A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

 
55
başa istila edildi, yalnız ayrı-ayrı qalalar teymuri qoşunlarının hücumlarından özlərini qoruya bildilər. 
F.Metsopski yazır: «Teymurləng ölkəmizin yuxarı hissəsinə gəldi və Avnik adlanan Basen (Qərbi Ermənistan) 
qalasını mühasirəyə aldı. Qalanı alıb onun işxanı Misri zəncirlətdi və qala divarlarından atdıbırb öldürtdürdü. 
Sonra Ararat vilayətinə gəlib buranı da başdan-başa dağıtdı, bütün əmlakı qarət etdi və baqratilərin şəhərini (orta 
əsrlərdə Ermənistanın iri ticarət mərkəzi idi) mühasirəyə aldı. Şəhəri aldı… 
Teymurləngin qoşunları Suroru ölkəsində (indiki İqdir  şəhəri) Tçakata, Koqba, Barnakuta və Arçeş 
vilayətinə getdilər.  Bu  üç  vilayətin  əhalisi qaçdı. Onlar hər  şeyi qarət etdilər. Korb şəhəri həmin gün qarət   
edildi…». 
Erməni mənbələri Teymurləngin 1386, 1387, 1394 və 1400  illərdəki yürüşləri zamanı Ermənistanın 
başdan-başa xarabazara çevrildiyini, bütün erməni qalalarının tutularaq dağıdıldığını,  əhalinin işgəncə ilə 
öldürüldüyünü və qul edilərək aparıldığını  təsvir edirdilər. Hadislərin müasirlərindən Qriqor Xlatşi 
Teymurləngin yürüşləri nəticəsində Eriani (erməni daşnaq tarixşünaslığı bu şəhəri  İrəvanla eyniləşdirir) 
şəhərinin dağıdıldığını 500 nəfərdən yuxarı erməni öldürüldüyünü qeyd edirdi. 
Teymurun Cənubi Qafqaz yürüşləri Gürcüstanda  da dərin izlər buraxdı, bu yürüşlərin hamısında 
teymuri qoşunları Tiflisi və  ətraf yerləri qarət etdikdən sonra Gürcüstanın bütün qərb və  şimal vilayətlərinə 
soxularaq böyük dağıntılar törətdilər. Hərbi yürüşlər zamanı yerlə  əhalinin müsəlmanlaşdırılması da həyata 
keçirilirdi. F.Metsopski Teymurun Gürcüstana yürüşlərindən bəhs edərək yazırdı: «Teymurləng İldırımın üstünə 
hücum etməzdən əvvəl İberiya ölkəsinə gəlib onu dağıtmaq və əsarətə almaq istəyirdi. Lakin İberiya çarı Georgi 
onun bu cinayətkarlıq fikirlərindən xəbər tuturaq iki qardaşı Konstantin və Davidlə birlikdə  dərhal qoşun 
topladı, bütün iberləri və erməniləri qalalara yığıb buranı qorumağı onlara tapşırdılar, özləri isə ölkənin dərə və 
cığırlarını ttudular… Teymurləng onların üstünə böyük bir qoşun göndərdi və bu qoşun onlara yuxarı tərəfdən 
yaxınlaşaraq xristianların böyük dəstəsini tamamilə əhatə etdi. Sərkərdələri qırıb qoşunları əsir apardılar. Onlar 
60.000 nəfərdən çox idilər. 
Çar Georgi güclə özünü xilas edərək yüz nəfər qoşunla düşmən qoşununu mərkəzinə soxuldu: onlar … 
düşməndən bir çoxunu qırdılar və sonra əlçatmaz yerlərə çəkildidər. Teymurləngin qoşunları isə bütün İberiya 
ölkəsini yandırdılar, əhalisini qılıncdan keçirdilər və kilsələri dağıtdılar. Ayaq yalın, çılpaq, ac və susuz əsirləri 
bizim ölkəyə gətirdilər. Hər cığatayın 20 əsiri var idi, onların çoxu yolda yıxılıb ölürdü…» 
Azərbaycana ikinci yürüşü zamanı Teymurləng Ağdamda məskən salmışdı. İtaətə alışmayan ərazilərin 
istilasını başa çatdırmaq üçün 1396-cı ildə Teymurun əmri  ilə Miranşahın Xorasandakı qoşunları Azərbaycana 
yeridildi. Teymuri  qoşunlarının  sağ cinahı Qarabağ-Naxçıvan istiqamətindən Unik qalasına kimi, sol cinahı isə 
Həmədana qədər uzanırdı. Teymurun Ağdamdan Ərdəbil-Sultaniyyə-Həmədan yolu ilə Səmərqəndə qayıtması 
nəticəsində onun növbəti yürüşü də başa çatmış olur. 
Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfat və  mədəni həyatına mənfi təsir 
göstərirdi. O, müxtəlif bəhanələrlə xalq kütlələrini və yerli feodalların əmlakını qarət edirdi. Bunun nəticəsində 
bütün Cənubi Qafqazda, o cümlədən Azərbayanda da yadelli işğalçılara qarşı mübarizə gücləndi. Bir tərəfdən 
Şəki hakimi Sidi Əhməd Miranşaha itaət göstərməkdən boyun qaçırdısa, digər tərəfdən Təbrizdə ona qarşı güclü 
üsyan baş verdi. Miranşaha qraşı mübarizənin gedişində Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri 
yarandı. Bu özünü Əlincə qalasının müdafiəsi zamanı xüsusilə aydın göstərdi. 
Azərbaycanın ayrı-ayrı feodal hakimləri və gürcü çarı VI Geori teymuri qoşunlarına zərbə vurmaq və 
onun irəliləməsinə imkan verməmək məqsədilə  Əlincə qalasının müdafiəçilərinə yaxından yardım edirdilər. 
Şəki hakimi Sidi Əli Orlat 1497-1498-ci ilin qışında gürcü qüvvələri ilə ittifaqda Əlincə qala müdafiəçilərinin 
köməyinə  gəldi. Qalanın qarşısında teymuri qoşunları ilə  kəskin döyüşlər gedirdi. Vəziyyətin getdikcə 
ağırlaşdığını görən teymuri sərkərdəsi Sultan Səncər Teymurləngin oğlu Miranşaha müraciət edərək ondan 
kömək istədi. Miranşah Əlincəqalanın mühasirəsini möhkəmləndirmək məqəsədi ilə Xorasandan xüsusi  qoşun 
gətirdərək oğlu  Əbubəkr Mirzənin və 4 teymuri əmirinin sərkərdəliyi altında qala üzərinə göndərdi. 
Tarixçilərdən  Şərəfəddin  Əli Yezdi və  Əbdülrəzaq Səmərqəndinin yazdıqların görə,  Əlincəqalanın qarşısında 
günlərlə  əlbəyaxa döyüşlər getmişdi. Sidi Əli həmin döyüşlərin gedişində  qəhrəmancasına həlak olsa da, 
Əbubəkr Mirzə mühasirədən  əl çəkib Təbrizə qayıtmalı oldu. Müttəfiq dəstələr qalanın mühasirədən 
qurtardıqdan sonra onun müdafiəsi Seyid Əli, Hacı Saleh və üç gürcü sərkərdəsinə tapşırıldı. 
Azərbaycanda yaranmış  vəziyyət Teymuru hələ Hindistan səfəri zamanı olduqca narahat edirdi. O, 
1399-cu ildə Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Cənubi Qafqaz və  ətraf 
vilayətlərdəki vəziyyəti öyrənir. Qasidin verdiyi məlumatda Bağdad, Misir, Şam, Kiçik Asiya, Dəşti-Qıpçaq və 
s. ilə yanaşı  Əlincənin də yad edilməsi, qalanın həmin ölkələrə  bərabər tutulması  və Teymurləngin onunla 
yaxından maraqlanması faktı özlüyündə qalanın ciddi müdafiə olunduğunu və böyük əhəmiyyət kəsb etdiyini 
göstərirdi. 
Teymur Hinistan səfərindən qayıdıb Səmərqəndə çatdıqdan cəmi 4 ay sonra təcili səfərbərlik elan edib 
1399-cu il oktyabrın 10-da Cənubi Qafqaza yürüşə başladı.  «7 illik müharibə» adı ilə tanınan bu yürüş Cənubi 
Qafqazda, eləcə də Azərbaycanda vəziyyətin kəskin surətdə dəyişilməsinə səbəb oldu. Teymur Sultaniyyədən 
Ərdəbilə, oradan isə Qarabağa gəldi. Azərbaycandakı vəzhiyyəti nəzərə alan Şirvanşah İbrahim yerli hakimlərlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə