A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

 
50
Məlik  Əşrəfi tanıyır və onu Canı  bəyə  təslim edir. Məlik  Əşrəf  Şirvanşah Kavusun təkidi ilə  Təbrizdə edam 
edilir və bununla da Elxanilər dövlətinin varlığına son qoyulur. Canı  bəy  Təbrizi tərk etdikdən az sonra 
Azərbaycan Cəlairlərin istilasına məruz qaldı. Qeyd edildiyi kimi, Cəlairilər dövlətinin  əsasını  Şeyx Həsən 
İlkani (Cəlairi) qoymuşdu. Cəlairilər dövləti 1340-1411-ci illər arasında mövcud olmuşdur. 
Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Üveys (1341-1374) Cəlairi səltənətinə sahib oldu. Canı 
bəy Təbrizi tərk etdikdən sonra Azərbaycanda daxili və xarici vəziyyətli gərginliyindən istifadə edən  Şeyx 
Üveys 1359-cu ildə  Təbrizi  ələ keçirərək Cəlairilərin hakimiyyətini Azərbaycana da yaydı. Cəlairilərin 
hakimiyyəti illərində feodal ara müharibələrinə son qoyuldu, mərkəzi hakimiyyəti gücləndi, ölkənin təsərrüfat 
hayatında canlanma yarandı. 
Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti 
yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı 
Sultan  Əhmədin Təbriz  şəhərini  əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər 
arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan 
istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı. 
Tədqiqatçılar Sultan Əhmədin hakimiyyəti illərinin XIV əsrin ən çətin dövrlərindən, ölkənin daxili və 
xarici həyatında çoxlu mühüm və  nəhəng hadisələrlə dolu olan dövrlərdən biri kimi səciyyələndirirdilər. 
Azərbacyanın strateji mövqeyi, ölkənin təbii coğrafi  şəraiti, yeraltı  və yerüstü zənginlikləri, feodal ara 
müharibələri nəticəsində  zəifliyi Qızıl Orda xanlarının Azərbacyana yürüşə  həvəsləndirirdi. 1386-cı ilin 
əvvəllərində Qızıl Orda xanı Toxtamış (1367-1395) 90 minlik ordu ilə Dərbənd keçidindən Azərbaycana yürüş 
etdi.  Şirvanşah I İbrahim monqollarla döyüşdə  məğlub olaraq geri çəkildi. Qızıl Orda qoşunları  Təbrizi  
mühasirəyə aldılar. H.Qəzvinin yazırdı ki, təbrizlilər öz küçə  və  məhəllələrinin yolunu ağaclarla kəsdilər və 
mövqelərini möhkəmlətdilər. Toxtamışın qoşunları 8 gün şəhərin  ətrafında dövrə vurdular, lakin şəhərə daxil 
olmağa imkan tapa bilmədilər. Belə olduqda o hiyləyə əl atdı. 250 tümən qızıl pul aldıqdan sonra mühasirədən 
əl çəkəcəyinə söz verdi. Lakin vədini xaincəsinə pozaraq şəhərə soxuldu və  Təbriz on gün qəraət edildi. 
Naxçıvan, Marağa və  Mərənd  şəhərləri də monqol-tatarlar tərəfindən talandı. Müasirlərinin dediyinə görə 
istilaçılar Azərbaycandan 200 minədək adamı qul edib aparmışdılar. Beləliklə, Teymurləngin işğalları 
ərəfəsində feodal ara müharibələri nəticəsində iqtidardan salınmış Azərbaycan torpaqları demək olar ki, 
müdafiəsiz qalmışdı. 
Hülakülər imperiyası parçalandıqdan sonra meydana gələn dövlətlərdən yalnız  Şivanşahlar öz 
müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu.  Şirvanşahlar dövləti Kür çayı sahillərindən Dərbəndə 
qədər olan əraziləri əhatə edirdi. Buraya Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbəristan, Kürə, Samur nahiyyəsi 
və  İşsunun aşağı hissəsi daxil idi. Şirvanşahlar Hülakülər dövlətinin tənəzzülə başladığı dövrdən iqtisadi 
cəhətdən güclənələrk siyasi müstəqillik uğrunda mübarizə aparırdılar. Həmin mubarizə nəticəsində Şirvanşahlar 
1338-ci ildə müstəqillik qazandılar, lakin 1348-ci ildə Məlik Əşrəfin Şirvana hücumu nəticəsində ehtimali ki, 
Şirvanşahlar Elxanilərdən formal asılılığı qəbul etdilər. 
1358-1368-ci illər arasında Şirvanşahlar yenidən müstəqilləşdilər. 1369-cu ildə Sultan Üveys Cəlairinin 
Bayram bəyin başçılığı altında göndərdiyi Cəlairi qoşunları Şirvanşah Kavusu əsir toplayaraq Bağdada göndərir. 
O üç ay Bağdadda qaldıqdan və Sultan Üveysin hakimiyyətini qəbul etdikdən sonra yenidən Şirvana qayıtdılar. 
1373-cü ildə Kavusun ölümündən sonra onun Sultan Üveysin yanında girov olan oğlu Huşən  Şirvanşahlar 
taxtına çıxarılır (1373-1382). 
Şirvanşahlar –Kəsranilər sülaləsinin (1027-1382) son nümayəndəsi olan Huşəngin hakimiyyəti illərində 
ölkədə vəziyyət daha da pisləşdi. Sinfi ziddiyətlərin kəskinləşməsi, feodal ara müharibələri, iqtisadi pozğunluq, 
bir tərəfdən də Huşəngin qəddarlığı 1382-ci ildə  Şirvanda güclü xalq hərəkatına səbəb oldu və Huşəngin 
öldrülməsi ilə başa çatdı. 
Şirvan feodalları Huşəngin  əmisi oğlu Məzdədilər sülaləsindən olan yoxsullaşmış  əyan  İbrahim 
Dərbəndini hakimiyyət başına gətirdilər (1382-1417). I İbrahimlə Şirvan taxtında Dərbəndilər sülaləsinin (1382-
1538) hakimiyyəti başlayır. 
I İbrahim uzaqgörən dövlət xadimi və bacarıqlı diplomat idi. Onun hakimiyyəti illərində Şirvanşahlar 
dövlətində feodal ara müharibələrinə son qoyuldu. Şirvanın daxili müstəqilliyi saxlandı. I İbrahim sənətkarlığı, 
ticarəti və elmi himayə edirdi. Beləliklə, Teymuri işğalları ərəfəsində qədim Azərbaycan torpaqlarından yalnız 
Şirvanşahlar dövlətində iqtisadi və siyasi sabitlik təmin edilmiş oldu. I İbrahimin uzaqgörən siyasəti nəticəsində 
Şirvan torpağı Teymurləngin dağıdıcı yürüşlərindən xilas oldu. 
Teymuri qoşunlarının hüquqi ərəfəsində Gürcüstan və Ermənistanda da sosial-siyasi vəziyyət mürəkkəb 
olaraq qalırdı. 
Bütün XIII əsr boyu gürcü çarı IV Qurucu Davidin xələfləri monqol istilasına, feodal ara müharibələrinə 
qarşı barışmaz mübarizə aparmışdı. Çariça Tamaranın (1184-1213) və onun varislərindən olan çariça Rüsudanın 
(1222-1245) hakimiyyəti illərində Gürcüstan əvvəlcə çiçəklənmiş, sonra isə monqolların istilası  nəticəsində 
xarabazara çevrilmişdi. 
1221-ci ilin əvvəllərində monqollar Təbrizdən xərac aldıqdan sonra Muğana doğru hərəkət edərkən 


 
51
gürcü qoşunu ilə rastaşdılar və on mindən yuxarı gürcü əsgərini qıraraq qalanların pərən-pərən saldılar. 
Monqollar Muğanda orakən gürcü çarı IV Georgi Laşan Atabəy Özbəklə birlikdə monqolların üzərinə qəfləğən 
hücum etmək üçün gizli ittifaq bağladı. Lakin bundan xəbərdar olan Atabəy Özbəyin Arandakı hakimi 
Nəsrəddin Aquş monqolların tərəfindən keçərək həmin sirri onlara bildirdi. Vaxtında xəbərdar edlmiş Cebə 
Bahadır sürətlə Gürcüstana irəliləyərək feodal knyazlarına amansız divan tutdular. Ölkə başdan-başa qarət 
edildi, Tiflis şəhərinə isə amasız divan tutuldu. 
1245-ci ildə Qərbi Gürcüstana qaçmış çariça Rüsudan monqolların hakimiyytini qəbul etməyə məcbur 
oldu. Gürcü çarları monqol xanı tərəfindən təyin olunmalı, 1246-cü ildən etibarən kişi əhalinin 20% -i monqol 
yürüşlərində iştirak etməli idi. 
Qeyd edildiyi kimi Gürcüstan Hülakülər imperiyasının tərkibinə daxil edildikdən sonra 1257-ci ildə 
burada əhalinin siyahıya alınması keçirildi.  Məqsəd vergi sisteminin qaydaya salmaq idi. Gürcüstanın ərazisi 8 
tümənə bölündü, tümənlərin idarə işləri bütünlükdə monqol nümayənədələrinə həvalə   edildi. 
XVIII  əsrin 60-cı illərindən etibarən gürcü xalqlının monqol- işğallarına qarşı mübarizəsi yeni vüsət 
aldı. 1259-cu ildə Davud Narinin başçılığı altında (o, çariça Rüsudanın oğlu idi) güclü üsyan baş verdi. Hülakü 
xanın  əmri ilə Argün xan böyük qoşunla yenidən Gürcüstanı xarabazara çevirdi. Davud Narinin Qərbi 
Gürcüstanda gizlənməkdən başqa çarəsi qalmadı.  
1260-cı ildə Hülakü xanın fərmanı ilə Gürcü çarı V Davud Ulu öz ordusunun başında Misirə hücum 
etməli idi. V Davud bundan boyun qaçırdıqda Argün xan yenidən Gürcüstana yürüş    təşkil etdi, Qori 
yaxınlığında gürcü qoşunları ağır məğlubiyyətə  uğradılar və Argün xan Cənubi Gürcüstanı işğal edərək viran 
qoydu. 
Gürcü çarı II Demetre (1270-1289) 1288-ci ildə Argün xanı ortadan götürmək üçün qəsd hazırladı. 
Lakin qəsdin üstü açıldı  və II Demetre Ordaya çağırıldı. Tərəfdarları onu Ordaya getməkdən daşındırmağa 
çalışsalar da müvəffəq olmadılar, çünki II Demetre yaxşı bilirdi ki, əgər Ordaya getməsə Gürcüstan monqollar 
tərəfindən təkrar yandırılacaqdır. 1289-cu ildə Ordaya gedən II Demetre orada öldürüldü. Özünü bilərəkdən 
qurban verdiyi üçün adı tarixdə «Tavdadebuli» kimi  qaldı. 
1297-ci ildə Demitrenin oğlu II Davud monqollara qarşı üsyan qaldıraraq dağlara çəkildi. Üsyan bir 
neçə il davam etdi və monqol istilaçılarına ağır zərbələr vurulsa da, Gürcüstan özü də var-yoxdan çıxdı. 
Müasirləri yazırdı ki, Kartli başdan başa xarabazara çevrilmişdi. 
XIV  əsrin  əvvəllərində Gürcüstanda monqol ağalığı xeyli zəiflədi. Monqollar yalnız sərhəddə 10 min 
nəfərlik hərbi qüvvə saxlayırdılar. V Əzəmətli Georginin hakimiyyəti illəri (1314-1346) Gürcüstan üçün 
olduqca uğurlu olmuşdu. Monqol vəziri ilə dostluq edən V Georgi ölkəyə monqol yürüşlərinə son qoymuş XVI 
əsrin 20-ci illərindən etibarən Gürcüstanın birləşdirilməsinə başlanmışdı. 1327-ci ildə  İmeretiya, 1334-cü ildə 
Samexin, sonralar Kaxeti Tao-Klarceti və s. torpaqlar onun hakimiyyəti altında birləşdirilmişdi. 
XIV  əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Gürcüstan istila boyunduruğundan xilas 
olaraq tam müstəqilləşdi. Lakin V Georginin ölümündən sonra mərkəzi hakimiyyətin zəifləməsi feodal 
pərakəndliyini yenidən gücləndi. 
Azərbaycan və Gürcüstandan fərqli olaraq XIII-XIV əsrlərdə Ermənistanda feodal pərakəndliyi hökm 
sürürdü. Baqratilər sülaləsinin süqutundan sonra yaranmış yarımmüstəqil Vaspurakin, Taşir-Dzorakert, Taron 
və s. knyazlıqlar ölkəni birləşdirmək iqtidarında deyildi. XII əsrin sonu XIII əsrin  əvvəllərində erməni 
knyazlıqlarının bir qismi gürcü çarlığına birləşdirilmişdi. 
XII  əsrin 30-40-cı illərindən etibarən Ermənistan monqol ulusları arasında mübarizə meydanına 
çevrilmişdi. 1236-cı ildə Ermənistanın  şərq torpaqları, 1242-1243-cü illərdə isə  cənubi və  qərb hissələri 
monqollar tərəfindən işğal olundu.
1
 
Ermənistan Elxanilər dövlətinin tərkibinə qatıldıqdan sonra burada ayrı-ayrı knyazlıqların da 
müstəqilliyinə son qoyuldu. Teymurləngin istilaları ərəfəsində erməni əhalisini miqrasiyası geniş yayılmışdı, bu 
bir tərəfdən bütün orta əsrlər boyu ermənilərin ticarətlə bağlı oluqdarı  və buna görə  də beynəlxalq karvan 
yollarının kəsişdiyi yerlərdə  məskunlaşması ilə bağlı idisə, (sonradan həmin yer «qədim erməni torpağıdır» 
demək üçün), digər tərəfdən isə kiçik erməni knyazlıqlarının vahid dövlətdə birləşə bilməsindən irəli gəlirdi. 
Beləliklə, Teymurləngin işğalları  ərəfəsində  Cənubi Qafqazda davam edən feodal pərakəndliyi, ara 
müharibələri, habelə monqolların istilaları  nəticəsində ölkənin var-yoxdan çıxarılması teymuri ordularının 
müzəffər yürüşü üçün əlverişli zəmin yaratmışdı.  
 
9.2. Əmir Teymurun Azərbaycanda möhkəmlənmək uğrunda  hərbi-siyasi mübarizəsi  
XVI əsrin 70-ci illərin orta əsrlər şərqində tarix səhnəsinə son dərəcə cəngavər bir dövlət çıxdı. Onun 
əsasını mürəkkəbləşmiş barlas tayfasından olan Teymurləng (1336-1405) qoymuşdu.
2
 Tarixdə Topal Teymur, 
Tamerlan, «dəmir axın» adları ilə xatırlanan  Əmir Teymur 1370-1507-ci illər arasında mövcud olmuş 
                                                           
1
 История Армении, сящ.46-48 
2
 Муминова И. Роль и место Амира Теймура в истории средней Азии. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə