A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

 
47
tədqiqat hədəfi olmuşdur ki, diplom işində həmin əsərlərdən istifadə edilmişdir. 
Teymurləngin yürüşləri zamanı Cənubi Qafqazda törədilən fəlakətlər, onun ölümündək sonra xələfləri 
arasında hakimiyyət uğrunda gedən mübarizə istisnasız olaraq bütün ora əsr tarixçilərinin diqqətini cəlb 
etmişdir. Buxaralı Məhəmməd Kavənd şahın (Mircondun), Xandəmir Qiasədin ibn Hümaməddin əl-Hüseyninin, 
Əbülfəqaq Kəmaləddin Səmərqədinin, Əhməd ibn Məhəmməd Ərəbşahın, yəhya ibn Əbdüllətif əl Qəzvinin, rus 
səyyahı Afanasi Nikitinin, Azərbaycanda olmuş qərbi Avropa səyyahları Katerino-Zenonun, Klaviki Qonzame 
de Ryunin, İosafat Barbaronun, Ambrosi Konsorinin, Həsən bəy Rumlunun, Nizamədin Ədbül Paşa Şaminin
Şərəfxan Bidlivinin, anonim «Tüzükati-Teymur»un, Həmdullah Qəzvinin və başqalarının  əsərləri XVI-XV 
əsrlərin geşməkeşli, tarixi hadisələrlə zəngin tarixini öyrənmək üçün etibarlı mənbədir. 
Teymurləngin Cənubi Qafqaz yürüşlərinin müasiri olan Mestop keşişi Foma Metsopski «Teymurləngin 
və  xələflərinin tarixi» əsərini teymurilərin 1388-1446-cü illəri  əhatə edən hakimiyyəti dövründə baş verən 
hadisələrin təsvirinə  həsr etmişdir.
2
 Əsərdə Teymurun Səmərqəndi tutmasından başlayaraq onun qərbə doğu 
yürüşləri, İranı istila etməsi, Cənubi Qafqaza soxulması, Qızıl Orda xanı Toxtamış və Gürcüstan çarı Baqratla 
toqquşması, qərbi Ermənistana yürüşü və osmanlı sultanı Bəyazidlə vuruşu təsvir edilir, həmin yürüşlər zamanı 
baş vermiş  fəlakətlər, törədilmiş  vəhşiliklər ürək ağrısı ilə  qələmə alınır.  Əsərdə Qaraqoyunlu tayfalarının 
Teymur və onun xələfləri  əleyhinə apardıqları  kəskin və inadlı mübarizələr haqqında daha geniş  məlumat 
verilir. 
Teymurləngin yürüşlərinin digər müasiri Zeynalabdin bin Həmdullah Qəzvin öz əsərlərini 1341-2392-ci 
illər Azərbaycan ərazisində, Ermənistanda, həmçinin İran və İraqda başverən hadisələrin təsvirinə həsr etmişdir. 
Əsərdə  Məlik  Əşrəfin  əmirliyi dövründə feodal çəkişmələri və toqquşmalarından tutmuş Teymurun Cəqubi 
Qafqazda ikinci yürüşünədək söhbət açılır, baş verən hadisələr, o cümlədən Təbriz üzərinə hücumlar (1385-
1392)-ci illər  ərzində  Təbrizə 18 dəfə hücum edmilşdi), Qızıl Orda xanı Toxtamışın törətdiyi vəhşiliklər 
haqqında maraqlı  məlumat verilir. Burada Əlincə qalasının müdafiəsi, Qaraqoyunlu Qara Məhəmmədin 
teymurilərlə mübarizəsi, Azərbaycan şəhərləri və təsərrüfat həyatı haqqında məlumatlar da öz əksini tapmışdır. 
Teymuri dövləti qurama «imperiya» olduğu üçün təkcə işğalçıların yox, həm də istila edilmiş ölkələrin 
hakim siniflərinin mənafeyini qorumaq kimi mürəkkəb funksiyanı yerinə yetirirdi. 
Aşkarlıq və demokratiya şəraitində Azərbaycanda da tarixi keçmişimizin öyrənilməsinə maraq 
gücləndirilmiş, tarixin «ağ ləkələrinin» işıqlandırılması günü zəruri məsələsinə çevrilmişdir. Azərbaycanın XIV-
XV  əsrlər tarixinin öyrənilməsi isə bu baxımdan xüsusi aktuallıq kəsb edir. Belə ki, biz indi Cənubi Qafqaz 
xalqları deyərkən, üç əsas xalqı –azərbaycanlıları, gürcüləri və erməniləri nəzərdə tuturuq, halbuki 
Teymurləngin yürüşlərindən bəhs edən bütün orta əsr müəllifləri, hadisələrin müasirləri Erməniyyəni Cənubi 
Qafqazdan kənarda göstərirlər, indiki  Ermənistan respublikasının  ərazisində bir ədəd də olsun erməni 
toponiminin adını  çəkmirdilər, amma Ermənistan respublikası XVI əsrin yadigarı, türk-azəri  şəhəri  İrəvanın 
(1936-cı ildən Yerevan) tarixinin 2750 il əvvələ  çəkərək bunun təntənə ilə bayram edirlər. Azərbaycan 
respublikasının ərazisində türk Azərbaycan mənşəli 500-dən yuxarı şəhər, kənd, qəsəbə və digər yer adlarının 
dəyişdirilməsi dediklərimizə əyani sübutdur. 
 
9.1. Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət 
Cənubi Qafqaz, xüsusilə Azərbaycan tarixinin mürəkkəb dövrlərindən biri olan XIV əsr hadisələrin 
rəngarəngliyi, dramatizm və çoxepizodluluğu ilə seçilir. XIV əsr  əslində Azərbaycanın daxili və xarici 
mübarizələr tarixidir. Bu dövr eyni zamanda XV əsr üçün çıxış nöqtəsidir. Bütün XIV əsr boyu davam edən 
ictimai-siyasi mübarizənin gedişində Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda gedən mübarizə əvvəlcə 
Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətlərinin yaradılması ilə başa çatır. Gürcüstan və Ermənistan torpaqların 
da bu   iki dövlətin ərazilərinə daxil edilmşidi. 
XIII  əsrdə  Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol 
istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı 
əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən 
xarabalıqlara çevrilmişdi. Beyləqan  şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə 
bilməmişdi.  İri  şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya 
bilmişdi.  
XIII  əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi 
Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu ilə İrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255-
1256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına 
keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və 
xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son 
qoyuldu. Abbasilərin bütün xəzinəsi Hülakülərin  əlinə keçdi və saxlanmaq üçün Urmiya gölü yaxınlığındakı 
                                                                                                                                                                                                      
1
 Мяммядов Р., Пирийев В. Теймурлянэин Ялинъя сяфяри, «Елм вя щяйат», 1977, №9, сящ.31-33 
2
 Местопски Ф. Теймурлянэин вя онун хяляфляринин тарихи. Б., 1957, сящ.5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə