A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

 
56
Teymurun arasında ittifaq yaranmasına nail oldu. 
Əlincə qalasının müdafiəsi zamanı həlak olmuş Sidi Əlinin oğlu Sidi Əhməd atasının ölümündən sonra 
Teymurləngdən icazəsiz atasının yerinə keçərək  Şəkini idarə etməyə başlamışdı. Sidi Əhmədin xahişi ilə 
Şirvanşah İbrahim onun bağışlanması və Şəkiyə hakim təyin olunması üçün Teymurdan razılıq aldı. 
Teymurləngin 1399 və 1402-ci illər Gürcüstan yürüşləri zamanı onu Şirvanşahın və Sidi Əhmədin 
qoşun hissələri müşayət edirdi. Gürcüstana ikinci yürüş ərəfəsində VII Georginin elçiləri qiymətli hədiyyələrlə 
Teymurun iqamətgahına gələrək itaət etdiklərini bildirdilər. Lakin Teymur hədiyyələri qəbul etməkdən imtina 
etdi, çünki gürcü knyazları əvvəlcə Teymurun xəzinəsinə vergi verməyə söz verir, lakin sonra imtina edirdilər. 
Yaranmış vəziyyətdə Şirvanşah İbrahim vasitəçilik edərək Teymurun VII Georginin bağışlanmasına nail oldu. 
Gürcü feodalları son dərəcə ağır şərtlərlə xərac verməklə Teymurun talançı yürüşlərindən xilas oldular. Bundan 
sonra həm Sidi Əhməd, həm də VII Georgi Şirvanşahın müttəfiqi kiim çıxış edirdilər.  
Əlincə qalası Teymurun uzun illər boyu zəbt edə bilmədiyi yeganə istehkam olaraq qalırdı. Bundan 
narahat olan Teymur müttəfiqlərə qarşı mübarizədə cəsarətsizlik göstərmiş əmirləri cəzalandırdı və 1400-cü ilin 
yazında Gürcüstana soxulub qarətçilik edən Teymur Sivas, Misir, Şam, Hələb, Dəməşq, Mardin, Amid və s. 
əraziləri zəbt etdikdən sonra yenidən Əlincəyə yürüş etdi. 
Teymurləngin Amiddən Əlincə qalasına göndərdiyi güclü qoşuna 3 əmirzadə və beş-altı əmir başçılıq 
edirdi. Onlara Əlincə qalasını  ələ keçirib Gürcüstana tərəf irəliləmək tapşırılmışdı.  Əlincə qalası uzun 
mübarizədən sonra teymurilərin əlinə keçdi. Mənbələr və mövcud tarixi ədəbiyatlarda qalanın 12 (1387-1399) 
və ya 14 (1987-1401) mühasirədə qaldığı göstərilir. 
Qalanın tutulması barədə  mənbələrin verdiyi ziddiyyətli məlumatlar onun necə  ələ keçirildiyini 
dəqiqləşdirməyə imkan vermir. 
Şərəfəddin  Əli Yezdinin və Münəddin Hətənzinin yazdıqları görə Sultan Əhmədin qalada olan oğlu 
Tahir hələ müttəfiqlərin yürüşü zamanı (1497-1498) mühasirədən azad edilərək Gürcüstana aparılmış və hətta 
sonralar Teymurun tələbi ilə də geri qaytarılmışdı. Qala uzun müddət mühasirədə olduğu üçün orada az döyüşçü 
qalmışdı ki, onlar da zərurət üzündən təslim olmuşdular. Qalannı kutvalı Seyid Əhməd Oğlşahi Teymurun 
hüzuruna gətirilib öldürülmüş, qalanın müdafiəsi isə Məlik Məhəmməd Obyehiyə tapşırılmışdı. 
Ərəb tarixçisi İbn  Ərəbşahın məlumatından isə aydın olur ki, Sultan Tahirlə birlikdə Əlincə qalasının 
müdafiəsinə başçılıq edən  Əmr Altun arasında ciddi çəkişmə baş verir. Əmir Altunun qaladan çıxıb  ərzaq 
dalınca getməsindən istifadə edən  Sultan Tahir onun qardaşını öldürtdürür, özünü isə qalaya buraxmır. 
Altun Mərəndə getməyə  məcbur olur, burada isə yerli hakim onu öldürərək başını Teymura göndərir. 
Lakin Teymur qəhrəmanlıqda ad-san qazanmış Altun kimi sərkərdəni məhv etdiyi üçün Mərənd hakimini 
öldürdürərək  əmlaknın müsadirə etdirir. Müəllif yazır ki, Altunun ölümünə görə qala müdafiəçilərindən bir 
qismi Sultan Tahirdən üz çerirərək qalanı  tərk edirlər. Yaranmış  vəziyyətdə Tahir öz acizliyini dərk edərək 
xəzinəni də götürüb yaxın adamları ilə birlikdə Bağdada çəkilir. Nəticədə isə Teymurləngin qoşunları Gürcüstan 
səfərindən qayıtdıqdan sonra heç bir maneəyə rast gəlmədən başsız buraxılmış qalaya daxil olurlar. 
Əlincə qalasının müdafiəsinin son dövrlərindən bəhs edən mənbələrin məlumatları  dərindən 
araşdırıldıqda,  əsərini Teymurə  əks mövqedən yazmış  İbn  Ərəbşahın verdiyi faktların daha doğru və  məntiqi 
olduğu aydınlaşır. Odur ki, Əlincə qalasının 1401-ci ildə, 14 il mərdliklə müdafiə olunduqdan sonra daxili 
çəkişmələr nəticəsində Teymurun əlinə keçdiyini qəbul etmək həqiqətə daha uyğun olardı. 
Teymuri qoşunları Əlincə qalasını ələ keçirdikdən sonra Gürcüstana, oradanda Bağdada yürüş etdilər və 
Təbrizə qayıtdılar. Teymurləng  Təbrizdən Naxçıvana gəlib  Əlincə qalasına səyahət etmişdi. Mənbələrin 
yazdığına görə qalanın coğrafi mövqeyi və əzəməti Teymurləngi heyran etmişdi.  
1402-ci il iyulun 20-də Anqara şəhəri yaxınlığında Çubuq adlanan yerdə Teymurlənglə I İldırım 
Bəyazid arasında o dövp üçün son dərəcə böyük müharibə baş verdi. Şirvanşah I İbrahimin və Şəki hakimi Sidi 
Əhmədin hərbi qüvvələri də Teymurun tərəfindən vuruşurdular. Anqara vuruşması nəticəsində İldırım Bəyazid, 
oğlanların Musa və Mustafa Teymurləng tərəfindən əsir alındılar. 
Anqara döyüşündən sonra Teymur təkrar Qarabağa qayıtdı  və burada qurultay çağıraraq Cənubi 
Qafqazda zəbt etdiyi ərazilərin nəvəsi Ömər Mirzəyə (Miranşahın oğlu) tapşırılmasını qərara aldığını bildirdi. 
Şeyx  İbrahim  Şirvan valisi və teymuri imperiyasının  şimal sərhədlərinin mühafizəçisi kimsi daha da 
möhkəmləndi. Teymurləng 1404-cü il martın 27-də Qarabağdan Səmərqəndə qayıtdı. 
Səmərqəndə qayıtdıqdan sonra Teymur qısa müddətdə səfərbərlik keçirərək güclü şəkildə Çin yürüşünə 
hazırlaşmağa başladı. 1404-cü ilin sonlarında 200 minlik böyük bir ordu ilə  Səmərqənddən Çinə yürüş edən 
Teymurləng Otrar şəhəri yaxınlığında xəstələnərək 1405-ci il fevralın 18-də burada da vəfat etdi. 
Teymuri dövlətinin tərkibinə daxil olan ölkələr iqtisadi cəhətdən bir-biri ilə möhkəm olmadığından 
onların siyasi birliyi də mümkün deyildi. Təsadüfi deyildir ki, Teymurləngin ölümündən sonra onun şərqdə Çin 
səddinə,  şimalda Rusiyanın mərkəzlərinə, qərbdə Aralıq dənizi sahillərinə, cənubda Misir sərhədlərinə  qədər 
uzanan imperiyası kəskin feodal ara müharibələri meydanına çevrildi. Hələ Teymurun sağlığında imperiyanın 
ərazisi onun oğlanları  və  nəvələri arasında bölüşdürülmüşdü. Belə ki, Teymurun özü tərəfindən Xorasan, 
Gürcan, Mazandaran və Sistan (mərkəzi Herat şəhəri)  şahruxa (1409-1447), Qərbi  İran, Azərbaycan,  İraq və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə