq  (3), 

iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir. Xüsusi 

kolleksiya  təşkil  edən  (32)  çox  kiçikölçülü  çaxmaqdaşı  qəlpəsi 

forma  və  qopardılma  texnikasına  görə  levallua  qəlpəsinin  tam 

oxşarıdır.  “Maral”  düşərgəsindən  (10)  nüvə  də  tapılmışdır.  Onlar 

(3-4) konus və prizma (4) şəkillidir. 

    Çaydaşından  rəsm  döymə  aləti  (4),  zərb  aləti  (3),  çopper 

(5), çapacaq  (5), kərki tipli alət (2),  ilk qəlpədən kobud qaşov (2) 

tapılmışdır. 

    Düşərgənin 

maraqlı 


materiallarından 

biri 


yerli 

əhəngdaşından  düzəldilmiş  və  qırmızı  rəngdə  (oxra)  boyanmış 

qadın  fiqurunun  beldən  aşağı  hissəsidir.  O,  “Kənizə” 

düşərgəsindən  tapılmış  son  Paleolitdən  Mezolitə  keçid  dövrünə 

aid  fiqurun  oxşarıdır  (Rüstəmov,  1986).  Bu  fiqurun  oxşarı  qadın 

təsvirinə  Qobustanda  Böyükdaş  dağı  yuxarı  səki  üzrə  29  №- li  

daşın  şimal  üzündəki  qadın  təsvirləri  arasında,  aşağı  səki 

sahəsində  2  №-li    daşda  (Cəfərzadə,  1973),  Kiçikdaş  dağında 

“Ceyranlar”  düşərgəsinin  divarlarını  təşkil  etmiş    (49  və  49a)  və 

48 №-li  qayalarda təsadüf olunur (Rüstəmov, 1994). 




373 

 

    Qazıntıdan 137 №-li  şəkilli (1 keçi) daşın qərb tərəfini alt 



səviyyəsində  torpaq  altından  6  ədəd  də  şəkil  (4  öküz,  1  keçi  və 

dairədən ibarət) aşkar edilmişdir. 

     “Maral”  düşərgəsinin  əldə  edilmiş  daş  məmulatının 

ümumi  səciyyəsi,  mədəni  təbəqənin  tutduğu  sahə,  və  qalınlığı 

burada  Neolit  dövründə  qısa  müddətdə  istifadə  olunduğunu 

göstərir.  



    “Qayaarası”düşərgəsi.  Kiçikdaş  dağının  zirvəsinin  daş 

örtüyünün  cənub-şərq  baxarı,  altında,  Qayaarası  şəkilli  daşlar 

kolleksiyasının  7,  8  və  9  №-li  şəkilli  daşları  arasında  1,5-2,0  m 

enində  bir  növ  dəhlizvari  örtülü  sahədə  aşkar  edilmişdir.  Burada 

1981, 1984, 1985 və 1986-cı illərdə arxeoloji qazıntı aparılmış, 25 

kv.m-dən çox sahə tədqiq edilib öyrənilmişdir. 

    Qazıntı  zamanı Daş dövrünə aid  mədəni  təbəqə 2,0-2,2 m 

dərinlikdən  3,0-3,7  m  dərinlik  səviyyəsinə  qədər  izlənmişdir. 

Düşərgənin  içində 1,5-1,7 m dərinliyə qədər  yumşaq, tozlu  torpaq 

qatı  örtmüş,  onun  altında  mədəni  təbəqəyə  qədər  isə  içərisində 

çoxlu  əhəngdaşı  qırıqları  və  qayadan  ovulub  tökülmüş  qum 

qarışıqlı  qara  gillicə  torpaq  layı  yatmışdır.  Bu  layda  qum  və 

gəmirici  sümüklərinə  və  tək-tək  çaydaşı  və  çaxmaqdaşı 

qəlpələrinə rast gəlinmişdir.  Üst  qatda bir yerdə 1,3 m dərinlikdə 

ocaq  izi  qeydə  alınmışdır.    O la  bilsin  ki,  bu  ocaq  izi  sonrakı 

dövrlərdə  yandırılmış  ocağın  qalığıdır.  “Qayaarası”nda  mədəni 



374 

 

təbəqə  əsas  tünd-qəhvəyi  rəngli,  bərk  gillicə  ilə  başlayır  və  bəzi 



sahələrdə  içərisində qayadan ovulub tökülmüş əhəngdaşı qarışıqlı 

qum,  boz-qonur  rəngli  lay  qalıqları  ilə  davam  edir.  Mədəni 

təbəqədə  müxtəlif  dərinlikdə  olmaqla,  4  yerdə  küllü  ocaq  yeri 

qeydə alınmışdır. 

      “Qayaarası”  düşərgəsinin  mədəni  təbəqəsindən  7  minə 

qədər  daş  alət  və  onların  hazırlanması  zamanı  alınmış  istehsal 

tullantılarından  ibarət  arxeoloji  material  və  çoxlu  fauna, 

çaxmaqdaşından  qoparılmış  kiçikölçülü  qəlpə  və  ortaölçülü 

bıçaqvari lövhələrdən hazırlanmış alətlər tapılmışdır. Tapılmış daş 

materiallarının  10  faizə  qədəri  (600-dən  çoxu)  müəyyən  formaya 

salınmış  məqsədli  daş  alətlər,  dişəklənmiş  və  istifadə  olunmuş 

qəlpə  və  bıçaqvari  lövhələrdən  ibarətdir.  Alətlərin  20%-ni  arxaik 

formalı alət tipi və həndəsi formalı mikrolitlər təşkil edir.  

    Həndəsi  formalı  alətlərdən  üçbucaq  (12)  və  trapesləri 

göstərmək olar. Alətlər arasında Paleolit əlamətli  şatelperron (29) 

tipli,  bir  yanı  seqment  şəkilli,  qövsvari  tərəfi  dikinə  dişəklə 

kütləşdirilmiş, düz ağzı iti saxlanmış köndələn bıçaq sayca çoxdur. 

Həndəsi  formalı  alətlər  əsas  uzunsov  və  hündür,  bəzən 

oturacağında gəz açmaqla (buynuzlu adlandırılan arxaik  trapeslər, 

uzunsov 


iri 

seqment 


və 

üçbucaqlardan 

ibarətdir) 

alətlərhazırlanmışdır. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə