Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə23/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   19   20   21   22   23   24   25   26   ...   204

34 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 

Tenqri inancına görə, Asiya türkləri ölən ata-babalarını müqəddəs saymışlar. Əcdadları öldükdən 



sonra Tenqriyə dua edərək atalarına verdiyi güc və qüdrətin onlara da verilməsini diləmişlər. Əcdadların 

müqəddəs  sayılmasının  əsas  səbəbi  onların  Tenqri  tərəfindən  bu  dünyaya  göndərilməsinə  inam  idi. 

Türklər ölən əcdadlarına hörməti ifadə edən kurqanlar yaratmışlar. Mifoloji düşüncəyə görə, ölən əcdad 

dirildiyi zaman ona xidmət edilməsi üçün atı, silahları və xidmətçiləri də onunla birgə kurqanlarda dəfn 

olunurdu.  

Azərbaycan türklərində də islamdan əvvəl tenqriçilik, göy tanrı dininə inanc olmuşdur. Bu inanca 

görə, Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken (monqollar) insanları 

qoruyan atalarının ruhları arasında güvəndə hiss edib onlara və digər təbiət ruhlarına dua edərdilər.  

Təbiət ruhlarına, təbiətin yaratdığı heyvanlara inam nəticə etibarilə totemlərin yaranmasına gətirib 

çıxarmışdır.  Türklər totem  seçərkən  onu  fövqəltəbiiliklə,  sakrallıqla  əlaqələndirirdilər.  Bu  zaman  totem 

seçilən hər hansı varlıqla ailə üzvləri arasında bağlılıq əsaslandırılır, totemə insanları himayə edən qüvvə 

kimi yanaşılırdı.  

Türk xalqlarının inamında buynuzlu Ana maral və Boz qurd xilaskar kimi çıxış edir. Qurd hətta, 

türklərin  bayraqlarının  üstündə  yer  almış  və  bölünməz  dövlətin  simvoluna  çevrilmişdir.  Orta  Asiya  və 

Azərbaycan türklərinin folklorunda qurd erkək olduğu halda, böyük imperiya qurmuş Göytürklərdə Qurd 

dişi və ulu ana qismindədir.  

Aparılmış tədqiqatlarda qurdla bağlı inancın köklərinin dərin olduğu üzə çıxarılmışdır. “Əski yazılı 

mənbələrdə qurdla bağlı göstərilir ki, əgər qurdun dərisindən təbil düzəldib çalmağa başlasan, onda başqa 

yayların gərilmiş ipləri qırılar”. [Qafarov R. s.145]  

Burada  qurdun  hətta,  dərisinin  magik  (sakral) 

gücündən danışılır. Əslində türklərdə qurd totem olduğundan onun dərisindən faydalanmaq qadağandır, 

bu  qadağaya  əməl  olunmazsa,  “pis  hadisə”  baş  verəcəyinə  işarə  olunur.  “Boz  qurd  dastanı”,  “Törəyiş” 

dastanlarında Boz qurdun xilaskar rolu təsvir olunur.  

Uyğur “Törəyiş” dastanın Göytürklərin “Boz qurd dastanı” ilə  səsləşən cəhətləri var. Belə ki, bu 

dastanlar  “Yaradılış”  dastanının  davamıdır.  “Törəyiş”  dastanında  deyilir:  “Böyük  Hun  xaqanlarından 

birinin  iki  qızı  vardı.  Bunlar  ikisi  də  bir-birindən  gözəl  idi.  Elə  gözəl  idilər  ki,  xaqan  onları  ancaq 

ilahilərlə evləndirəcəyinə inanardı. Xaqan qızlarını insanlardan uzaq tutmaq üçün insan ayağı dəyməyən 

yerdə-qalada gizlətdi. Sonra da tanrısına yalvarmağa başladı. Və nəhayət onun inandığı “tanrı” Boz Qurd 

cildində  qızların  yanına  gəldi,  qızlarla  evləndi.  Beləliklə,  doğulan  uşaqlar  Boz  Qurd  ruhu  daşıdılar”. 

