1
Giriş
İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil.
İnsanların təlabatını ödəmək və onun inkişafını təmin etmək üşün Yerin bərpa
olunan və bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur.İnsan öz
həyatı üçün vacib olan hər şeyi (enerji,qida və s.) təbiətdən alır.Təbiət insanın
estetik təlabatının təminat mənbəyidir.
Elmi-texniki tərəqqinin sürətli vüsət alması ilə insanın təbiətə təsiri daha güclü
xarakter alır. XX əsrdə bu təsir təbii amillərin təsiri ilə müqaisə edilə biləcək
dərəcəyə çatmışdır ki, bu da insan cəmiyyəti ilə təbiət arasındakı qüvvələr
nisbətində kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur.
Elmi-texniki tərəqqi sayəsində insan cəmiyyəti təbiətə təsirin daha güclü
vasitələrinə yiyələnmişdir.Bu nailiyyətlər insana mikro-və makroaləmə nüfuz
etməyə,biosferdə baş verən təbii proseslərə təsir göstərməyə,Yerətrafı kosmik
fəzaya müdaxilə etməyə və s. imkan verir.
Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda pozitiv xarakter
daşıyır.Lakin,təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət
qanunauyğunluqlarını pozur və özü üçün arzuolunmaz fəsadlara səbəb
olur.Sivilizasiyanın mövcudluğunun əsaslarını təhlükə altına alan təzadlardan ən
başlıcası ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsidir.Ona görə
də,insan cəmiyyəti qarşısında ekoloji böhranın aradan qaldırılması,təbiətin
qorunması və təbii sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi
durur.
Nəzərə almaq lazımdır ki,elmi-texniki tərəqqi insanın təbiətdən asılılığının bir
formasını azaltmaqla bərabər,bir çox hallarda bu saılılığın daha çətin və təhlükəli
formalarına səbəb olur.
Hazırda ekoloji problemlər yalnız
sənayeyə deyil,eyni zamanda
iqtisadiyyat,
siyasət,mənəviyyat,hüquq,estetika,təbabər və s. sahələrə də nüfuz etdiyi üçün bu
problemlərin həlli kompleks şəkildə aparılmalıdır.Bu problemlərin həlli yalnız elm
və texnikanın müxtəlif sahələrində çalışan mütəxəssislərin birgə fəaliyyəti
sayəsində mümkündür.
Ekoloji problemlərin müvəffəqiyyətli həllinə qadir olan mütəxəssislərin
hazirlanması isə “Ekologiya” və “Ətraf mühitin mühafizəsi”və s.bu kimi kursların
tədrisinə əsaslanmalıdır.
2
Ekologiya elminin inkişaf tarixinin qısa şərhi
Ekologiya bir elm kimi XIX əsrin ikinci yarısında,canlı orqanizmlər və onların
həyat tərzi haqqında biliklər toplandıqdan sonra formalaşmağa başlamışdır.Artıq
başa düşülmüşdür ki,yalnız orqanizmlərin quruluşu və inkişafı deyil,eyni zamanda
onların məskunlaşdığı mühitlə qarşılıqlı münasibətləri də ciddi elmi tədqiqata
ehtiyacı olan müəyyən qanunauyğunluqlara tabedir.
“Ekologiya”terminini ilk dəfə alman zooloqu E.Hekkel işlətmişdir. O,özünün“Or-
qanizmlərin ümumi morfologiyası”adlı fundamental əsərində(Berlin, 1866) yeni
elminmahiyyətini izah etməyə və onun tərifini verməyə cəhd etmişdir.
Ekologiya sözü yunan mənşəli olmaqla“oykos”- ev,mənzil,“loqos”-elm,təlim
deməkdir.
E.Hekkel ekologiyanı geniş mənada mövcudluğumuzun bütün şəraitinin də daxil
olduğu ətraf mühitlə orqanizmlərin münasibətlərindən bəhs edən bir elm hesab
etmişdir.
E.Hekkelə görə ekologiyanın vəzifəsi Ç.Darvinin şərti olaraq “mövcudluq
uğurunda mübarizə” adlandırdığı mürəkkəb qarşılıqlı münasibətləri tədqiq
etməkdən ivarətdir.
Bir çox elmlər kimi ekologiya da uzun bir inkişaf tarixinə malikdir
və bu inkişaf
davam etməkdədir.
Bitki və heyvanların həyat tərzi,xarici şəraitdən asılılığı,səpələnməsi haqqında
biliklərin toplanması çox qədimdən başlanmışdır.Bu məlumatların ümumiləş-
dirilməsi cəhdinə antik dövr filosoflarının əsərlərində belə, rast gəlinir.Aristotel
500-dən artıq heyvan növünün həyat tərzini şərh etmişdir.Aristotelin tələbəsi
“botanikanın atası”Teofras Ereziyski (b.e.ə.371-280 il) torpaq və iqlimdən asılı
olaraq bitkilərin müxtə-lifliyini şərh etmişdir.
Orta əsrlərdə dinin hökmranlığı nəticəsində təbiətin öyrənilməsinə maraq
zəifləmişdir.Sonrakı
dövrlərdə bir sıra coğrafi kəşflər,yeni ölkələrin
müstəmləkələşdirilməsi bitki və heyvanların sistemləşdirilməsinə güclü təkan
vermişdir.
Ekologiyanın inkişaf tarixində üç mərhələni ayırmaq olar.
Birinci
mərhələ-ekologiyanın
meydana gəlməsi və bir elm kimi
formalaşması(XIX əsrin 60-cı illərinə qədər).
Bu mərhələdə canlı orqanizmlərlə
onların məskunlaşdığı mühitin qarşılıqlı əlaqələri haqqında məlumatlar toplan-
mış və ilk elmi ümumiləşdirmələr aparılmışdır.
)
XVII-XVIII əsrlərdə bir sıra alimlərin biologiyaya aid əsərlərində ekoloji
məlumatlar təsvir olunmağa başlamışdır.Bu dövrdə A.Reomyur(1734) və
L.Tramble (1744) kimi alimlərin əsərlərində ayrı-ayrı canlılara həsr olunmuş
rkoloji məlumatlara rast gəlinir.Ətraf mühitin heyvanların bədən quruluşuna təsiri
problemi XVIII əsrin ikinci yarısında fransız təbiətşunası J.Büfonun (1707-1788)