“Li-2” təyyarəsində şok vəziyyətində olsam da, yalandan heç nədən qorxmadığımı
göstərirəm. Demblin 1962. Müəllifin arxivindən.
TS-8 “Şeytan” (Бес) təyyarəsində, demək olar ki, artıq pilotam. Radzın Podlaski,
1962. Müəllifin arxivindən.
Artıq “U-Miq-15” reaktiv təyyarəsindəyəm. Demblin, 1963. Müəllifin arxivindən.
“Boru”larda, yəni gözəl “Miq”lərdə uçuş günü. Müəllifin arxivindən.
Artıq kursant idim, liseydəki bal zamanı. O zaman Emiliya ilə birgə həyat yolumuza
yenicə başlayırdıq. 6 yanvar 1964. Müəllifin arxivindən.
Zabit rütbəsinin qəbul edilməsi, ulduzlar hələ örtülüb. Sol tərəfdən: müəllif, poruçik
pilot Marian Navrotski, poruçik pilot Eugeniuş Sumpor, rütbəni briqada generalı
pilot Mixal Yakubik təqdim edir. Demblin, 22 mart 1964. Müəllifin arxivindən.
Milli Müdafiə Naziri marşal Marian Spıxalskinin hərbi məktəblərin liderləri ilə
görüşü, 1964.
Əfsanəvi və gözəl “Miq-17”. Poznan yaxınlığındakı Kjeşinı aerodromu. Müəllifin
arxivindən.
Səsdən sürətli “Miq-21” təyyarəsində ilk müstəqil uçuşdan sonra təbriklər. Kjeşinı
aerodromu, 1967. Təbrik edir podpolkovnik pilot Çeslav Filonoviç, onun yanında
podpolkovnik Yejı Barbaş. Sağ tərəfdə alayın komandiri podpolkovnik pilot Kajimej
Krata və kapitan pilot Boleslav Çekala. Müəllifin arxivindən.
Ratuşun girişində... Hələ bütün həyatımız qabaqdadır. Poznan, 5 oktyabr, 1965.
Müəllifin arxivindən.
Ata hərbi növbədədir, Emiliya oğlum Miruşla və üçəmlərlə (Polşa Xalq Respublikası
zamanı yemək daşımaq üçün istifadə olunan məşhur qablar komplekti) “növbətçi
cütlüyü” ziyarət edir. Kjeşinı 1969. Müəllifin arxivindən.
Qardaşlar: Miroslav – mayor, 11-ci alayın komandiri və Boquslav – kapitan,
paraşütçü, aviasiya xilasetmə mütəxəssisi. Vrotslav-Straxovitse hava limanı. 1976.
Fotoqraf Leçek Vrublevski.
Uçuşdan öncə 11-ci alayın pilotları fikir mübadiləsi aparırlar. Sol tərəfdə: leytenant
pilot Lex Maçkovski, müəllif, podpolkovnik pilot Meçislav Koxanovski, kapitan pilot
Adam Vaşiçonek, kapitan pilot Yejı Şçıqel, mayor pilot Zıqmunt Hartman, leytenant
pilot Yejı Kopeç və kapitan pilot Aleksander Çolek. Fotoqraf Leşek Vrublevski.
“Səma ilə vidalaşma”. Gecə-gündüz romantik uçuşu. Vrotslav, avqust 1976. Müəllifin
arxivindən.
SƏMA İLƏ VİDALAŞMA
İ
sti yay gecəsi. Səmada milyonlarla ulduz var. Qırıcı təy-
yarəmin kabinəsi tonqal kimi işıqlanır, qırmızı rənglə par-
layır. Önümdəki uçuş zolağında düzünə sıralanmış işıqlar var.
Uzaqda itən bu işıq yolunun tam ortasında durmuşam. Mühərrik
tam gücü ilə işləyir. Maşın ulayır, vibrasiya edir, güclü mühər-
rikin təzyiqi altında titrəyir, atlanır və əyləclə bloklanmış təkər-
lərlə betonun üstündə sürüşür. Onun hər atılmasını hiss edirəm.
Yalnız fiziki rabitə baxımından deyil, həmçinin onu bütün hiss-
lərimlə canlı vücud kimi başa düşdüyümə görə də vəhdət təşkil
edirik. Daha doğrusu, onun ürəyimdə olduğunu hiss edirəm.
“Starta icazə verirəm” – qulaqlıqlarda eşidirəm. Güc dəstəyini
sona qədər çəkirəm. Hərəkəti yavaşıdıram. Birdən arxa tərəf-
dən təkan olur, səkkiz tonluq axın məni oturacağa sıxır. Güclü
mühərrik əlavə olaraq hər saniyəyə bir vedrə yanacaq sərf edir.
Forsunkadan beş metr hündürlüyündə ağ-narıncı alov qığılcım
saçır və periskopun
39
güzgüsündə əks olunan üzümü işıqlandı-
rır. Mühərrikin gurultusu ətrafdakı səsləri batırır. İndiyə qədər
hərəkətsiz olan işıqlar artıq görüşümə gəlirlər. Tələsirlər. Təyyarə
titrəyir. İşıqlı yol daralır, işıqlandırılmış idarə otağı, anqarlar gö-
rünür. İdarəetmə dəstəyini çəkirəm, təyyarənin burnu büronun
üzərində qalxır, vibrasiyalar kəsilir, zolağın işıqları korpusun
altında itirlər. Nəzərimi idarəetmə panelində saxlayıram. Kəskin
surətdə qara səmaya tərəf yönəlirəm. Şassi və lyuku gizlədirəm.
Yaşıl lampalar sönür, qırmızılar isə yanırlar. Cihazlardakı əqrəb-
lər canlanır, sürət yüksəlir – 400, 500... 850 kilometr, variometr
40
saniyədə 120 metr yüksəldiyimi göstərir, altimetr
41
növbəti yüz-
lərlə metri “çəkir”, süni üfüq..., dövrələr..., temperaturlar..., təz-
39
Periskop – təyyarədən və ya sualtı gəmidən baxmaq üçün optik cihaz
40
Variometr - bir sıra proseslərdə və s. dəyişiklikləri ölçmək və göstərmək üçün bəzi
cihazların adı
41
Altimetr - ucalığı təyin edən alət
50
IKINCI HISSƏ
yiq, müxtəlif rənglərdə yanan nəzarət lampaları. Bütün bu mə-
lumatları eyni vaxtda görürəm. Təyyarəni sağ tərəfə çevirirəm,
şimal kursuna daxil edirəm. Artıq yerdən minlərlə metr hündür-
lükdəyəm və daha da yüksəyə qalxıram. Təyyarə arxasında alov
quyruğunu qoyaraq sürətlə uçur. Bəlkə də kimsə bunu görüb,
nəyə görə Yerdən olan bu ulduz başqa ulduzların görüşünə tələ-
sir, deyə fikirləşir. Yer növbəti siqnalları verir. Yaxalayıb “məhv”
edəcəyim hədəf hələ uzaqdadır. Səs maneəsini ötüb keçirəm.
Sürət 1400..., 1500..., 1800 km/saat qədər artır. Aşağıda yəqin top
gurultusuna bənzər səs eşidilir. Bəlkə kimisə oyatdım? Kompen-
sator skafandrı və germetik şlemdə oturub, cihazların göstəri-
cilərinə baxıram. Əqrəblər sabit tərpənirlər. Hündürlük 16 min
metrdir. Günəş qalxır, günün bir hissəsini görürəm. Aşağıda,
Yerdə, işıqlar, minlərlə kiçik işıq, aralarında isə şəhərlər daha çox
seçilir, elə bil heç hərəkət etmirlər və dostcasına göz vururlar.
Bu mənim Vətənimdir – Polşa. Günəş üfüqü və ən yüksəkdəki
buludları işıqlandırır, aləmi qırmızı, qızılı və göy rəngə bürüyür.
Yönəltmə məntəqəsinin komandalarını yerinə yetirirəm. Nə-
hayət ki, radiolokatorun firuzəyi ekranında məqsədi lokallaşdı-
rıram. Uyğun mövqeni tapıram, “düşmən” qaçmağa cəhd göstə-
rir. Onun manevrini qabaqlayıb, tufan sürəti ilə yaxınlaşıram.
Onu nişan alıram və “raketi alışdırıram” – vəziyyətin şəklini
çəkirəm. “Hədəf məhv edilib, evə qayıdıram” – raport verirəm.
Alışdırmanı söndürürəm, əyləci qoşuram. Mühərrik uğuldayır
və xırıldayır, sonra isə sakitləşir. Tapşırığı yerinə yetirdim, növ-
bəti imtahanı verdim. Bunu aşağıdakılar üçün etdim, qoy sakit
yata bilsinlər, göyə baxanda narahatlıq hiss etməyib, gözəlliyin-
dən həzz alsınlar. Aşağıya uçuram, yenidən gecənin qaranlığın-
dayam. Emosiyalarım sakitləşir, əlavə oksigeni qoşuram, üzümü
sərinləndirir. Fikrimdə uçuşumu yenidən yaşayıram, uçuşlarım
isə yüzlərlə olub. Hər biri başqa cür, hər biri daha gözəl. Uçuşun
gözəlliyindən daha çox həzz almaq üçün yavaş-yavaş enirəm.
Cihazların alətləri donurlar, bircə altimetr əldə etdiyi metrləri
itirir, saat sürətli uçuşun 34-cü dəqiqəsini göstərir. Qaranlığa
bürünmüş Yerin üstündə fikrə getdim. Özümü güclü qartalın öz
yuvasının keşiyində durduğu kimi hiss edirəm. Yaxamda belə
qartal var, bu, polyak pilotunun ən gözəl və ən qürurverici nişa-
nıdır. Tanış şəhərləri tanıyıram: Raviç, Tjebnitsa, Oleşnitsa, doğ-
ma Voluv və işıqlarda üzən Vrotslav.
Məhz burada, bu gözəl yerdə uçuş macərama başladım, bu-
rada övladlarım dünyaya gəldilər, uçuş həvəsim isə gözəl Aşağı
Dostları ilə paylaş: |