[Necati.s.125] 

Azərbaycan  türklərinin  xalq  inanclarında  deyilir  ki,  Qurd  türkləri  dardan  xilas edib  sudan  quruya 

çıxarmışdır.  Bundan  sonra  türklər  Boz  Qurda,  onun  gücünə  inanmış,  çətinliyə  düşəndə  onu  köməyə 

çağırmışlar. [Əsatirlər. s. 97] Anadolu türklərində qurdla bağlı fərqli inamlar mövcuddur. Bir inama görə, 

uşağa  qırx suyu  tökülərkən  suyun  içinə  bir  cüt  qurd gözü  də  tökülür.  Bu  yolla qurd  gözünün  uşağı  şər 

ruhlardan  qoruyacağına  inanardılar.  Türklərdə  Qurd  gözünün  sakral  gücünə  inam  hələ  də  mövcuddur. 

Anadolu  türkləri  həm  də  oğlan  uşağının  burnunu  deşərək  qurdun  tükünü  (quyruğunu)  ordan  keçirər  və 

uşağın cəsur olacağına inam bəsləyərdilər.  

Türk xalqlarında müqəddəs sayılan, totem kimi tapınılan heyvanlardan biri də maraldır. Maral türk 

qaynaqlarında  müxtəlif  məqamlarda  təsvir  olunur.  Türk  dastanlarında  maral  dağların,  qayalıqların  ən 

gözəl, sehirli heyvanlarındandır. Qurd göyün (səmanın), Ana maral (geyik) isə yerin simvolu və ruhunu 

ifadə  edir.  Türk  folklorşünasları  öz  tədqiqatlarında  qeyd  edirlər:  “Şimali  Sibirdə  yaşayan  türklərdə  belə 

bir inanc varmış: “Ana maral yeraltının bittiyi yerdə otururdu. Yestey Möngkö adlı bir igid bir gün maralı 

yer üzündə gördü. Yeddi il yorulmadan maralı axtardı. Sonunda onu bir daş evdə tapdı və onunla evləndi. 

[Necati.s.135 ]  

Azərbaycan  folklor  nümunələrində  də  Ana  maral  qoruyucu  funksiya  daşıyır.  İnanclara  görə,  Ana 

maral hansı evə gəlsə, ora ocağa çevrilər və o evdən xoşbəxtlik əskik olmazdı. Marala qarşı pis hərəkət 

edən  isə  öz  əməlinin  cəzasını  alarmış:  “Yusif  adlı  bir  ovçu  maral  (geyik)  ovuna  çıxmışdı.  Maral 

sürüsünün  yanında,  ağ  saqqallı  bir  qoca  görmüşdü.  Qoca  Yusifə:  məni  kimsəyə  demə,  sənə  bir  çəpiş 

verim  demiş.  Lakin  Yusif  dinləməyib,  sürünü  talan  etməyə  başlamışdı.  Və  bu  zaman  “qoca”  bir  Ana 

maral olmuş və Yusifi üfürməklə qayadan salmışdır”.  

Qədim  türk  xalqları  heyvanlarla  yanaşı,  təbiət  varlıqlarını-suyu,  ağacı,  odu  totemləşdirmişlər. 

Bütün varlığın dörd ünsürdən (od, su, torpaq, hava) yaranması türklərdə bu qüvvələrə tapınmağa gətirib 

çıxarmışdır.  Onlar  bu  kultları  canlı  hesab  etmişlər.  Onların  əyəsi  olduğuna  inanardılar.  Xalq 

inanclarımızda deyilir: “Ocağa tüpürməh, üsdünə su töhməh, ya da ayaxlayıp söndürməh olmaz. Yoxsa 




35 

Aytən Vəlibəyova/Azərbaycan və Türk İnanc Sistemində Mifoloji Düşüncə 

ocax  sahabının  acığına  gələr,  adama  zəfər  toxuyar”.  [Əsatirlər.  s.302]  Bu  totemlərə  sitayiş  müxtəlif 

rituallarla  gerçəkləşdirilirdi.  Türklərin  inancına  görə,  “İl  təhvil  olanda  su  dəyişir.  Təzə  sudan  gətirib 

həyətə, evə, tövləyə səpirdilər ki, aydınlıq olsun, bərəkətli olsun”.  

Nağıllarda  suyun  insanla  danışmasına,  suyun  yatmasına  və  s.  rast  gəlmək  mümkündür. 

İnanclarımızda  deyilir:  “Bir  arvad  çərşənbə  gecəsi  səhərə  çox  qalmış  səhəngi  götürüb  çaya  su  dalınca 

gedir. Səhəngi nə qədər basır, səhəng suya batmır. Sən demə su yatıbmış. Arvad qayıdıb evə gəlir. Sonra 

bir də gedir. Görür ki, su şırha-şırla axır. Səhəngi doldurub qayıdır”. [Əsatirlər. s.299] 

Qədim  türklər  od  kultuna  fərqli  yanaşmışlar.  Bəzi  tədqiqatçılar  türklərin  oda  sitayişini 

atəşpərəstliklə,  bəziləri  isə  şamanizmlə-tenqriçiliklə  əlaqələndirmişlər.  Türklərdə  ocaq  ruhunu 

söndürmək,  evin,  ailənin  dağılması  demək  idi.  Onlar üçün  vacib  olan  ailəsinin  dağılmasını  əngəlləmək 

idi.  Onlar  odu  deyil,  ailə-ocaq  ruhunu  müqəddəs  saymışlar.  Bir  çox  türk  xalqlarının  ortaq  qeyd  etdiyi 

Yeni  gün  (yaz)  bayramı  zamanı  od  qalanaraq  üstündən  tullanması  pis  hadisələrdən,  xəstəliklərdən 

qorunmaq üçün idi. Deməli, türklərin od kultuna inamı insan ruhunun təmizlənməsindən, odun isə çirkabı 

təmizləməsindən  qaynaqlanmışdır.  Lakin  atəşpərəstlərdə  belə  adətlər  yoxdur.  Kahinlər  məbədə 

yaxınlaşarkən  oda  ziyan  dəyməsin  deyə  ağızlarını  bağlamışlar.  Qırğızlarda  od  qalamaq  ritualı  yoxdur. 

Onlar evi, həyəti odla pak edirlər. Qırğızlar bu adətin qam-şamanlardan qaldığına inanırlar. “Alas-alas hər 

bəladan xilas”- deməklə, öz bacalarını atəşlə pis ruhlardan təmizləyirlər. [Bayramqızı. s.4] 

Türk  xalqlarının  inanclarında  yazın  gəlişinə  xüsusi  münasibət  vardır.  Yazın  gəlişini  xüsusi  qeyd 

etmiş, elə sakrallaşdırmışlar ki, bu zaman qeyri-adi hadisələrin baş verdiyinə də inam yaranmışdır. Belə 

ki, onların düşüncəsinə görə, “Novruz bayramında ağaclar yatırlar”, “At ancaq Novruz gecəsində üç dəfə 

göyşəyir”, “Çərşənbə gecəsin sular dayanar, bütün ağaclar isə başını aşağı salıb, səcdəyə gedər”.  

Türklərin  tapındığı  kultlara  inanc  indi  də  qalmaqdadır.  Hələ  də  ocaqlara  nəzir  qoyulur,  orda 

yerləşən ağaclara dilək tutularaq parça, bez bağlanılır. Anadolu türklərində bu “Dilek ağacı” adlanır. Xalq 

öz təfəkkür süzgəcindən keçirdiyi inancları sınayaraq gələcək nəsillərə ötürmüşdür. 



ƏDƏBİYYAT 

Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I cild. Bakı: Elm, 2004. 760 s. 

Eröz M. Eski Türk Dini (Gök Tanrı inancı). “Türk Dünyası araşdırmaları vakfı”, İstanbul 1982, 12 s. 

Necati Sepetçioğlu M. Yaradılış ve Töreyiş. İstanbul 1969, s.125-126. 

Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, 2005. 301 s. 

Bayramqızı Ə. Xalq qəzeti 2010, 21 mart. 

Qafarov R. Mif və Nağıl. Bakı 1999, 442 s. 

Clauson G. An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish. Oxford: ClarendonPress, 1972. 523 s. 

Orkun H. N. (2011). Eski Türk Yazıtları. Ankara: Türk Dil Kurumu Yayınları, 34 s. 

 

 




Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə